ANA SƏHİFƏ / YAZARLAR

İŞLƏRİMİZ DÜZ GƏTİRMİR...

23667    |   2011-01-08 06:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir şeyi başa düşmək olmur. Başa düşmək olmur ki, 30-40 il hər hansı bir sənətin sahibi olan insanı niyə yenidən attestasiyadan keçirmək istəyirlər?! Axı, hər hansı peşənin, sənətin sahibi əvvəlcə hansısa orta ixtisas və ali məktəbi bitirmək haqqında diplom alır. Bununla yanaşı, sənət sahibi uzun illər müxtəlif sahələrdə fəaliyyət göstərir, öz biliyini, təcrübəsini və peşə ustalığını daha da artırır.
   
   Biz heç də hər hansı ixtisas sahiblərinin attestasiyadan keçməyinin əleyhinə deyilik. Biz onun əleyhinəyik ki, 30-40 il bir sənətdə işləyib təcrübə toplayan, böyük nüfuz sahibi olan və eləcə də özünü təsdiqləmiş, neçə-neçə elmi kitabların və məqalələrin müəlliflərini bu attestasiyadan keçirməyə elə bir ehtiyac yoxdur. Çünki vaxtı ilə məhkəmə sistemində də attestasiya, test imtahanları keçirilərkən ölkənin çox savadlı, təcrübəli və tanınmış hakimləri bu sınaqdan imtina edib tutduqları vəzifədən könüllü olaraq uzaqlaşdılar. Yəni onlar qəbul edə bilmədilər ki, 40 il məhkəmə sistemində qüsursuz fəaliyyət göstərən bir hakim niyə testə cəlb edilməlidir?! Sonradan bu test üsulu digər sahələrdə də tətbiq olunmağa başladı. Bu günlərdə isə Səhiyyə Nazirliyi həkimlərin attestasiyadan və test imtahanından keçəcəyini bildirib. Bu məsələlərə heç də həkimlər birmənalı yanaşmayıblar. Yəni başqa sözlə demiş olsaq, bu üsulu qəbul edənlər də olub, qəbul etməyənlər də. Elə ona görə də test imtahanları ilə bağlı həkimlər arasında böyük narazılıq yaranıb.
   
   Bir çox ekspertlər bildirir ki, bu cür test imtahanlarının keçirilməsi çox yaxşı bir formadır. Ona görə ki, bu zaman savadlı və savadsız həkim aşkar olunacaq. Amma başqa ekspertlər isə bu fikirlə razılaşmır, keçirilən attestasiyaların və test imtahanlarının o qədər də şəffaf olmadığını bildirirlər. Onların dediyinə görə, əgər doğrudan da attestasiyalar obyektivliyə, şəffaflığa və yaxşı həkimlərin seçilməsinə xidmət edirsə, ölkədə o qədər savadlı, təcrübəli və vicdanlı həkimlər var, qoy onlar testdən keçəndən sonra yeni vəzifəyə təyin edilsinlər. Amma biz bunun əksini görəcəyik. Yenə baş həkimlər, şöbə müdirləri və digər vəzifəli şəxslər əvvəlki həkimlər olacaq. Doğrudan da səhiyyə sahəsində islahat aparmaq istəyirlərsə, ilk növbədə orda kadrları yüksək vəzifələrə təmənnasız təyin etməlidilər. Bununla yanaşı, daha təmiz, vicdanlı və obyektiv səhiyyə işçiləri vəzifəyə gətirilməlidir. Bax, onda keçirilən attestasiya daha obyektiv və şəffaf olar.
   
   Bizdə isə hər hansı bir yenilik tətbiq ediləndə onun xeyrindən çox ziyanı olur. Yəni ayrı-ayrı adamlar attestasiyadan keçməyəcəklərini hiss edərək əyri yollar axtarır və çıxış yolu tapırlar. Bir çox istedadlı, savadlı və təcrübəli həkimlər isə hətta attestasiyadan və tesdən keçsə belə, layiq olduğu yeri tuta bilmir. Nə vaxta qədər ki, bizdə hər hansı bir yenilik kimlərinsə maraqlarına xidmət edəcək, o vaxta qədər də müəyyən məsələlər öz həllini tapa bilməyəcək. O mənada həllini tapa bilməyəcək ki, hansısa bir istedadlı, vicdanlı, obyektiv adam arxası olmadığına görə, gəlib vəzifə kreslosunda əyləşməyəcək. Biz arzulayardıq ki, yanvar ayından başlayan həkimlərin attestasiyası və test üsulu ilə imtahan vermələri bu cür nöqsanlardan və neqativ hallardan uzaq olsun, istedadlı, təcrübəli və vicdanlı həkimlər gec-tez layiq olduğu yerlərdə əyləşsinlər.
   
   
   
   ***
   
   
   
   Beynəlxalq təşkilatların bildirdiyinə görə, 2011-ci ildə dünyada ərzaq məhsullarının bahalaşması şok həddə çatacaq. Yəni bugünkü qiymətlərə vaxt gələcək biz şükür eləyəcəyik. Şükür eləyəcəyik ki, nə yaxşı ətin, yağın, qəndin, düyünün, unun qiyməti əvvəllər ucuz olub. Çünki hər gün keçəndə ötən günümüzə baxıb bu günümüzə şükür eləyirik. Belə baxanda 2011-ci ildə qiymətlərin kəllə-çarxa çıxması bütün ölkələri bürüyəcək. Təbii ki, qiymət qalxımı bizim ölkədən də yan keçməyəcək. Düzdür, son vaxtlar ölkədə ərzaq proqramı ilə əlaqədar böyük layihələr və işlər həyata keçirilir. Ən başlıcası isə ölkədə strateji məhsulların istehsalına böyük önəm verilib. Amma buna baxmayaraq, 2011-ci ildəki böhran dalğasına məmləkətimiz bu gündən ciddi hazırlıq işləri görməlidir. Daha doğrusu, bu hazırlıq işləri həmişə görülüb, görülür və görüləcək. Sadəcə olaraq, bizim bilmədiyimiz hələ çox məsələlər var. Bildiyimiz məsələlərdən biri odur ki, qiymətlərin bahalaşması ilə əlaqədar Tarif Şurasına "Dövlət Dəmir Yolu" ASC-nin rəhbərliyindən, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən qiymət qalxımı ilə bağlı yeni müraciətlər daxil olub. Qeyri-rəsmi məlumatlar və ekspertlərin proqnozlarına əsasən isə yanacağın, qazın, elektrik enerjisinin və suyun qiymətində artımların olacağı gözlənilir. Həmin məsələlərlə bağlı Tarif Şurasının katibi Elşən Əsədov bildirib ki, kommunal sahədə hər hansı qiymət artımı ilə bağlı müraciət yoxdur. Onun dediyinə görə, ötən ilin əvvəlində dəmir yolu nəqliyyatında tariflərlə bağlı müraciətlər edilib. Bilirsiniz, müraciətlər həmişə olur. Amma dərhal müzakirəyə çıxarılmır. Bəzən yarımçıqlıq olur, bəzən əsaslandırılmamış olur. Ona görə də öncə təhlillər aparılır, yazışmalar olur, sonra qərar verilir. Qərar vermək asan məsələ deyil. Edilən müraciətlərlə bağlı hazırda müzakirələr yalnız prosedur mərhələsindədir. E.Əsədov onu da bildirib ki, dəmir yolunda 10 ildən çoxdur eyni tariflər qüvvədədir. Həmçinin rabitə tariflərinə də yenidən baxılması ilə bağlı müvafiq qurumdan müraciət daxil olub. Sonda E.Əsədov qeyd edib ki, yaxın vaxtlarda Tarif Şurasının hər hansı sahədə bahalaşma ilə bağlı qərarı gözlənilmir. Hələlik təhlillər, müzakirələr davam edir.
   
   Nə yaxşı ki, məmləkətimizdə bəzi ağzıgöyçəklərin dediyi kimi, yaxın vaxtlarda çox şeyin qiyməti bahalaşmayacaq. Yoxsa bəziləri camaatın qanını qaraltmaq üçün tez-tez qazın, işığın, suyun qiymətinin qalxacağı şaiyələrini yayırlar. Görünür, bir çoxları bəd xəbər və şaiyə yaymaq üçün sino gedir. Biz belə millətik. Həmişə yaxşıdan çox, pisdən danışmağı xoşlayırıq. Xoşlayırıq ki, kiminsə qanını qaraldaq, kimisə dilxor edək, kiminsə də dalınca danışaq. Elə ona görə də işlərimiz düz gətirmir ki, gətirmir.
   
   
   
   
   
   ***
   
   Dünyanın bir çox ölkələrini şaxta, qar, qasırğa ağzına götürüb. Avropa soyuqdan donur, Amerika qarın içində batır. Üstəlik də şaxtların və soyuğun daha da artması ehtimalı mövcuddur. Bütün Avropa və Amerika qarın, şaxtanın əlində aciz qalıb. Dünyaya meydan oxuyan, müsəlmanların başına od yağdıran Amerika kimi nəhəng dövlət təbii fəlakətlə bacara bilmir, heç bacarmayacaq da. O qədər günahsız müsəlmanın qanını tökən, evini-eşiyini yandıran, yurdunu tar-mar eləyən super bir dövlət nə vaxtsa Allahın qəzəbinə gəlməli idi. Bəzən bu super dövlətlər elə zənn edirlər ki, güclü iqtisadiyyata və hərbi gücə malik olduqlarına görə, heç bir çətinliklə üzləşməyəcəklər. Amma dünyanın işini bilmək olmur. Allahın yolunu azan və onu tanımayan hər hansı dövlət başqalarına zülm edirsə, cocuqları, uşaqları "uf" demədən öldürürsə, mütləq onlar nə vaxtsa böyük yaradanın qəzəbinə düçar olmalıdır. İraqda, Əfqanıstanda, Fələstində evləri od tutub yandırılan, uşaqları gözüyaşlı qalan insanların ahı nə vaxtsa bumeranq kimi başqa bir formada o qanı tökən, o uşaqları qıran, o məmləkətin altını üstünə çevirən dövlətlərin özünə dəyməli idi. Axı, Allah-Təala heç kimə icazə verməyib ki, güclülər zəifləri ayaq altına salıb tapdamalı, bir tikə çörəyi onlara çox görməli, bir sözlə, insanları zəlil günə salmalıdır. Əgər bunlar edilirsə, deməli, insan insanlıqdan çıxaraq vəhşi bir görkəm alır. İnsan vəhşi görkəm alırsa, insanlığını itirirsə və ən nəhayət zülmkara çevrilirsə, nə vaxtsa o cəzasını almalıdır. Təbii ki, dünyanın başına od yağdıran, insanların evlərini-eşiklərini yandırıb quru yurdda qoyan hər hansı bir qüvvə heç bir vaxt cəzasız qalmır və qalmayacaq da.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK