ANA SƏHİFƏ / YAZARLAR

Azərbaycan şairləri ingilis dilində

33080    |   2015-04-14 08:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



Xəbər verildiyi kimi, nəhayət, Azərbaycan Tərcümə Mərkəzi 55 azərbaycanlı şairin 101 şeiri Antologiyasını ingilis dilində nəfis şəkildə çapdan buraxıb. Kitabı ingiliscəyə tərcümə edən filologiya üzrə fəlsəfə doktoru yazıçı Kamran Nəzirlidir. Müxbirimiz Kamran müəllimlə görüşüb və ona bir neçə sualla müraciət edib.

-Kamran müəllim, təbrik edirəm. Nəhayət, oxucuların çoxdan gözlədiyi Antologiya işıq üzü gördü. Kitabın təqdimatı nə vaxt olacaq?
-Çox sağ olun. Amma mən hələ kitabın üzünü görməmişəm. Mənə Tərcümə Mərkəzindən Yaşar müəllim zəng vurub dedi ki, Antologiya çıxıb, özü də nəfis şəkildə. Və mən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə, şəxsən Mərkəzin direktoru yazıçı Afaq Məsuda öz təşəkkürümü bildirirəm. Afaq xanım da, Yaşar müəllim də kitabın işıq üzü görməsində fəal rol oynadılar. Bilirsiz, tərcümə böyük zəhmət tələb etsə də, onu həm də ortalığa çıxarmaq imkanların gərək olsun. Bu imkanlar olmayanda zəhmətin də hədər gedir. Yenə deyirəm, sağ olsunlar ki, zəhmətimizi itirmədilər.
-Kitab barədə nə deyə bilərsiniz? Antologiyada kimlər var?
-Onu deyə bilərəm ki, Antologiya zəngin ənənələrə malik Azərbaycan poeziyasının müasair mənzərəsinin beynəlxalq müstəviyə çıxarılması istiqamətində Tərcümə Mərkəzinin həyata keçirdiyi ilk nəşrdir. Mənim bildiyimə görə kitab Beynəlxalq sərgilərdə nümayiş etdiriləcək. O ki qaldı Antologiyaya daxil edilmiş şairlərə, kitabın tərtibçisi və ön sözünün müəllifi kimi deyə bilərəm ki, burda müasir Azərbaycan poeziyasının ümumi mənzərəsini qismən də olsa təqdim edə bilmişik. Antologiyaya müxtəlif nəsilləri təmsil edən şairlərimizin şeirləri daxil edilib. Onların yerləşdirilməsi doğum tarixlərinə görə sıralanıb. Rəsul Rza, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nigar Rəfibəyli, Əli Kərim, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Musa Yaqub, Nüsrət Kəsəmənli, İsa İsmayılzadə, Çingiz Əlioğlu, Vahid Əziz, Sabir Rüstəmxanlı, Zakir Fəxri, Ağacəfər Həsənli, Əbülfət Mədətoğlu, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Ramiz Məmmədzadə, Ələkbər Salahzadə, Nəriman Həsənzadə, Salam... Yəqin ki, Tərcümə Mərkəzi Antologiyanın təqdimatını keçirəcək və orda biləcəksiniz ki, daha hansı şairlər daxil edilib.
-Hər halda, bəzi tanınmış şairlərimizin şeirlərinin Antologiyaya daxil edilməsi barədə mətbuat artıq xəbər verib, bəzi adlar da açıqlanıb. Bəs gənclərdən kimlər var?
-Yenə deyirəm, Antologiya poeziyamızın ümumi mənzərəsini qismən yaradır. Hələ bu Antologiyanın 2-ci cildi də olacaq. Buna görə də əgər kimsə bura daxil edilməyibsə, bu, o demək deyil ki, onlar poeziyada yoxdur. O ki qaldı gənclərə, bəli, mən gənc və istedadlı şairlərimizin şeirlərini də Antologiyaya daxil etmişəm. Bunlardan, Qulu Ağsəsi, Aqşini, Nərmin Kamalı, Fərid Hüseyni, Ayseli, Güneli, Zahir Əzəməti, Həyat Şəmini, Vüsal Nurunu, elə Səlim Babullaoğlu da gəncdir, onun da şeirini daxil etmişəm... Bundan başqa bizim orta nəsil qadın şairələrimizdən Telli Pənahqızının, Sona Vəliyevanın, Kəmalə Abiyevanın və başqalarının şeirləri də Antologiyada yer alıb.
-Yeni Layihəniz varmı?
-Var. Hazırda Nəsr Antologiyası üzərində işləyirəm. Mənə elə gəlir ki, indi elə bir dövrdür ki, artıq Azərbaycanı həm də Ədəbiyyatına görə də tanımalıdırlar və inanıram ki, tanıyacaqlar da. Bizim dünya oxucusunu sözün yaxşı mənasında heyrətləndirə biləcək istedadlı şair və nasirlərimiz var. Bu vaxta qədər onlar rus dili vasitəsilə çıxırdılar dünyaya. Bu da qaneedici deyildi. İndi dünyanın az qala yarıdan çoxunun bildiyi ingilis dili vasitəsilə çıxmalıdırlar. Konkret nəsr Layihəsinə gəlincə isə deyim ki, artıq bəzi nasirlərimizin hekayələrini tərcümə eləmişəm. İndi əlimin altında o qədər işlər var ki, başımı qaşımağa vaxtım yoxdur.
-Nəsr Antologiyasına kimlər daxil ediləcək?
-Siyahını hələ tam dəqiqləşdirməmişəm. Amma elə nasirlərimiz var ki, artıq onlar kitaba daxil ediləcəklər: Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Mövlud Süleymanlı, Seyran Səxavət, Aqil Abbas... Bundan başqa nəsr Antologiyasında da müxtəlif nəsillər təmsil olunacaq, hazırda onlardan bir çoxlarının hekayələri üzərində işləyirəm, Kamil Əfsəroğlu, Yaşar, Rəşad Məcid, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Əlabbas Bağırov, Aslan Quliyev, Orxan Fikrətoğlu, İlqar Rəsul, Aydın Tağıyev, Novruz Nəcəfoğlu... Yəni adlarını çəkdiyim adamların artıq hekayələrini müəyyənləşdirmişəm, əlbəttə, bəzilərinin, necə deyərlər, "icazəsi"ni də almışam; lakin bir çox hekayələr var ki, sadəcə bu hekayələrdən xoşum gəlir və düşünürəm ki, bunları Qərbdə maraqla qarşılayarlar. Və buna görə də onları da Antologiyaya daxil etmək niyyətindəyəm. Sağlıq olsun. İşlərimiz çoxdur.
-Kamran müəllim, sizə uğurlar. Heç vaxt yorulmayasınız.
-Təşəkkür edirəm.



YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK