ANA SƏHİFƏ / YAZARLAR

İLLƏRİN O ÜZÜNDƏN GƏLƏN YOL

34114    |   2015-03-10 17:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən onu deyim ki, bu yazını oxuyanda hər kəs ona öz arşını ilə yanaşacaq, öz eynəyi ilə, öz baxış bucağı altında diqqət yetirəcəkdi. Hətta kimlərsə külü üfürüb altından qor tapmağa çalışacaq. İstəyəcək ki, görsün o qor necə kövrəlir, necə alışır və ümumiyyətlə, niyə alışır?! Amma kim hardan baxır- baxsın, kim necə ölçür-ölçsün, mən buna o qədər də önəm vermirəm. Çünki bütün həyatım boyu bildiyim, qəbul etdiyim və inandığım bir məqam var: onun da adı səmimiyyətdi. Mən də həmişə hər yerdə o səmimiyyəti əlimdə, ürəyimdə bayraq etmişəm. Hətta məni sevməyən, məni görmək istəməyən, hətta mənim özümə xoş gəlməyən adamları belə səmimi şəkildə özümdən uzaqlaşdırmışam. Çalışmışam ki, xətirlərinə dəyməyim. Ən azından ona görə ki, mənim də xətrim, mənim də ürəyim var. Kimsə mənim də xətrimə, mənim də ürəyimə dəyə bilər. O müdriklərin dediyi kimi, "etmə, etməsinlər!"

Bəli, bu gün o, dövlətin ən yüksək qurumunda mövqe tutub. Amma həmin o yüksək quruma gedən yolun əvvəli bir tələbəlikdən, bir üniversitet həyatından başlayıb. Və onda kimisə proqnoz verə bilməzdi ki, sovet cəmiyyəti dağılacaq… torpaqlarımız işğal olunacaq… 20 yanvar faciəsi baş verəcək… Azərbaycan müstəqilliyinə qovuşacaq. Ola bilsin ki, müstəqillik ideyasının daşıyıcıları, yəni məhz həmin illərdə bu fikri gizli şəkildə də olsa ifadə edənlər, yazılarının alt qatında göstərənlər mənimlə razılaşmasınlar. Mən də onları başa düşürəm. Ancaq bütöv toplum halında mənim söylədiyim, yəni içində yaşadığım cəmiyyətin nə vaxtsa tarixin arxivinə veriləcəyini universitet auditoriyalarında bizə söyləyən olmamışdı. Ona görə də biz, yəni o dövrün şinelindən çıxanlar auditoriyalarda da, dəhlizlərdə də qarşılaşanda xoş təbəssümlə, səmimi davranışla və bir də içində olduğumuz həyata böyük arzumuzla bir-birimizə bağlanmışdıq. Təsəvvür edin ki, tələbə dünyası bizi o qədər xəyallandırırdı, o qədər arzulardan arzular qol-qanad açırdı ki, hərdən bütün bu istəklərin çin olacağına özümüzün də gülməyimiz tuturdu. Çünki istər ucqar kəndlərdən, istər şəhərlərdən, rayon mərkəzlərindən dövlət universitetinə qəbul olunmuş gənclərin hamısının əsas məqsədi, məramı arzularına qovuşmaq idi, məqsədinə çatmaq idi. Ona görə də böyük əksəriyyət bir-birinə qarşı davranışda, münasibətdə, hətta yardım göstərib əl tutmaqda təmənnasız idi. Elə bil ki, o tələbə dünyası hər kəsi sovet dövrünün məşhur şüarının daşıyıcısına çevirmişdi. Yəni "hamı bir nəfər üçün, bir nəfər hamı üçün!"

İndinin özündə həmin o günləri xatırlayıb, həmin o məqamları gözlərimin önünə gətirəndə qəribə hisslər keçirirəm. Ona görə ki, arabir əlaqə saxladığım universitetin tələbə dünyasında bizim gördüklərimiz, bizim yaşadıqlarımız demək olar ki, az qala kökündən dəyişir. Doğrudur, burda zaman faktoru var, inkişaf faktoru var. Bunu qəbul edirəm. Ancaq bütün hallarda tələbəni bir-birinə yaxınlaşdıran yataqxana və kitabxana indi nə yoxdu, ya da əvvəlki tərzdə, əvvəlki müstəvidə deyil. Bir-birinin qapısını döyüb bəzən yavan, bəzən yağlı tikəsinə qonaq olduğumuz tələbə dostlarımız, tələbə yoldaşlarımız, qələmindən, kitabından yararlandığımız, köynəyini, pencəyini geyindiyimiz uşaqlar… Bu gün bunlar varmı görəsən tələblik illərində? Eşitməmişəm və mənə elə gəlir ki, bundan sonra da eşitməyəcəm. Onda isə…

Hərdən məni qınayırlar ki, nostalji hisslərə çox üstünlük verirəm, o hisslərdən uzaq düşə bilmirəm. Amma insan gördüyünü, oxuduğunu, eşitdiyini özünə daha çox yaxın buraxır, nəinki fantastik olanları. Bu mənada mən oxuduğum universitetdə gördüyüm, salamlaşdığım, münasibət qurduğum, çörək kəsdiyim, bəzən çarpayısında ayaq-baş yatıb köynəyini geydim insanları unuda bilmirəm. Çünki bunlar mənim həyatımın bir parçasıdı. Üstəlik də şəhərdən uzaq bir guşədən paytaxta gəldiyim üçün mənə torpaq adamları, kənd adamları daha çox yapışırdı, onlara qanım daha çox qaynayırdı. Az-çox yazı yazmağım, universitet qəzetində, eləcə də ölkə mətbuatında görünməyim məni o cameədə önə çəkmişdi. Üstəlik qrup nümayəndəsi olmağım da bir yandan, bir tərəfdən…

Bəli, biz arzularımız naminə, məqsədimiz naminə universitet auditoriyalarında nə qədər həlim, təmkinli olsaq da, içimizdə bir gənclik eşiqi də var idi. Yaşımız da bizə öz sözünü deyib, öz hökmünü göstərirdi. Həmin o sözün, hökmün içərisində bizim günlərimiz əriyib gedir, tələbəlik illəri bir-birini əvəzləyirdi. O əvəzlənən illərin içərisində bizim bir-birimizə olan səmimiyyətimiz, diqqətimiz də yaşlaşır, kamilləşir və demək olar ki, ürəyimizin bir guşəsində öz yerini möhkəmləndirirdi. Həmin o möhkəmlənən, sabitliyini dəyişməz saxlayan yer sahiblərindən biri də ortaboylu, qarayanız bir oğlan idi. Sakit təbiəti, ətrafla maraqlanması, xüsusilə yanındakılara münasibətdə təmkin nümayiş etdirməsi onu yaşından çox böyük göstərirdi. Adama elə gəlirdi ki, onun içərisində olduğu yaşı öz həqiqi yaşından azı iki-üç dəfə böyükdür. Hətta fakültənin ümumi tədbirlərində söylədikləri istər-istəməz bu adamın təkcə uzaqgörənliyini yox, həm də məntiqə söykənən mühakiməsinin gücünü elə sərgiləyirdi ki, onu dinləməmək, onun fikirlərinin arxasındakı qapıları görməmək mümkün olmurdu. Nə qədər özünü kənara çəksən də, həmin söylənilən fikirlər birmənalı şəkildə özünün gerçəkliyini adamın gözü önünə çıxarırdı. Şəxsən mən onda da, indi də özüm üçün belə bir ümumi nəticə çıxarmışdım ki, mühakiməsi, məntiqi güclü olan, təmkinini saxlamağı bacaran insan içində həmişə bir od-alov, bir mübarizə daşıyır…

Tələbəlik illərindən sonra həyat bizi müxtəlif səmtlərə atdı. Onu 20 yanvar hadisələrində, bu gün də təkrarlanan həmin o kadrlarda gördüm… Sonra indi çalışdığı vəzifədə… Tam səmimiyyətlə deyim ki, ondan gördüyüm diqqəti, onun mənə göstərdiyi münasibəti sözün həqiqi mənasında umduğum, gözlədiyim insanların heç birində görməmişəm. Ancaq o, həmin diqqəti də, münasibəti də reklamsız, təmtəraqsız, çox sadə, hətta elə bir formada hiss etdirib ki, bunu ancaq ürəyinlə, ruhunla duya bilərsən. Mən də duymuşam - əlimi sıxıb məni təbrik edəndə, tədbirlərdə qarşılaşanda… Elə bilmişəm ki, həmin o 80-ci illərin tələbələriyik… Elə bilmişəm ki, yenə universitet dəhlizində, auditoriyalarında üz-üzə gəlirik…

Bütün bunları bir xatirə kimi yazıram. Amma bu xatirənin bir ana xətti var, bir şah damarı var. O da Əli müəllimin dünən tamam olan 55 yaşıdır. Öncə yazmaq və onu qəzet səhifəsinə çıxarmaq mənim qarşımda sual işarəsi kimi dayandı. Ancaq bütün sualların cavabı olduğuna inandığım üçün yazmaq qərarı verdim və mən nə Əli müəllimin tutduğu vəzifədəki fəaliyyətini, nə onun siyasi yetkinliyini, nə də mətbuat aləmi üçün bütünlüklə açıq olduğunu dilə gətirmədim. Çünki bütün bunlar göz önündədi, bəllidi. Şəxsən mənim üçün ən önəmlisi, ən vacibi və ən qürurvericisi odur ki, Əli müəllim yerində olan bir insan kimi aid olduğu komandada çiyninə düşən işi layiqincə yerinə yetirir. Yəni o, həm sədaqəti, həm də xidməti ilə birmənalı şəkildə bu komandada öz yerində olduğunu və etimadı doğrultmağı bacardığını 20 ilə yaxındır ki, anbaan sübut edir. Deməli, o, halal haqqının, böyük arzularının və bir də əqidəsinin sədaqətli əsgəridi. Zənnimcə, bu artıq hər şey deməkdi. Mən bu məqamda ürəyimdə olan insanlara ünvanladığım misraları bir hədiyyə kimi Əli müəllimin adına bağışlayıram.

ÜRƏYİMDƏKİ ADAM

Topsuz,

tüfəngsiz

qapı

pəncərəsi bağlı

bir qapalı dünya var -

cəmi

bir otaqlı…

İşığı bol,

havası təmiz

sanki

göz yaşı kimi

dupduru bir dəniz…

Təkcə

özüm üçün yox,

daha çox

həmin otağın

daimi

qeydiyyatda olanı

ziyarətçisi üçün…

Heç kimə göstərmədən

özün

təkcə,

sakitcə,

məni duya-duya

ürəyimin ömrün

uzadır hər gün!


55 yaşınızı təbrik edirəm, Əli müəllim!


Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK