hacklink Adalet.az | İLK DAŞI KİM ATACAQ?!. Adalet.az | İLK DAŞI KİM ATACAQ?!. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İLK DAŞI KİM ATACAQ?!.

22880    |   2010-08-28 06:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   ...Hərdən mənə elə gəlir ki, insan övladı əlinə qələm alıb qanunlar yazmağa başladığı andan özündən sonra gələnlərin qara günləri başlayıb. Bəlkə də ilk qanunlar ədalətli olub, adamların canını, şəxsiyyətini, mal-mülkünü, asayişini qorumağa xidmət edib. Amma bu gün nədənsə, bunlar inandırıcı görünmür. Get-gedə, özü də dünya səviyyəsində gücünü, məzmununu itirən qanun-qaydalar daha nəinki hörmət doğurmur, əksinə, insan şəxsiyyətini buxovlamağa, əl-ayağa dolaşmağa, əngəl olmağa yarayır. Elə təsəvvür yaranır ki, bütün qanun-qaydalar azad, dinc yaşamaq istəyən insanın əl-qolunu bağlamaq, yaxşıları susdurmaq, pislikləri ört-basdır etmək üçündür. Qanun icraçılarının şəxsi nümunəsi yazılanların, tələb olunanların əksini təsdiq edirsə, ədalət divanında yerlər səhv düşürsə, adamlar da çaşır, aldanır, düz yoldan, haqq və ədalətdən yayınırlar. Kimin kimi mühakimə etdiyini aydınlaşdıra bilməyən insan cəmiyyətdən küsür, içindəki işığı söndürməyə, daxili etirazları boğmağa məhkum olur. Oğrular doğruların üstünə bağırıb səslərini batıranda, ərlərini qapıdan yola salıb, pəncərədən məşuqunu içəri salanlar toyda-vayda namus-qeyrətdən dəm vuranda kimə gərəyi qalır bu qanunların, adətlərin, bir də o təzə dəbə minib ağızlardan düşməyən matah "mentalitet"in?! Cümləm lap arvadların qeybətinə bənzədi, deyəsən. Qoy olsun! Günümüzün reallığında sığallı, tumarlı cümlələrlə ürək yanğısını söndürmək mümkün deyil...
   
   Bayaqdan bəri iki xanımın qəzetdə yanaşı verilmiş şəklinə tamaşa eləyirəm. Baxıram, baxıram... Nə ayıra bilirəm, nə birləşdirə. İkisi də gözəl-göyçək Tanrı bəndəsidi. Qaş-gözləri, ağız-burunları, sifət cizgiləri çox az fərqlənən bu qadınların taleyi arasında yerlə göy qədər əkslik, təzad var. Çünki bir planetdə, bir Günəşin altında olduqca fərqli dünyalarda yaşayırlar.Birinin başına sanki qara torba keçiriblər. Təkcə başını yox, bütün ömrünü, taleyini, könül istəklərini, qadınlıq duyğularını qaralara bürüyüblər. Bu yetməzmiş kimi, üstəlik beş ildir ki, qara məhbəsə gömüblər bu zərif məxluqu. Dedim ki, çox-çox fərqli dünyalarda yaşayırlar. Elə fərqli dünyalarda ki, adam birində yaşayanların azadlığına, öz taleyinin sahibi olmasına (onları müqayisə edəndə bu azadlıq qat-qat şirin, cazibədar və qiymətli görünür, qibtə hissini birə yüz artırır), digərində baş verənlərə görə isə xəcalət içində boğulur. Eyni görkəmdə doğulub, eyni istək və tələbatla yaşayanlara bu qadağaları qoymaqda özünü haqlı sayanlar insanmı olduqlarını düşünürlər?! Kim sənə haqq verir ki, mənim könül istəklərimi həbsxana divarlarına salıb məhkəməlik edəsən?! Üstəlik də daşqalaq eləmək... İlahi, Yer üzündə səhvsiz, günahsız insanmı var?! Könülləri çarmıxa çəkmək kimi ibtidai qanunlar özünü sivil adlandıran bu dünyanın harasına yaraşır?! Nə baş verir? O baş verir ki, bu qadın böyük əksəriyyətin elədiyini eləyib?! Bəs, nədən suçlanır? Siğə oxutdurmağı unudub bəlkə? Bu yolla özünü sığortalamaq ağlına gəlməyib yəqin. Deməli, namuslu, əxlaqlı görünməkçin əvvəlcə mənasını belə anlamadığın bir-iki cümləni dodağının altında mızılda, sonra nə bilirsən elə. Olacaqsan əsl Allah bəndəsi, namuslu, ismətli müsəlman... Elə bizdə də alnı möhürlülərimizin çoxunun cibində siğə kağızı gəzdirdiyini söyləyirlər. Dünyaya car çəkilən islami dəyərlər budurmu?!...
   
   İyirminci əsrin sona yaxınlaşdığı bir dövrdə müsəlman ölkələrində zinakarlıq edən qadınların hələ də daşqalaq edilməklə edam olunduğunu ilk dəfə tələbəlikdə auditoriyada eşitmişdim. O zaman oğlanlardan biri "bəs, zina edən kişilərə nə cəza verirlər", deyə soruşanda müəllim mənalı-mənalı gülümsəyib cavab vermişdi: "Heç nə. Kişiləri cəzalandırmırlar ..."
   
   Elə buradaca yerinə düşən bir rəvayəti xatırlatmaq istəyirəm. Həmin rəvayətə görə, belə cəzaya məhkum edilən bir qadın deyib: " Cəzaya hazıram. Amma bir şərtlə. Mənə ilk daşı ömründə bir dəfə də olsun zina etməyən kişi atmalıdır!" Əgər bu şərtə həmişə, hər yerdə əməl etsəydilər, zina edən qadınların hamısı cəzasız qalardılar. Və qalmalıdırlar da...
   
   Bəs, bu hədis hansı dindəndir? "Əgər iki nəfər gizlində bir iş görüb ondan həzz alırsa, üçüncü şəxsin bunu görüb faş eləməsi günahdır". Allah sirr açan deyilsə, sənə bu haqqı kim verib?! Yox, kim nə deyirsə desin, bu nə şəriət təəssübkeşliyidi, nə də namus, ismət məsələsi. Həmişə belə vəziyyətlərdə maraqlı tərəf olur. Heç kəsin maraqlanmadığı, göz dikmədiyi qadını kimsə mühakimə eləmir. Bu iranlı qadını da qara məhbəsə kiminsə və ya kimlərinsə şəxsi ambisiyaları, qərəzləri məhküm edib...
   
   Çox az qadın kişi ilə münasibət qurmaqda ilk təşəbbüsü göstərir. Təklif əksər hallarda kişidən gəlir. ( Burada "kişi" sözünü ancaq hərfi mənada işlətmək yerinə düşür). Amma müsəlman cəmiyyətində bütün hallarda kişilər cəzasız qalır. Bilmirəm, o iranlı qadının güdazına getdiyi kişiciyəzləri cəzalandırıblar, ya yox, amma bu xanımı suçlayanların əksəriyyətinin kişilər olduğuna yüzdə yüz əminəm. Müasirliyimizlə öyündüyümüz, Avropaya inteqrasiyamızı kəlməbaşı gözə soxduğumuz bu günümüzdə belə hər hansı situasiyada qadın müdafiəsiz və qınaq obyektidi. Mən kağız üzərində qalan qanunlardan və bu qanunların mühafizəkar icraçılarından danışmıram. Onlar da söz və rəftarlarında zərərçəkən tərəf olduqda belə qadın və qızlara qarşı aşağılayıcı münasibətdə bulunurlar.
   
   Qadın qəlbi həmişə isti yuva, arxa-dayaq, ömür-gün sirdaşı axtarır. Kiminsə diqqəti, qayğısı, nəvazişi olmadan yaşaya bilmir bu zərif məxluq. Sevgi, nəvaziş, qayğı və diqqət um+acağı ilə döyünür həssas qəlbi həmişə. Nə vaxtsa, haradasa bu sözləri oxuyub möhkəm-möhkəm yadımda saxlamışdım: "Uşaqlığında onu atası qoruyur, cavanlığında qardaşı və əri, qocalığında da oğlu. Qadını taleyin ümidinə buraxmaq olmaz". Qadının taleyi nədir? Bəlkə nə yox, kimdir? Əlbəttə, sevdiyi, könül verdiyi, arxalandığı, güvəndiyi kişi...Qəlbən sevən, sədaqətli qadının nəsibinin həmişə ayrılıq və göz yaşları olduğunu görmüşəm. Atılan, unudulan qadını, qızı kimsə anlamaq istəmir. Sanki acıq çıxırlarmış kimi dişlərini qıcayırlar: "Cəzasıdı çəksin. Özünü yaxşı aparaydı, bu günə düşməyəydi..." Hansı günahın əvəzidi bu cəza?! Sevmək, könül vermək, inanmaqdırmı günah? Belə isə, bəs, günahsızlıq nədi?!
   
    Kim ayırmalıdı ağı qaradan, yaxşını pisdən, məsumu riyakardan və nəhayət, savabı günahdan? Kim qiymət verməli, dəyərləndirməlidi? Ayıran, qiymətləndirən yoxdu ki, rəngləri qarışıb bu dünyanın. Astarı üzünə çevrilib. Qiyamət gününü tezləşdirmək, dinc adamları məşhər ayağına çəkmək hüququnu boynuna götürənlər peyda olub aşınan, dağılan dünyamızda. Deyəsən, elə biz özümüz susmağımızla, özümüz kimi günahkarların sayını çoxaltmaq arzumuzla, "cəhənnəmə gedən yoldaşını çox istəyər" prinsipimizlə irəli aparırıq dünyanı... Harayacan gedəcəyik, bunu hələ bilən yoxdu...
   
   
   
   ***
   
   Mən bu sətirləri yazanda küçədən anası və nənəsiynən çəhrayı paltarlı bir qız uşağı keçir. Dörd-beş yaşı olar. Uzun hörüklərinə də elə paltarı rəngdə bant vurublar. Atılıb düşə-düşə gedir, gah dala qalır, gah qabağa keçir, gah da yerində fırlanır. Ona elə gəlir ki, yolu elə belə də gedərlər. Kimin nəyinə gərəkdi, mən necə gedirəm? Ürəyim belə istəyir, vəssəlam. Hələ ki, ona fikir verən də yoxdu, nə istəyirsə, onu da eləyir... Hələ dedi-qoduların başlanmasına çox qalıb...Ancaq heç kəs ümid eləməsin. Bu dedi-qodular olmayacaq!
   
   Ona görə ki, bizim də ayrı dünyamız var...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK