ANA SƏHİFƏ / YAZARLAR

Kərbəlayi İsmayılın baş tutmayan Həcc ziyarəti

Nə sözün?

22740    |   2008-12-06 02:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki gündən sonra Qurban bayramıdı. Bu mərasim biz müsəlmanlar üçün müqəddəs bayramlarından biri sayıldığından onu hamı yüksək səviyyədə qeyd etmək istəyir. Tamam başqa bir məsələdir ki, arzuyla imkan çox vaxt üst-üstə düşmür.
   
   Bayram ərəfəsində önəmli bir hadisə baş verdi. Türkiyənin İqdır şəhərində dəfn olunan Kərbəlayi İsmayılın məzarı üstündə ermənilərin vəhşicəsinə qətlə yetirdikləri azərbaycanlıların xatirəsinə abidə ucaldıldı. Bu iki mühüm hadisə barəsində bir yazıda niyə yazmaq istədim? Sualınızı başa düşdüm. Bəzi qəzetçilərə bir işarə, bəzilərinə isə iki yumruq kifayətdi.
   
   Kərbəlayi İsmayıl həmin o şəxsdi ki, bütün Vedibasarda məşhur olub. Qədim Azərbaycan torpaqlarında sovet hakimiyyətinin at oynatmasıyla barışa bilməyib. Naxırını otaran İmanın sovetlərin əliylə asdığı qırmızı bayrağın altından keçmək istəməyib. Bolşeviklərə qarşı bacardığı qədər müqavimət göstərdikdən sonra Türkiyəyə köçüb, ötən əsrin 70-ci illərinə qədər orada yaşayıb və İqdırda vəfat edib. Mərhum yazıçımız Fərman Kərimzadə bu kişinin əzəmətli obrazını "Qarlı aşırım" əsərində ustalıqla yaradıb. Çoxdan çəkilməsinə baxmayaraq, əsərin "Axırıncı aşırım" adlı ekran variantına bu gün də maraqla baxılır. Kərbəlayi İsmayılın obrazını kinoda yaradan Adil İsgəndərovun oyununa heyran olmamaq mümkünmü? Yusif Vəliyev həmin rolu ustalıqla səsləndirib. Gərək onu da yada salaq.
   
   Maraqlıdı ki, Kərbəlayi İsmayılın məzarı üstündə ucaldılan abidənin açılışı Qurban bayramı ərəfəsində reallaşdı. Fərman Kərimzadənin əsərindən də məlum olur ki, Kərbəlayi İsmayıl dindar adam olub, dini ayinlərə əməl edib. Adının əvvəlinə əlavə olunan tituldan göründüyü kimi müsəlmanlar üçün müqəddəs sayılan Kərbəlanı ziyarət edərək qayıdıb.
   
   Hər dəfə bu əsər əsasında çəkilən filmə baxanda məni bir sual rahat buraxmır. Məni narahat edən həmin sual Qurban bayramı ərəfəsində bir qədər də aktuallaşıb. Qəlbində Allaha tükənməz sevgi və inam, cibində bolluca qızıl, miqdarını saymaq müşkülə çevrilən pul olan Kərbəlayi İsmayıl niyə Həcc ziyarətinə getməyib?
   
   Kərbəlayi İsmayıl o zamanlar bütün Vedibasarda ən imkanlı insanlardan biri idi, əsərdə deyildiyi kimi, qılıncının qəbzəsi də kəsirdi. Topu-topxanası olan sovet hökuməti onun əlində əsir-yesir qalmışdı. Onu dilə tutmaq, yola gətirmək üçün yanına dağdan ağır adamlar göndərirdi. Belə imkanlara malik insan, yəqin ki, Hacı İsmayıl kimi tanınmaq istəyirdi. Bəs niyə ziyarət üçün ancaq Kərbəlaya qədər getmək onun qismətinə düşmüşdü?
   
   Sovet hökuməti gedər-gəlməzə gedəndə bir çox qadağaları da özüylə apardı. İndi Həccə getmək o qədər sadələşib ki... Son illər Azərbaycandan Həcc ziyarətinə gedən insanların sayı durmadan artır. Bu gün Azərbaycandan uçaqla və avtobusla gedən beş minə yaxın zəvvar müsəlmanların ən müqəddəs məkanında sonuncu dini ayinləri icra edir, şeytanı daşlayırlar. Qurban bayramını Səudiyyə Ərəbistanında qarşılayan bütün müsəlmanların qıldığı namaz, kəsdiyi qurban qəbul olunsun!
   
   Qurban bayramıyla bağlı mərasim başa çatan kimi, inşallah, zəvvarlarımız Azərbaycana qayıdacaq. Tanrı onların yolunu açıq eləsin. Sağ-salamat doğmalarının yanına qayıtsınlar. Ziyarətləri qəbul olunsun, Həccə getmək arzusunda olanlar isə tezliklə öz arzularına çatsınlar!
   
   Pulu, var-dövləti başından aşan, dini qaydalara əməl edən Kərbəlayi İsmayıla isə Həcc ziyarəti nəsib olmayıb...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK