hacklink Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ 1988-2010

(Beşinci yazı)

28485    |   2010-08-21 05:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İllərdir həsrətini çəkdiyim Qarabağ bölgəsini gəzib görmüş, buranın şirin, mülayim, füsunkar mehini üzümdə hiss etdiyimə görə həddən artıq şad və xürrəm olmalıykən ondan doya bilməmişdim. Nə cür doyacaqdım ki, cəmisi bir günün hardasa üçdə bir hissəsində orda olmuşdum. Ürəyimdəki Qarabağ həsrətinin yanğısı soyumamışdı, ancaq biraz səngimişdi. Ruslardan icazə alına bilmədiyinə görə nə Kəlbəcərə, nə də Laçına gedə bilmişdik.
   
   Haylar, rusların əliylə Qarabağın ən gözəl yerlərində məskunlaşdırılmışdı. İndi də rus qağalarını arxalarına alıb buranın əzəli və əbədi sakini olan bacı-qardaşlarımızı dədə-baba ocağından söküb buralara yiyələnmək istəyirdi. Atalar yalan yerə deməyib, arxalı köpək qurd basar. Bu məxluqatlar tarix boyu imperialist qüvvələrin oyuncağı olmuşdu və olmağa da davam edəcəkdi. Ruslar, vaxtı zamanı gəldikdə onlardan maşa kimi istifadə etmək məqsədiylə hayları bu yerlərə gətirmişdi. Tarix boyu maşalıq vəzifəsini ifa edən bu üzdəniraq xalq, 1918-ci ildə yenə ruslarla əl ələ verib Şamaxı, Gəncə, Bakı, Quba, Lənkəran bölgələrində soyqırımlar törətmişdi.
   
   O vaxtlar Osmanlı Dövləti can üstə idi, ancaq bu anında belə Məmmədçikləri yollayıb oralardakı soyqırıma mane olmuşdu. Osmanlı Dölətinin tənəzzülü ilə birgə Azərbaycandakı qardaşlarımızın da talei tərsinə dönmüşdü. Məmməd əmin Rəsulzadənin rəhbərliyində təzəcə yaratdıqları Azərbaycan Xalq Cümhuriyyəti yalnızca 23 ay müstəqil yaşaya bilmişdi. Bolşevik Qızılordu hissələri qırğınlar törədərək Azərbaycana daxil olub bu müqəddəs diyarı işğal etmişdi. İşğalla birlikdə on minlərlə Azərbaycan Türkü də vəhşiyanə şəkildə qətlə yetirilmişdi. İşğala qarşı üsyanlar da başlamışdı. Mərhum Məmməd Altunbay, Rus işğalına qarşı üsyan edən Gəncəlilərin başına gələn vəhşiliklərin bir hissəsini öz xatirələrində təsvir etməyə çalışıb.
   
   Lenin, Rus imperializminin ifritə surətini ənnik-kirşanladığı "kommunizm" ideyası ilə gizlətmişdi. Təəssüflər olsun ki bolşeviklər, digər Türk yurdları ilə birlikdə Azərbaycanda da özlərinə yançı tapa bilmişdilər. Leninin yançıları, Azərbaycan parlamentində Üzeyir Hacıbəylinin "O Olmasın Bu Olsun" tamaşasını səhnələyər kimi, kürsüyə çıxıb nə cür qəflət yuxusunda yatdıqlarını göstərərcəsinə, barmaqlarını Məmməd əmin Rəsulzadəyə tuşlayıb "Bu Olmasın O (ruslar) Olsun" deyə bilmişdilər. Ancaq bu qafillər güruhu, qızılordu hissələri Azərbaycan torpaqlarını işğal edib qırğınlar və qarətlər törətdikdən, yağma edilən yükdə yüngül, bahada ağır şeylərin doldurulduğu vaqonların və neft tankerlərinin üstünə "Lenin yoldaşa Azərbaycanlı proletarların ərməğanı" sözlərini yazıb Moskvaya yolladıqları vaxt nə böyük səhvə yol verdiklərini başa düşmüşdülər. Ancaq olan olmuşdu, Türkiyədəki ifadəylə desək "atı alan Üsküdarı keçmişdi"...
   
   Hər xalq öz tarixini çox yaxşı bilməli və ondan layığınca dərs götürməlidir. Ömrü döyüş meydanlarında keçən və buralarda bişərək yetişən Ulu Rəhbər Atatürk, "Öz milli mənliyinin fərqinə vara bilməyən millətlər, digər millətlərin ovu olar!" sözlərini hədər yerə deməmişdi.
   
   Bolşevik Lenin və Stalin, Azərbaycanın yeraltı və yerüstü sərvətlərini yağma etməklə yanaşı, Azərbaycan türklərinin Qərbi Azərbaycandan kütləvi şəkildə köçürülməsi işini də təsdiqləmişdi. Hətta bununla da kifayətlənməyərək Borçalı, Zəngəzur, Dilican, Göyçə və Dərbənd bölgələrini haylara, gürcülərə peşkeş çəkmişdi. Azərbaycanın ən gözəl yerlərinə, xüsusilə də Dağlıq Qarabağa hayların axınını təmin edib demoqrafik qurğunu türklərin əleyhinə pozmuşdular. Ruslar bunu həyata keçirmişdi təbii idi, çünkü düşməndi və öz mənfəətini güdürdü. Qərbi Azərbaycandan etnik təmizliklə çıxarılan Azərbaycan türklərinin Qarabağda məskunlaşmasına o vaxtın Azərbaycanlı idarəçilərinin və Xuraman Abbasova kimi şəxsiyyətlərimizin mane olmasına nə deyəkə! Bunu başa düşmək isə həddən artıq çətindi. Təəssüflər olsun ki, bu şəxsiyyətlərimiz tarixdən heç cürə dərs götürməmişdilər!
   
   1988-ci ilin avqust ayının bir axşam çağında gözəl Şuşadan, günəş qüruba yönələrkən ayrıldığımızda yol boyu bu fikirlər bir sinəma pərdəsi kimi gəlib xəyalımdan axıb keçmişdi. Şuşadan ayrılarkən ürəyimdə hələ də təsvir edə bilmədiyim qəribə bir hiss yaranmışdı. Ürəyimi dəhşətli bir hüzn dalğası bürümüşdü. Hətta bu hisslərdən asılı öz özümə heyrətlənmişdim, çünkü arzuma qovuşduğum, Qarabağımızı həm özümün, həm də atamın gözüylə gördüyüm halda bu duyğulara qərq olmağıma bir məna verə bilməmişdim. Bu da qəribədir ki, daxili intiusiyam həddən artıq güclüdür və indiyə kimi gördüyüm yuxuların hardasa 99 faizi çin olmuşdu, bu fakt da hisslərimə görə məni səksəkəyə salırdı. Gedərkən keçdiyimiz yerləri qayıdarkən yenə də doya-doya seyr edərək arxada qoyduq. Günlər keçdi və bir sentiyabr günü yenə də Kimmer türklərinin adını daşıyan Gümrüdən müqəddəs Anadolu torpaqlarına qədəm qoyduq.
   
   Qorbaçov, aşkarlıq və yenidənqurma düşüncəsini araya gətirər gətirməz Azərbaycan Türkləri də öz müstəqilliklərini bərpa etmək işini sürətləndirdi. Qorbaçov və yançıları, Azərbaycan türklərinin ayağa durmasının Sovetlər Birliyini dağılışa doğru aparacağını çox yaxşı bildiyindən, 1990-cı ilin 20 Yanvar günündə Bakı qırğınını həyata keçirərək, alnına anadangəlmə xalın yanına bir də Qara Yanvar ləkəsini yaxdı. O vaxtlar mən Almaniyada idim. Başda Berlin olmaqla getdiyim hər şəhərdəki Türkiyəli qardaşlarımızla birlikdə bu qırğının səbəblərini və sümürülən Azərbaycan və Türk yurdlarının problemlərini qərb mediasında işıqlandırmaq cəhdlərini davam etdirdim. Qəzetlər və məhəlli tv kanalları vasitəsiylə, konfranslar təşkil etdirərək bu mövzunu dilə gətirdim. Qara Yanvar, rusların dünya miqyasında xüsusilə də türklərin səyi ilə möhkəmcə silkələnməsinə səbəb oldu.
   
   Artıq Xalq Cəbhəsi Azərbaycanda hakimiyyəti ələ almağa başlamış və Azərbaycan, Rusların müstəmləkəsi olmaqdan yavaş-yavaş sıyrılmağa başlamışdı. Qara Yanvar səbəbiylə dünya ictimaiyyətindən bərk şillə yiyən impərialist ruslar Azərbaycanın əllərindən getməsini həzm edə bilməyərək bu dəfə maşa kimi istifadə etdikləri hayları Azərbaycanlıların əleyhində qışqırtmış və əl altından yolladıqları yardımlarla Qarabağ bölgəsində müharibə başlatmışı.
   
   Ruslar, Sovetlər Birliyi dövründə Azərbaycanlı gəncləri əsgərlik xidmətinə alarkən onları tikinti, mətbəx və digər işlərdə işlətmiş, ancaq hay gənclərinə silahlı təlim keçərək onları əsl əsgər kimi yetişdirmişdi. Bunun da əmması vardı. Qorbaçov dövründə ruslar əl altından Dağlıq Qarabağ bölgəsindəki hayları silahlandırmış, Azərbaycanlıların əlindəki ov tüfənglərini belə yığmışdı. Hətta ruslar, hayların törətdiyi hadisələrin məsuliyətini belə, hücuma məruz qalan Azərbaycan türklərinin boynuna yıxmışdı. Yanan da, yaman da Azərbaycan türkləri olmuşdu.
   
   Hayların, 1992-ci ilin 26 Fevral gecəsi Xocalı şəhərində, rusların 366-cı motoatıcı alayının da köməyi ilə bir soyqırım törətdiyini ertəsi günü öyrəndik. Xəbəri eşidər eşitməz Türkiyə səthində dərman və tibbi ləvazimat kampaniyası başlatdıq və bu kampaniyanı bir mətbuat konfransı təşkil edərək televiziya və qəzetlər vasitəsiylə Türkiyəyə çatdırdım. Yığılan dərmanları və tibbi ləvazimatları Azərbaycanlı tələbələrin də köməyi ilə qutulara doldurub qabqarırdıq. Yığılan yardımları özüm Azərbaycana aparacaq və böyük hissəsini idarəçilərə təhvil verəcək, özəl olaraq hazırlatdığım ilk yardım ləvazimatlarını da cəbhə bölgəsinə aparıb komandirlərə, əsgərlərə paylayacaqdım. Xocalı Soyqrıımını eşidən Anadolu Türklüyü ayağa durmuş, bunu dünya dünya ictimaiyyətinə çatdırmaq məqsədiylə hər şəhərdə və kənddə mitinglər təşkil edərək dünyanı lərzəyə gətirirdi.
   
   Mən isə bir tərəfdən Dağlıq Qarabağda yaranan hadisələri həm Türkiyə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün cəhd edir, digər tərəfdən də 1988-ci ildə getdiyim və sevgilərin ən ülvisini gördüyüm Qarabağ bölgəsində bu dəfə ayrı bir məsuliyyəti yerinə yetirmək üçün hazırlıq görürdüm. Günlərim qara bağlamışdı desəm bəlkə də az olardı, çünkü dünyanın ən gözəl diyarı olan ata-baba yurdumuz Qarabağda, dostum Aqil Abbasın deyişi ilə planı böyük imperialist dövlətlərin böyük şəhərlərində qurulan bir hərb gedirdi. Bir vaxtlar sevincək getdiyim yerlərə bu dönə, orada vətən uğrunda qəhrəmancasına döyüşən qardaşlarım üçün dərman və tibbi ləvazimat aparacaqdım. Allah, dünyanın harasında olarsa olsun heçbir Türkə "insanın ürəyini kökündən qopardan" bu hissləri bir daha duymağa icazə verməsin. Çünki bu hisslərin deyilməsi də, yazılması da insana dəhşətli bir iztirab verir.
   
   
   
   (Davam edəcək)


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK