ANA SƏHİFƏ / YAZARLAR

Bizdə oğru yoxdur

Sənətçilərimiz qonşumuzun oğlunu necə cinayətkar etdilər?

23442    |   2008-04-05 00:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, köşəm Qabriel Qarsia Markesin "Bizdə oğru yoxdur" povesti barəsində deyil. Bircə bu qalmışdı... Etibar Cəbrayıloğlu hara, Markes hara... zünün dediyi kimi, cəsarətsizliyi üzündən yazıçı olan Markesi təhlil etmək istəyən gərək onun bir cümləsini yaza bilsin. Belə bacarığı da Tanrı hər adama vermir.
   Yazıçının "Bizdə oğru yoxdur" əsərini dilimizə gözəl dostumuz Mahir Qarayev elə gözəl də tərcümə edib. Povestin qəhrəmanı Damaso hər gün getdiyi bilyardxanadan bilyard şarı oğurladığına görə vicdan əzabı çəkir, oğurladığını aparıb yerinə qaytarmaq istəyəndə yaxalanır. Nə isə, dünyanın dahi yazıçılarından saydığım Markesi rahat buraxaq. Bu günlərdə onun 80 yaşı olub, qoy oturub dincəlsin, yeni əsərlər yaratsın. Elə Mahir qardaşımıza da dincəlmək fürsəti verək, çünki qarşıdan onun 50 illik yubileyi gəlir. Tədbirlərimiz çox olacaq, belə mərasimlərə yaxşı hazırlaşmaq lazımdı.
   Deyəsən, çox uzaqlara getdim, qayıdaq köşəmin içinə. Son vaxtlar yuxularımı yaman qarışdırıram. Bəzi zəif filmlər kimi aləm bir-birinə dəyir, sonda heç nə başa düşmək olmur. Hansı telekanalın düyməsinə barmağımı toxundururam məhkəmə prosesləri göstərirlər. Hakim və vəkillər oğurluq etdiyi üçün yaxalanan bir gənci sorğu-sual edirlər. Nədənsə hər dəfə tutulan da bizim qonşunun oğlu olur.
   Hakim: Müttəhim, necə oldu ki, müğənni Rəqsanə İsmayılovanın mənzilini qarət etdiniz?
   Oğru: Cənab hakim, əlimyandıda pul lazım idi. Nə zaman televizora baxırdımsa görürdüm ki, Rəqsanə evini, mebelini reklam edir. Başa düşdüm ki, müğənni olanda nə olar, onun evinə girən əliboş qayıtmaz. Getdim...
   Hakim: Müttəhim, necə oldu ki, müğənni Nura Surinin avtomobilini qaçırmağa cəhd göstərdin?
   Oğru: Möhtərəm hakim, Nura hər gün telekanallara müsahibə verirdi ki, 5-6 maşınım var. Mən də fikirləşdim ki, o qədər maşını sürmək ona çətin olar, birini aparım...
   Hakim: Müttəhim, müğənni Elariz Məmmədoğlunu soymağa cəhd göstərmisiniz...
   Oğru: Hörmətli hakim, Elariz oturub-durub deyirdi ki, bahalı müğənniyəm, hər gün toyum var. Mən də belə başa düşdüm ki, bahalı müğənninin cibində puldan-paradan olar. Tində tutub...
   Hakim: Müttəhim, müğənni Səməd Səmədovu döyməkdə ittiham olunursunuz...
   Oğru: Möhtərəm hakim, vallah, məndə günah yoxdu. Bütün xalq bilir ki, Səməd Səmədov özünü "Toylar kralı" elan edib. Mən də fikirləşdim ki, kralın üstündə qızıldan-gümüşdən nəsə olar. Qabağını kəsib...
   Hakim: Müttəhim, səni müğənni Elnurun paltar şkafında tutublar. Sən orada nə edirdin?
   Oğru: Yoldaş hakim, qəribə sual verirsiniz. Necə yəni nə edirdim, paltar şkafında metro gözləmirdim ki? Elnurun rəngbərəng kostyumları gözlərimi çoxdan qamaşdırırdı. Gedib evlərini tapdım, şkafda nə qədər pencək, köynək, rəngli ayaqqabı vardı. Elə təzə başlamışdım ki...
   Hakim: Müttəhim, müğənni Səidənin qab-qacağını niyə sındırmısan?
   Oğru: Hirsimdən yerə çırpdım. Bir də ki, cənab hakim, narahat olmağa dəyməz, vallah, o qədər də bahalı qab-qacaq deyildi. Nə vaxt efirə çıxırdısa deyirdi ki, ərə gedəcəyəm. Mən də dedim ki, ərə getməyə hazırlaşan qızın evində bahalı qab-qacaq olar. Nə bilim ki...
   Hakim: Müttəhim, bir ədəd gün eynəyinə görə müğənni İlqar Saili günün-günorta çağı təhqir etmisiniz?
   Oğru: Günün-günorta çağı deyəndə ki, sözün açığı, dəqiq yadımda deyil saat neçə idi, günün hansı vədəsi olardı. Bütün kliplərində eynəklərini göstərən İlqar Sailin gözlərinin içinə baxmaq istəyirdim. O da elə bildi ki, pərəstişkarıyam, avtoqrafdı, nədi, ondan almaq fikrim var. Sevincindən elə qışqırdı ki...
   Qonşumuzun oğlu zəhmli hakimlərin sorğu-sualına cavab verməkdən bezmişdi. Amma telekanallar məhkəmə proseslərini göstərməkdən yorulmurdular. Saatlar dəyişəndən sonra yuxularımı yaman qarışdırıram. Camaat saatı irəli çəkib qabağa düşdü, mənsə...


YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK