Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | O, DİQQƏT ADAMIDI Adalet.az | O, DİQQƏT ADAMIDI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O, DİQQƏT ADAMIDI

Bu cür adamlar həmişə arzulanıblar

49787    |   2015-02-05 08:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan" nəşriyyatının qapısını tanıdığım ilk gündən uzun illər keçib. Öncə mən bu binaya oxucu kimi, hansısa bir əl boyda məktub yazan müəllif kimi gəlmişdim. Təbii ki, ilk qapısını döydüyüm "Azərbaycan pioneri" və "Azərbaycan gəncləri" qəzetləri olubdu. Sonra "Sovet kəndi" qəzetinin və "Təşviqatçı" jurnalının redaksiyalarına üz tutmuşam. Beləcə, mətbuatla, o cümlədən nəşriyyatla tanışlıq münasibətlərim yaranıb. O vaxtdan təqribən 40 ilə yaxın bir zaman keçir, necə deyərlər, bir igidin ömrüg Amma həmin ömrün içərisində 1980-ci ilin sentyabrından başlayan dəqiq tarixcə də var. Və həmin tarixdən bu binaya demək olar ki, bütün iş günləri gəlib getmişəm. Əməkdaşı olduğum "Təşviqatçı" jurnalının sayəsində...
Bütün bunları elə-belə xatırlamıram və bütün bunların içərisində bu nəşriyyatda mənim tanıdığım, sevdiyim, dostlaşdığım, doğmalaşdığım və nəhayət, ürəyimdə yer ayırdığım insanlar olub. Mən o insanlarla sovet dövrü nəşriyyatının o illərə aid çap, montaj sexlərinin gecə növbələrinin bütün həyatını görmüşəm, yaşamışam. Hətta əridilən qurğuşunun qoxusu altında çap dəzgahının bir küncündə əlləri mazutlu-mazutlu çörək də kəsmişəm. Tam səmimiyyətlə deyim ki, o çörəyin dadı, o çörəyin bərəkəti bu gün də yadımdadı, bu gün də mən məhz həmin o münasibətlər üçün, həmin o səmimiyyət üçün əməlli-başlı darıxıram, necə deyərlər, burnumun ucu göynəyir. Təəsüf ki, o adamların bir çoxu artıq dünyasını dəyişib. Allah rəhmət eləsin! Bir çoxu da iş yerini. İşləri avand olsun! Lakin dəyişməyən həm şəxsiyyət kimi, həm xarakter kimi qalanlar da var. Həmin o qalanlarla, o köhnə tarixdən gələn münasibətlər, dostluqlar bu gün də davam edir və onlarla hər gün təzələnən görüşüm məni bir anlıq da olsa o günlərə çəkib aparır. Ərklə o keçmişə açılan qapını döyürəm vəg
Elman müəllimlə tanışlığımın kökündə həmin o çap dəzgahları, o qurğuşun qoxulu, mətbəə havalı günlər dayanır. Taleyim elə gətirdi ki, jurnalda işlədiyim ilk gündən onunla qarşılaşdım. Ucaboylu, yaraşıqlı görkəmi və həm də son dərəcə iş adamlarına məxsus ciddiyyəti diqqətimi çəkdi. Əvvəl elə bildim ki, bu adam əsl mətbə işçisidi- qupquru! Zarafatdan, deyib-gülməkdən, səmimiyyətdən bir neçə addım kənar gəzən bir məmurg Lakin günlər keçdikcə, onun işçilərlə danışıb-güldüyünü də, zarafat etdiyni də müşahidə etdim. Anladım ki, ilk təəsüratım məni çaşdırıb. Əslində Elman Kərimov bir mühəndis kimi işini mükəmməl bilən, işində tələbkar, yoldaşlıqda isə son dərəcə səmimi bir Allah bəndəsidi. Rusların məşhur atalar sözündə deyildiyi kimi "xidmət xidmətdi, dostluq dostluq" (slujba slujba, drujba drujba).
Deməli, bax o ilk təəsüratdakı çaşqınlığın qısa bir müddətdə aradan qalxması məni ona bir az da yaxınlaşdırdı. Artıq hər dəfə sexə üz tutanda gözüm onu axtarırdı. Çalışırdım ki, qarşılaşaq, salamlaşaq. Necə deyərlər, bu nəşriyyata təzə gəldiyimdən cəhd edirdim ki, ziyalı, sayılıb-seçilən, işini bilən insanlarla ünsiyyət qurum, onların əhatəsinə daxil olum. Məhz bu istəkdən çıxış edərək mən Elman Kərimovu da hər gün görmək istəyirdim. Görünür, Alahın qəlbimə səpdiyi o toxum saf oluduğu üçün yavaş-yavaş öz axarı ilə cücərməyə başladı. Günlərin bir günündə başımı qaldırıb arxada qalan illərə baxanda gördüm ki, Elman Kərimov mənim içimdəki adamların sırasındadı. Özü də elə bir yerdə dayanıb ki, ona hardan baxsam, mütləq görürəm. Çünki o yer məhz mənim həm arzularımın, həm niyyətimin, həm də Allahımın məsləhət gördüyü adamın halal haqqıdır. Deməli, bu gün ərklə bu yazını yazmağa başlayanda, yenə geriyə boylandım. Yenə arxadakı illəri çözməyə başladım və gördüm kig
Bəli, mən Elman müəllimi iş prosesində, nəşriyyatda demək olar ki, hər gün görürəm. Hər görüşümüzdə biz mütləq bir neçə dəqiqəlik də olsa, lap atüstü sayılsa belə hal-xoş edirik, ailəni, uşaqları, nəvələri soruşuruqg bir-birimizin səhhətindən xəbər tuturuq. Üstəlik, Elman müəllim yaşca məndən böyük olduğuna görə o, həyat təcrübəsinə əsaslanıb ərklə, doğmalıqla məsləhətlər də verir. Bu dünyanın dərd-qəminə, ağrıların qarşı dözümlü olmağa, hər sözün başına ip salmamağa həvəsləndirir, yönlədir məni. Və deyir ki, çalış, özünü qoru, səhhətindən muğayat ol. Amma bir şərtlə ki, özünə həm də şəxsiyyətinə hörmət gətir, sözünə hörmət gətir. Onda işin də gedəcək, yerin də bilinəcəkdig
Təbii ki, ağsaqqal sözü bütün zamanlarda həyatın özündən bəhrələnib, həyatın özündən dərs alıb ortaya çıxıbdı. Ona görə də Elman müəllimin tövsiyələri mənim üçün bir növü həyat bilgisidi. Yaşamış, çətinlikləri arxada qoymuş bir insanın bu həyatdan çıxardığı nəticənin özəyidi, mənasıdı. Bax, buna görə də mən Elman müəllimlə söhbət edəndə necə deyərlər, hər şeyi unuduram. Bu dünya da yadımdan çıxır, onun problemləri də. Üstəlik, Elman müəllimin dözümü, kişi xarakteri məni həm də yönəldir. Onun yaşadıqları, onun həyatında olanlar mənə bəlli olduğu üçün mən sadəcə, bu böyüklüyün qarşısında baş əyirəm. Üstəlik, Elman müəllimdəki diqqət məni həm də ondan öyrənməyə, ondan gördüklərimi götürməyə məcbur edir. Bəli, doğrudan-doğruya məcbur edir. Çünki bu KİŞİdə o qədər həssaslıq, o qədər qayğıkeşlik var ki, onu hətta kor olsan belə görüb duya bilərsən. Şəxsən mən bu diqqətin, bu qayğının dəfələrlə şahidi olmuşam. Gecənin tən yarısında da, iş gününün sonunda da hətta istirahət günündə də ona etdiyim zənglərə Elman müəllim hər dəfə telefonu açan kimi:
- Bəli, qardaş! - deyə cavab verir.
Və mən də onu narahat etdiyimə görə üzr istəyəndə bir az ərklə, bir az da ciddi şəkildə söylədiyi sözlər yaddaşıma yazılır.
- Qardaş qardaşı narahat etməlidi də. Sən bir də belə söz demə!..
Doğrudan da yaşadığımız bu həyat kifayət qədər problemlərlə yüklüdü. Təkcə maddi problemləri sayanda adam az qalır havalana. Başı şişir, əlləri ilə başını sıxıb dayanır, heç nəfəs də ala bilmir. Bax, bu sıxıntının içərisinə, yəni üstünə mənəvi problemləri də qatanda elə bil odun üstünə benzin tökürsən. Onda bircə ah çəkməkdən və əllərini göyə açmaqdan başqa çarə qalmır. İndi fikirləşəcəksiniz ki, mən bu sözləri niyə yazıram. Bir az səbirli olun, fikirlərimin ardını oxuyanda biləcəksinizg
Hə, bax həmin o sıxıntılar içərisində havalanıb əllərimlə başımı sıxdığım məqamda telefon səslənir. Bir az əsəbi, bir az da narazı şəkildə telefona tərəf baxıram. Mobil telefonda onun adı yazılıb. Telefonu açıram. Mən də eynən onun kimi:
- Bəli, qardaş - deyirəm.
Səsimdən, yoxsa hanısısa bir hissdən duyur mənim iç dünyamı elə bil. Sanki kimsə hansı durumda olduğumdan ona xəbər verir və çox təmkinlə, çox istiqanlılıqla soruşur:
- Yerindəsən? Nə işlə məşğulsan?
- Yerimdəyəm, qəzetlərə baxıram - söyləyirəm.
- Düş beşinci mərtəbəyə, səni görmək istəyirəm.
Qalxıb otağın qapısını bağlayıb 5-ci mərtəbəyə düşürəm. Elman müəllim foyedə, pəncərənin önündə dayanıb əlində bir xeyli qəzet məni gözləyir. Yaxınlaşıb öpüşüb görüşürəm. Üzümə baxa-baxa:
- Nə olub? Dilxor adama oxşayırsan.
- Heç, elə-belə qəzetlərə baxıb qayğılanmışdım.
Gülümsəyir. Qoluma girir və dəhlizlə üzü onun iş yerinə tərəf addımlayırıq. Elə gedə-gedə də həmişəki kimi yenə uşaqları, evi-eşiyi, nəvəni soruşur:
-Təzə nə var-nə yox? - deyir.
Təbii ki, bu sorğu-suala adət etdiyimdən onun növbəti sualını, sözünü gözləyirəm. O da dəhlizin sonunda qəzetləri mənə verib deyir:
- Bugünün qəzetləridi, səni maraqlandıran qəzetlər. Sizin binaya keçmişdim gətirdim ki, bir də özün əziyyət çəkib gəlməyəsən.
Təşəkkür etdim. Bir az da söhbət edib ayrılanda dedi ki:
- Sabah ilin son çərşənbəsidi. Mənim adımdan uşaqları təbrik edərsən.
Mən təkrar təşəkkürümü bildirdim. Ona xoş arzularımı söylədim və biz ayrıldıq. Qayıtdım iş otağıma. Qəzetləri vərəqləyəndə arasından bir konvert düşdü. Götürüb baxdım. Elman müəllim həmin konvertin üstünə yazmışdı: "bu, uşaqların bayram payıdı, bazarlığı özün edərsəng"
Hə, bu çox kiçik bir detaldı, amma son dərəcə böyük bir diqqətdi. Amma elə bir diqqətdi ki, onu heç bir məbləğlə almaq mümkün deyilg
Bəli, bu dost diqqətidi, kişi diqqətidi və ən vacibi İNSAN diqqətidi. Mən həyatım boyu arzuladığım, hətta uğrunda mübarizə apardığım insana aid keyfiyyətlərin ən birincisi diqqətdi. Burda söhbət göstərilən maddi yardımdan getmir. Adi bir telefon zəngi, adi bir ismarıc bəzən insanı o qədər sevindirir, o qədər fərəhləndirir ki, onu sözlə ifadə etmək mümkün olmur. Çünki bu diqqət sənə yaşadığını, varlığını, gərəkli olduğunu xatırladır. Başa düşürsən ki, sən bir insan olaraq, bir fərd olaraq hələ varsan, hələ gərəksən, hələ arzulanırsan. Daha normal insan üçün bundan böyük nə lazımdır ki?! Özü də Elman müəllimin göstərdiyi diqqət təkcə o maddi yardımdan ifadə olunmur. Mən onun məclislərində, onun süfrəsində, onun çevrəsində duyduğum, yaşadığım rahatlığı bütün maddi dəstəklərdən çox-çox yuxarıda görürəm, çox-çox üstün bilirəm. Çünki mən orda rahatam, mən orda arzu olunan insanam. Bax, budur mənim içimdəki adamların mənə göstərdikləri qayğı, diqqət, sevgig Budu məni yaşadang məhz buna görə mən o adamlara ürəyimdəki, içimdəki adamlar deyirəm!..
Mən dəfələrlə Elman müəllimin göstərdiyi diqqət, evimdə yaratdığı aurasını da yaşamışam. Ovqatını deyirəm. Yəni ailə üzvlərim bu insanın hər zəngində mütləq xoş, şirin bir söz eşidəcəklərinə yüzə yüz inanırlar və mənim də ona etdiyim zənglərdən həmişə məmnun qalırlar. Bilirlər ki, mən də kimə və hansı ərklə zəng vururamg Yazımın əvvəlində dediym kimi, "Azərbaycan" nəşriyyatında qazandığım kişilərin sırasında içimdə yeri olan respublikanın "Əməkdar mühəndisi", qəzet işini, çap işini ən xırda nöqtəsinə qədər mükəmməl bilən, necə deyərlər, işinin ustası olan Elman Kərimov həm də mükəmməl bir insan xarakterinin, obrazının daşıyıcısıdı, təmsilçisidi. Onunla dost olmaq, onunla üzbəüz oturub kəlmə kəsmək şəxsən mənə həmişə könül rahatlığı gətirir. Və mən də bu könül rahatlığı üçün göstərdiyi diqqət və qayğı üçün həmişə onu ürəyimdə, içimdə görürəm, həmişə gözüm onu axrarır. Hansısa bir gün iş yerində olmayanda narahatlıq keçirirəm, soruşuram, axtarıram. Çünki o, mənim "qazandığım dostdu" özü də halal, KİŞİ və dost!!!
Son olaraq bu yazıda xatırlatdığım bir məqama qayıdıram. Demək istəyirəm ki, Elman müəllimin maddi dəstəyini qeyd edəndə mən onu reklam üçün yazmadım. Sadəcə, həmin o dəstəklərdən birini dilə gətirməklə onun dosta qarşı necə diqqətli olduğunu xatırlatmaq istədim. Hər halda, Elman müəllim məni həmişəki kimi yenə də düzgün anlayar və bizim dostluğumuzun bütün çalarlarının necə gözəl olduğu oxucular qarşısında da sərgilənər...



YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK