viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ELDƏN AYRI... Adalet.az | ELDƏN AYRI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ELDƏN AYRI...

17327    |   2009-10-17 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Həmin gün kənddə iki yerdə toy vardı. İkinci toyu aparacaq aşığı heç kim tanımırdı; birinci dəfəydi ki, bu yerlərə ayağı dəyirdi. Dərslərimi ertədən hazırlayıb, bir-iki tikə dalanıb toy yerinə qaçdım. Hava qaralsa da, toyxananın içində, çölündə adam azdı. Toy sahibinin qohum-qonşularından başqa kimsə gözə dəymirdi. Yaxşı ki, qonşumuzun yuxarı sinifdə oxuyan qızı burdaydı. Yapışdım ki, gedək o biri toya. Bu aşığı hələ görməmişik, eşitməmişik. Allah bilir, necə oxuyur, bəlkə də heç səsi-zadı da yoxdu. Elə bilirdim ki, onu dilə tutub yola gətirə biləcəyəm. Ancaq alınmadı. Dedi ki, sən tanımırsan, ancaq mən başqa yerdə toyda görmüşəm. Lap yaxşı çalıb-oxumağı var. İndi gələr, görərsən ki, mən deyəndi. Çarəm nəydi, könülsüz-könülsüz dayanıb gözlədim... Get-gedə adam sıxlaşırdı. Cavanlar " bəsdi" deyincə oynayıb qurtarandan sonra ara sakitləşdi, beş-on ağsaqqal toyxananın yuxarı başına keçdi. Ancaq bundan sonra aşıq məclisə qədəm basdı...
   
   Ucaboylu, cüssəli adamıydı. Sarışın, ətli sifətində balaca, batıq gözləri mülayimliklə oturanları süzürdü. Nəfəsi gödək olsa da, səsi həzin, bir qədər də kədərliydi. İlk oxumasından təsirləndirdi adamları. Arxadan qolumu qonşu qızın çiynini qucaqladım, o da əlini əlimin üstünə qoyub özündən razı halda üzümə baxdı: " Gördün? Ancaq sözümə baxmırdın..." Şirvanın o zamankı bütün adlı-sanlı aşıqları kəndimizdə toy aparmışdılar. Hərəsinin bir özəlliyi camaatın yadında qalmışdı. Payız toylarının söz-söhbəti qış uzunu bitib-tükənmək bilmirdi. Adamlar hər bir aşığın toyxanada özünü necə aparmasına ayrı-ayrı qiymət verərdilər.İlk dəfə kəndimizə ayaq basan bu aşıqsa öz davranışıynan bütün əvvəlkilərdən fərqləndi. Artıq bir sözə, hərəkətə yol vermirdi. Çalğıçılara, xanəndəyə göz ağartmaq, yerli-yersiz irad tutmaq peşəsi deyildi. Üstəlik, tamahkarlığı da yoxdu... Qısası, bizim gördüyümüz ən mədəni aşıq idi...
   
   " Təzə" aşıq həmin gecə "Adıgözəlin nağılı"nı danışdı. Nağılın bir yerində qəhrəmanın ağrı-acıynan dolu yalvarışlarını oturanlara, eşidənlərə çatdıran o yanıqlı səs hələ də qulaqlarımdan getməyib:
   
   
   
   Gecənin yarısında gələn haramı,
   
   Öldürmə, Xudaya bağışla məni...
   
   
   
   Səs payız dumanına bürünüb kəndin dörd bir tərəfinə yayılırdı. Axmazın balıq iyi vuran sularında bitən qarğı-qamış aramla yırğalanan başını əyib bu avazı qıraqdakı meşənin çimir eləməyən quşlarına ötürürdülər. Qulduru, haramısı, mərdimazarı, küpəgirən qarısı əskik olmayan nağıl-dastanlarımızın oyatdığı kədər həmişə həzin və keçici olur. Çünki bu pisliklərin böyründə cüssəli igidlər, ipək qarılar, bir zərif yarpaqnan ölümcül yaraları belə sağaldan cüt göyərçinlər, dar ayaqda peyda olub dada yetən Xızr İlyas da olur... ( Pislikləri unudub yaxşılıqları uydurmağımız, şişirtməyimiz də yəqin, elə burdan qaynaqlanır)...
   
   Hə... Uzun illər bundan qabaq, həmin dumanlı payız axşamında kəndimizin adamları Aşıq Ülkər Məmmədovu belə tanıdılar. Tanıdılar, bəyəndilər, sevdilər və dönə-dönə öz övladlarının toyuna gətirdilər... Şirvanlı olsaq da, bizim tərəflərdə saz çalıb-oxuyana nadir hallarda rast gələrsən... Yəqin, bu səbəbdəndi ki, aşığın doğulub-böyüdüyü Quruzma kəndi də mənə əfsanə kimi görünməyə başladı...
   
   ***
   
   
   
   Rayon qəzetində işləyəndə onu tez-tez tədbirlərdə, şənliklərdə çalıb-oxuyan görürdüm. Günlərin birində ağlımdan keçdi ki, rayonumuzun yeganə aşığını redaksiyaya dəvət edib haqqında yazı hazırlayım. Qoy, indi də özünün həyat nağılını danışsın. Danışdı da...
   
   Aşıq Ülkər 1935-ci ildə Sabirabadın Quruzma kəndində anadan olub. Atası Bəhlul kişi Staxanov hərəkatının fəal üzvlərindən idi. Qırmızı Əmək Bayrağı ordeni, medallarla təltif olunmuşdu. Elə anası Həyat Hacı qızı da ərindən geri qalan deyildi, kolxozun işgüzar əmək adamlarından sayılırdı. Deyir balaca olanda kənd toylarından birini də buraxmaz, Şirvan aşıqlarının apardıqları məclislərə baxmaqdan doymazdım... Bu həvəsini görən atası əvvəlcə ona tar alır. Quruzma məktəbinin direktoru mərhum Hacağa Məmmədov ona tar çalmağı öyrədir. 1953-cü ildə orta məktəbi bitirir.Saz-söz sənətinə həvəsi onu rayonda məşhur olan sənətkarlarla görüşdürür. Ülkər zurnaçalan Xalıq Sadıqovun yanına tez-tez gedib-gəlir. Burada göyçaylı Aşıq Əmrahla, Türkədidən ( Sabirabad rayonu) Aşıq Seyidəhmədlə tanış olur, onlarla birlikdə toylara gedir. Çox keçmir ki, özü müstəqil toy məclislərini aparmağa başlayır. İlk dəfə Kovlar kəndindən Möhübbət adlı bir nəfərin toyunu elədiyini də yaxşı xatırlayır...
   
   Aşığın şöhrəti el-el, oymaq-oymaq yayılır, repertuarı zənginləşir. " Gözəlləmə", " Baş müxəmməs", " Hicran Kərəmi", " Şeşəngi", " Şirvan şikəstəsi" və s. mahnı və şikəstələri məharətlə itfa edir. Özünün yazdığı " Şirvana gəl" mahnısı dillər əzbəri olur. Toy məclislərində şirin, səlis bir dillə söylədiyi " Ordubadlı Kərəm", "Şahzadə Əbülfəz", "Şah İsmayıl", " Alxan və Pəri", "Məhəmməd və Güləndam", "Novruz və Qəndab" dastanları ağsaqqalları, sənət bilicilərini razı salır. Yardımlıda, Zərdabda, Göyçayda, İmişlidə toylar edir. Onu, hətta Daşkəndə və Səmərqəndə də dəvət edirlər. Aşığın bu səfərlərdən aldığı təəssüratları əks etdirən "Aşıq Ülkərin Səmərqənd səfəri" adlı dastanı da vardır...
   
   Aşıq Ülkər 1967-ci ildə Böyük Oktyabr sosialist inqilabının 50 illiyinə həsr olunmuş respublika müsabiqəsində 2-ci dərəcəli diplom və medalla təltif olunmuşdu. Aşıq Ələsgər adına xalq yaradıcılığı evi ilə müntəzəm əlaqə saxlayır, təkcə toylarda deyil, el şənliklərində, məhsul bayramlarında, müxtəlif kütləvi-mədəni tədbirlərdə yaxından iştirak edirdi... Bəs sonra? Sonra aşıq necə oldu?! Məclislərimizdən, toylarımızdan sözlü-söhbətli bir aşıq yavaş-yavaş "yoxa çıxdı" və bu yoxluq heç birimizi narahat eləmədi... Günlərin birində rayon mədəniyyət şöbəsinə zəng vurub aşığın nə üçün işdən çıxdığını soruşdum. Dəstəyi götürən adam tərəddüdlə:
   
   - Nə deyim?.. Onların sənəti dəbdən düşdü (?), ona görə də işdən çıxdı. İndi öz kəndlərindədi, kolxozda işləyir...
   
   Görəsən, aşığı kimlər, nələr dəbdən salmışdı?! Bəlkə yağışdan sonra göbələk kimi artan üzdəniraq "müğənnilər", "uslitellər" və saysız-hesabsız kassetlər?! Həm hə, həm də yox! Məsələ burasındaydı ki, aşığı daha toylara az-az çağırırdılar, o da daha bəzilərinin ağzını şirin edə bilmirdi... O vaxt aşığın özü ilə də söhbət elədim:
   
   - Niyə işdən çıxdım? Dolana bilmədim. On bir uşaq atasıyam. Qoca anam da biznən qalır... İndiki işim pis deyil. Birtəhər dolanırıq...
   
    - Bəs, saz?
   
    - Sazım köynəkdə yatır...
   
    - Deməli, soyuyursunuz...
   
    - Yox, yox! Bu sənət mənim qanımda-canımdadı. Bir də öləndə barmaqlarım mizrabdan ayrılacaq...
   
   Yox, aşıq hamısını demirdi. Ellər gəzib məclislər yola verən, hər cür adamlarla rastlaşan, qal yatıran, küsülüləri barışdıran sənətkar yaşının bu vədəsində belə necə də abırlı, həyalıydı. Kimsənin dalınca danışmağı şəninə sığışdırmırdı. Onun kimi sənətkarlar hər xırda işdən ötrü "dolana bilmirəm" deyib öz peşələrindən ayrıla bilməzlər. Əgər soyuqluq, etinasızlıq görməsələr...Konsertə dəvət olunurdu, ancaq saatlarla pərdə arxasında dayanıb balabançı gözləyirdi, sonra da pərt olub geri dönürdü... Həmin illərdə respublika televiziyasının əməkdaşları "Ozan" folklor toplusu üçün raonumuzda süjetlər çəkəndə Aşıq Ülkər heç kimin yadına düşmürdü. Aşıq Alı adına aşıqlar ansamblı rayon mədəniyyət sarayında konsert verərkən, Sabirabadın yeganə aşığını da ora dəvət eləmək olmazdımı?! Bir-birini əvəz edən "yaddançıxmalar"ı təsadüf saymaq olardımı? Bəs, aşığı kim tanıtmalı, kim sevdirməliydi?!
   
   Aşığın təsərrüfatda işləməsinə heç kim pis baxmır. Dədə Ələsgərin dəyirmanda işlədiyini, ot biçdiyini, araba bağladığını bilirik. Amma indi dövran başqaydı. Təsərrüfatda işləməkçin yüzlərlə, minlərlə adam vardı. Aşıq Ülkər isə bir dənəydi...
   
   Aşıq elə bağlıdı, el də aşığa. Ta qədimdən aşıqlar el-obanın sevincinə, kədərinə şərik olublar; şad günündə çalıb-çağırıb, dar günündə igid kimi meydana atılıblar...
   
   -Aşığın apardığı məclis bayağılıqdan uzaq olar. Məclisə girəndə ustadnamələr deyər, cavanlara öyüd-nəsihət verər, onları yaxşı əməllərin dalınca getməyə, pisliklərdən uzaq olmağa çağırarlar. İndi kənd toylarının adı qalıb. Toyxanada yaşlı adam çətin taparsan. Axı, gecə saat üçə-dördə kimi "tvist" vurulan yerə hansı ağsaqqal gedər?!...
   
   Ustadın bu sözləri deməsindən iyirmi ildən artıq bir vaxt keçir. Qəbrin nurnan dolsun! Əgər bilsəydin bu gün necə yerinə düşür dünən uzaqgörənliklə dediklərin. Danışdıqlarından bir epizodu da yaddan çıxara bilmirəm. Dedi ki, aşıqlıq ömrümün çoxunu sənin kəndçin, balabançalan Xanoğlan Məlikovla ( Hacıqabul rayonu, Kolanı kəndi) keçirmişəm. Əvəzsiz sənətkardı. Qızımı köçürəndə qudama dedim ki, oğlunun toyuna kimi çağırırsan çağır, öz işindi. Ancaq mənim qızım evimdən çıxanda qapımda Xanoğlan "Gəlin havası" çalmalıdı. Sağ olsun, sözümü yerə salmadı...Aşığın bu sözləri də indi şou-biznes adı ilə bir-birini gözdən, hörmətdən salanlara yaxşı dərsdi. Əgər qulaq assalar...
   
   
   
   ***
   
   Aşıq çoxdan rəhmətə gedib. Şirin söz-söhbətini, həzin, ürəyəyatımlı səsini də özüynən aparıb. Bir zamanlar onu tanıyanların, dinləyib zövq alanların da çoxu haqq dünyasına qovuşub. Toyunu çaldığı oğlanlar-qızlar çoxdan baba-nənə olublar... Hər dəfə atam evinə gedəndə aşığın doğma kəndi Quruzmadan keçirəm. Hər dəfə də onun apardığı toyları, oxuduğu qoşmaları, gözəlləmələri, danışdığı nağıl-dastanları və bu saydıqlarımla birgə illərin o üzündə qalan uşaqlığımı xatırlayıram. Görəsən, bu kənddə necə, onu yada salan varmı? Yəqin, indi bu kənddə də çoxları toyu şadlıq saraylarında, ara müğənnilərin iştirakıynan bir gecədə yola verir. Heç kəsin ürəyindən də keçmir ki, keşkə, Aşıq Ülkər sağ olaydı, gəlib bir dastan danışaydı, Xanoğlan da böyründə qara zurnada bir "Gəlin havası" çalaydı... Bax, yolun qırağıynan gedən, taxdığı qulaqcığın şnuru ilan kimi boyun-boğazında qıvrılan 16-17 yaşlı oğlandan soruşsam ki, bir vaxt sizin kənddə Aşıq Ülkər vardı, onu tanıyırsanmı, görən, mənə nə cavab verər? Ümumiyyətlə, heç cavab verərmi?!...
   
   
   
   P.S. Aşıq sənətimizin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi xəbərindən sonra bu yazını işləməyi qərara aldım.


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK