ANA SƏHİFƏ / YAZARLAR

MÜBARİZƏ...

16072    |   2011-04-23 07:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan həyatının hər anı mübarizə ilə bağlıdır. Bu mübarizə bir an zəifləyəndə, səngiyəndə və ləngiyəndə o dəqiqə insan çətinliyə düşdüyünü hiss edir. Təkcə insanlar deyil, eləcə də bütün canlıların həyatı mübarizə üstündə qurulub. Hansı canlı mübarizə aparırsa, çətinliyə dözürsə, ən ağır anda belə özünü toplaya bilirsə, onun yaşamaq eşqi bir az da artır. Sadəcə olaraq, elə anlar var ki, o məqamda heç də bütün insanlar çətinlikdən çıxa bilmirlər.
   
   Bir balaca depressiyaya məruz qalan, stress keçirən insanlar uzun müddət bu burulğanın içərisində qalır və həmin auradan çıxmaqda çətinlik çəkir. Xüsusən də iradəsi zəif olanlar və bir qədər də passiv həyat tərzi keçirənlər bu situasiyanın qurbanına çevrilirlər. Həyat çox şirindir. Ən azından ona görə ki, bu dünyanın gözəlliyindən, füsünkarlığından və təbiətindən heç vaxt doymaq olmur. Bir-birindən gözəl ormanlar, dağlar, dərələr, çaylar, göllər və ən nəhayət insana həyat verən gözəlliklər yaşamaq eşqini daha da gücləndirir. Amma heç də bütün insanlarda həyat və yaşamaq eşqi bayaq dediyimiz kimi, o qədər güclü deyil. Ona görə güclü deyil ki, həyatda uğursuzluğa düçar olan, bəxti gətirməyən və başqa sözlə demiş olsaq, işləri düz alınmayan adamlar uzun müddət özünə qapanır, ətraf mühitlə əlaqə yaratmır və həmişə tənha həyat tərzi sürməyə çalışır. Belə anlar isə insanın yaşamaq eşqini öldürür, onun həyatını mənasız və puç edir. Daha doğrusu, belə insanlar fikirləşirlər ki, onlar heç kimə gərək deyillər, cəmiyyətdə özlərini artıq adam kimi hiss edirlər. Ta o vaxta qədər ki, onlar depressiya burulğanından çıxa bilirlər. Düzdür, psixoloji durumu mürəkkəbləşən bu cür insanlar həmin depressiya anlarından o qədər asanlıqla xilas ola bilmirlər. Amma ətraf mühit, yaxınları və eləcə də mütəxəssislər onlara kömək edəndə onlar bu cür gərgin andan çətinliklə də olsa çıxış yolu axtarırlar. Kimsə onların köməyinə çatmalı, əlindən tutmalı və sonra da düşdüyü quyunun dibindən çıxarmalıdır. Heç kim deyə bilməz ki, onun gərgin anları, depressiya məqamları olmayıb. Bugünkü həyatımız o qədər stresslə doludur ki, ondan xilas olmaq bir o qədər də asan iş deyil. Yəni hansısa təşkilata bir işin düşür, orda səni süründürürlər əsəbləşirsən. Səni kimsə toya dəvət edir, pulun olmur gərgin an keçirirsən. Və bəzən də insan həyatında baş verən faciəli anlar bu depressiyanın və stressin ən ağır formasını yaradır. İnsanlar bu cür anlarda bəzən özünü idarə edə bilmir, çətinlik burulğanında itib-batır və çıxış yolu tapmaqda acizlik göstərir. Heç kəs ağır dərddən və kədərdən sığortalanmayıb. Yəni bədbəxt hadisələr, qəfil ölümlər və faciəli anlar hər insanın qapısını döyə bilər. İradəli insanlar bu cür faciələrə əvvəlcədən hazır olurlar. Elə ona görə də belə anları onlar normal qəbul edir və situasiyadan çıxmağın yollarını axtarıb tapırlar. Bayaq dediyimiz kimi, bir balaca əsəbləri pozulan və iradəsiz insanlar belə məqamları ağır qiymətləndirir, uzun müddət hər hansı itkidən təəssüflənir, özünə gələ bilmir və daha ağır vəziyyətlə üzləşirlər.
   
   Hər gün məmləkətimizdə nə qədər intihar hadisələri baş verir. Elə gün olmur ki, kimsə özünü öldürməsin, yaxud da yüksək mərtəbəli binadan özünü yerə atmasın. Belə insanlar da çox vaxtı depressiyalara və stresslərə məruz qalırlar. Həftələrlə, aylarla öz içində özü ilə danışan adamlar müəyyən təsirlərə, stresslərə və gərginliklərə dözə bilməyib intihar yolunu tutur. Amma bu yol heç vaxt düzgün yol deyil. Çünki Allahın verdiyi ömrü Allahdan başqa heç kim ala bilməz. Özlərini intihar edən adamlar ilk növbədə Allahın qoyduğu yola əməl eləmir, ikincisi də hər hansı problemin həllini özünü öldürməkdə görürlər. Ancaq özünü öldürmək hər hansı problemi həll etmir. Sadəcə olaraq, bu intiharlar həmin ailələrə ikiqat faciə gətirir və problemlər bir qədər də ağırlaşır. Mütəxəssislər hesablayıblar ki, hər il məmləkətimizdə minlərlə intihar hadisələri baş verir. Bunun da əsas səbəblərindən biri insanların düşdüyü maddi çətinliklər və bu zaman yaranan psixi pozğunluqlardı. Təbii ki, əsəbləri pozulan adam özünü normal idarə edə bilmir və normal da qərar qəbul etməkdə acizlik göstərir. Bu acizlik də sonda intiharla nəticələnir.
   
   "Həyat mübarizədi" deyiblər. Sevimli müəllimimiz, tanınmış yazıçı, professor rəhmətlik Qulu Xəlilov vaxtı ilə öz başına gələn ağır və çətin anları "Yaşamq istəyirəm" povestində orijinal bir formada qələmə alıb. Həmin povestdə altı-yeddi dəfə ağır əməliyyatlara məruz qalan bir insanın (daha doğrusu, özünün) yaşamaq eşqindən söhbət açır. Orda həyatın şirinliyi, gözəlliyi və təkrarsızlığı bir daha obrazlı bir dildə təsvir edilib. Həmin povesti oxuyanda ən ağır anda olan adamda mübarizlik eşqi daha da güclənir. Biz tələbə olanda rəhmətlik Qulu müəllim deyirdi ki, ağır əməliyyatlarda başının üstünü nə qədər gözəl xanımlar və mələklər kəssə belə, ağrı-acı sənə imkan vermir ki, o gözəlliyi hiss edəsən. Sənə imkan verən odur ki, içindəki yaşamaq eşqi bu xəstəlikdən qurtarmağı tələb edir və səndə mübarizlik ruhunu daha da gücləndirir. Kim ki, həyatı sevirsə və istəyinə nail olmaq istəyirsə, gərək o son ana qədər qara qüvvələrlə, əzrayılla vuruşsun. Bunları bacaran adam hətta ölüm yatağından belə ayağa qalxa bilir və həmin anlara qalib gəlir.
   
   Bir neçə gün bundan əvvəl televiziya kanallarının birində heyvanlar aləmindən bəhs edən verilişə baxırdım. Orda çox qəribə bir anın şahidi oldum. Dişi aslan zebri ovlayıb yerə yıxdı, sonra da zebrin başını aslan ağzına keçirdi və başladı onu boğamğa. Çünki aslanlar öz qurbanlarını bu cür ələ keçirib boğmaqla məhv edirlər. Amma bu dəfə deyəsən zebr aslandan güclü çıxdı. Bir neçə dəqiqə çəkən mübarizədə zebr çətinliklə də olsa başını aslanın ağzından çıxara bildi. Hansı ki, aslan qat-qat zebrdən güclü və cəlddir. Ancaq bütün bunlara baxmayaraq, zebrin son ana qədər mübarizə aparması, döyüşkənliyi onun həyatını xilas etdi.
   
   Belə anlar insanların da başına gəlir. Tanıdığım bir adam vardı. Düşdüyü borclara görə ev-eşiyini, varını-dövlətini, hər şeyini itirdi, axırıncı evini isə girov qoydu. Yəni ona görə girov qoydu ki, iki-üç ilə borclarını qaytarmasa, həmin ev də əldən getməli idi. Həmin oğlan üç il, bəlkə də daha çox Bakıda olmadı. Rusiyaya gedib gecə-gündüz çalışdı, əziyyət çəkdi və bir-bir borclarını qaytardı. O borclu olanda yaxşılıq elədiyi ən yaxın adamları belə onun qapısını açmadı, ailəsi, balaları ilə maraqlanmadı. Təbii ki, bu iradəli insan borclarının hamısını öz zəhməti hesabına qaytara bildi. İki qızı isə çox ağıllı və tərbiyəli uşaqlar idi. Onlar bir ildə ali məktəbə qəbul oldular. Borclarını qaytaran həmin oğlan axırıncı evini girovluqdan xilas etdi. Bir müddətdən sonra Bakıya qayıtdı, yenidən özünə bahalı maşın, qaraj və başqa bir ev də aldı. Bütün bunlar onun özünə inanması və mübarizliyi nəticəsində baş tutdu.
   
   Ancaq çoxumuz bir balaca ayağımız büdrəyəndə, dara düşəndə və çətinliyə düçar olanda zəiflik eləyirik. Ya intihar yolunu seçirik, ya da depressiyaya qapılıb dərdin burulğanında boğuluruq. Həyatın hər anı, hər dəqiqəsi mübarizədir. Bu mübrizədə kimsə bir an, bir dəqiqə, bir gün ləngiyirsə, o ayaq altında qalıb məhv olur. Ayaq altında qalıb məhv olmamaq üçün isə insan mübariz olmalıdır. Mübarizəsiz gününmüz olmasın və mübarizə günlərin birində insanı ən yaxşı yola çıxarır. O yol çox rahat və çox işıqlı olur.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK