ANA SƏHİFƏ / YAZARLAR

Dünən fərman verən bu gün istefa verir

Bişkekdəki hadisələr hansı müğənniyə görə yaşanır?.

21386    |   2010-04-17 00:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündü ki, Qırğızıstanda at yiyəsini tanımır. Daha çox kənarda qalan Orta Asiya bu dəfə siyasi hadisələrin tən ortasına düşüb. Ora necə düşübsə hələ də çıxa bilmir. Bütün dünya üzünü Qırğızıstana tərəf çevirib. Adam Ermənistandan başqa heç bir ölkəyə belə vəziyyət arzulamaq istəmir. Qırğızlar beş il əvvəl alqış altında prezident vəzifəsinə gətirdikləri Kurmanbek Bakıyevi daş və qarğış altında postdan saldılar.
   
   Bişkek camaatının inqilab eləməyi lap "Barselona"nın futbol oynamağına oxşayır. Hakimin fit çalmağı ilə Messi və komanda yoldaşlarının qələbə qazanması bir olur. Üç-dörd babat zərbədən sonra rəqib stadionu məğlub tərk edir. Sakit görünən qırğızlar əllərinə keçən avtomatdan, daş- kəsəkdən Bakıyevə tərəf nə təhər tulladılarsa prezident komandası ilə birlikdə hakimiyyətdən çəkildi. Düzdü, bu neçə gün ərzində Kurmanbek Bakıyev bolluca müsahibə verdi, sözdə müqavimət göstərdi. Amma gücü fərman yox, istefa verməyə çatdı. Oldu beş il öncə hakimiyyətdən qovduğu Əsgər Akayevin tayı.
   
   Sözün açığı, heç bu mövzuya toxunmaq istəmirdim. Çünki bir az xatalı məsələdi. Həm də yaz gələndən politologiya ilə məşğul olmurdum. Daha vacib işlərim var idi. Gördüm yox, Bişkek hadisələrindən sonra politoloqlar meydanı boş görüblər. Qırğızıstan olaylarını hərə bir cürə şərh edir. Biri deyir, üzr istəyirəm, Amerika belə gəldi, o birisi deyir, Rusiya faktoruna önəm vermək lazımdı. Digəri hərbi notlar axtarır, səhərdən axşamacan "Manas" hərbi bazasından danışır. Rusiya ilə işim yoxdu. Dünya çempionatına vəziqə qazana bilmədiklərinə görə onlarla qurtarmışam. "Manas"a gəlincə... Burda məsələ başqa cürdü. Bakıyevin istefa məsələsində bu faktoru qabardan siyasi şərhçilərdən də xahişim odur ki, bu işin peşinə çox düşməsinlər. Çünki "Manas"la şair dostumuz Adil Cəmil şəxsən özü məşğul olur. Öz aramızdı, bu onda daha yaxşı alınır.
   
   Adama deyərlər ki, politoloqsan, get işinlə məşğul ol, sənin "Manas"la nə alış-verişin... Bu üzdən hakimiyyət çevrilişində "Manas"ın rolunu qabartmağın yeri yoxdu. Kurmanbek Bakıyevin səhvləri çox idi. Götürək elə müğənni məsələsini. Qırğızların hələlik sonuncu, istefa ərizəsinin mürəkkəbi hələ qurumayan prezidenti bir müğənninin zadına düşdü- zibilinə. Gül kimi vəzifəsindən, sərin kabinetindən oldu. Hələ mən başqa məsələləri demirəm. Müğənni də babat oxuyan olsaydı yenə dərd yarı idi...
   
   Aslan Hüseynovu yəqin ki, tanıyırsız. Ola bilməz tanımayasız. Qırğızıstandan Azərbaycana köçəndən sonra telekanallarada tez-tez görünür. Oxumağını deyə bilmərəm, amma efirə çıxan kimi gah yemək bişirir, gah yumurtanın qayğanağını hazırlayır, gah at südü qaynadır. Aradabir də sənətçi həmkarları ilə dalaşır. Məndə olan məlumatlara görə, Qırğızıstan paytaxtındakı son olaylar Aslanın üzündən baş verib. Yalandan ABŞ-ın, Rusiyanın adını hallandırırlar. Amma adam gərək həmişə düz danışa. Özü də belə həssas mövzularda zarafatın heç yeri yoxdu. Aslana görə olan olayı BMT-nin, NATO-nun boynuna yükləməyin nə mənası?
   
   Deməli belə, günlərin birində müğənni Aslan qırğız xalqının göz yaşlarına məhəl qoymayaraq Azərbaycana köçür. Camaatın qara günləri beləcə başlayır. Aslanın Azərbaycana getməsindən narazı qalan qırğız camaatı səhər-axşam bu barədə Kurmanbek Bakıyevə müracət edir, ümummilli sərvət kimi onun təcili Bişkekə qaytarılmasını istəyir. Deyirlər ki, prezident Aslanı Vətənə qaytarsın, qoy o da gəlib öz telekanallarımızda yemək bişirsin, yumurtanın qayğanağını hazırlasın, ad südü qaynatsın. Nə qədər deyirlər, yazırlar, amma prezident Bakıyev Bakı ilə məsələni həll etmək istəmir. Axırda da...
   
   Aslana görə aslana dönən qırğız camaatı Bişkek küçələrinə çıxaraq hakimiyyətə etirazlarını bildirirlər. Bakıyevə deyirlər ki, çıx get, bir daş da dalınca...
   
   Xalqın səsini qulaq ardına vuran Kurmanbek Bakıyev də qulağının dibində yumuruq səsi eşitməli olur. Bir də ayılıb görür ki, at da getdi, ot da. Orda-burda gizlənməkdən, müsahibə verməkdən bir şey çıxmadığını görüb istefa ərizəsi yazır. Qırğızlara nə var, Bakıyevin yerinə gələn adam Aslanı Vətənə qaytarmasa, onu da göndərəcəklər Bakıyevin dalınca.
   
   Qırğızıstan hadisələrinin əsl səbəbi barədə bildiklərimi necə vardısa yazmağa çalışdım. Həm də bəzi özünü savadlı göstərmək istəyən politoloqlara məsələnin gerçək tərəflərini anlatmaq istədim. Amma məni bir məsələ düşündürür. Gürcü xalqı İbrahim Borçalı haqqında görən nə fikirləşir...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK