ANA SƏHİFƏ / YAZARLAR

Çingiz Aytmatovdansa İbrahim Borçalı

Öz yazarımız qala-qala Nobel mükafatının başqa bir ölkənin vətəndaşına bağışlanmasına imkan verməyək! Etibar Cəbrayıloğlu

31768    |   2008-03-12 13:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hamı işini-gücünü atıb mənim "Ədalət"dəki yazılarımı oxuyur, hansısa bir məsələ ilə bağlı təklif verməyimi gözləyir. tən həftə yazmışdım ki, şair Həmid Nağının "əsərləri" ilə Nobel mükafatını Biləcərinin çəpərinə qədər gətirə bilərik. Təklifimdən mətbəə iyi getməmiş bir qrup ziyalı yığışıb toplantı keçirdi. Yaxşı ki, məni xalq düşməni-filan elan etmədilər. Buna da şükür, amma təklifimi kölgədə qoymaq istədilər.
   
   Hörmətli ziyalılarımız yığışıb Çingiz Aytmatovun Nobel mükafatına namizədliyini irəli sürdülər. Vallah və billah mən də Çingiz Aytmatovu qüdrətli yazıçılardan hesab edirəm. "Əsrə bərabər gün", "Cəllad kötüyü", "Dəniz kənarında qaçan alabaş" və başqa əsərlər yazan böyük yazıçı hələ o zaman Nobeli almağa layiq idi. İndi zaman dəyişib, mükafatın tələblərinə siyasi rəng qatılıb. Çətin ki, Aytmatov indi bu tələblərə cavab versin. Mənim təklif etdiyim namizəd Həmid Nağı isə...
   
   Burada bir vacib məsələ də var. Çingiz Aytmatov qırğız xalqının böyük oğludur, səfir kimi öz ölkəsini beş-altı dövlətdə təmsil edir. z qələm əhlimiz qala-qala niyə başqa xalqın övladının namizədliyini müdafiə etməliyik? Tutaq ki, dəyərli ziyalılarımız mənim namizədimi - Həmid Nağıya qısqanclıqla yanaşırlar, onun Nobel mükafatı almaq şansı ilə barışmaq istəmirlər. Yaxşı, olmasın Həmid Nağı, olsun İbrahim Borçalı. Bilirəm, indi də deyəcəklər ki, İbrahim Borçalı müğənnidi. Müğənni hara, Nobel mükafatı hara? Guya mən bilmirəm ki, oxuyanlara Nobel yox, "Qremmi" verirlər...
   
   Birilərindən fərqli olaraq, bəndəniz İbrahim Borçalının şairlik qabiliyyətindən xəbərdardır. Şairlik nə şairlik, əsl Nobellikdi. İnanmırsız?
   
   
   
   Sev deyəndə dostluğumuzu anladım,
   
   Səni sevdim, gecə-gündüz ağladım.
   
   Deyəmmədim, içimə yara bağladım,
   
   Dostluğumuzu sevgiyə mən çevirdim.
   
   İbrahimin poetik düşüncələri bunula yekunlaşmır ki... Onun "Yeddi gözəl" şeirini oxuyun, görün nə aləm yaradıb...
   
   
   
   Səbinəm, Laləm, hamısı bir aləm.
   
   Xəyaləm, Nuranəm, gözləri aləm.
   
   Sənin neçə yaşın var, gözəl Təranəm,
   
   Ay gözləri gülən, mənim Kəmaləm,
   
   Bir-birindən gözəl-gözəl Şəlaləm.
   
   
   
   Bu hələ harasıdı? İndi poeziya aləmində bomba partlayacaq. Elə bir bomba ki...
   
   
   
   Bir bəxtsiz quşam, mən uçub gedirəm,
   
   Sənsiz bu dünyanı inan neylərəm.
   
   İstəsən həyatı mən tərk eylərəm,
   
   Vaxtsız köçənlərə bəxtsiz deyərəm.
   
   
   
   İndi təqdim edəcəyim seçilmiş şeirdən isə şadlıq evinin iyi gəlir. Bilmirəm, bəlkə siz oxuyanda burnunuzda tamam özgə iy hiss etdiniz...
   
   
   
   Həyatda bir dəfə toy günü olur,
   
   Arzular, istəklər sevinclə dolur.
   
   Atalar-analar ürəkli durur,
   
   Xoş günlər diləyir sizə Allahdan.
   
   
   
   İbrahimin növbəti əsəri də mükəmməl bir şeydir. Baxmayaraq ki, dünəndən qalma kabab iyi gəlir...
   
   
   
   Bax, gör necə oynayır,
   
   Heç nə sağına, nə soluna baxmayır.
   
   Amma görmüşəm bu qızı sevmişəm,
   
    neyləyim,
   
   Yaman oynayır, mənə baxmayır,
   
    neyləyim.
   
   
   
   İndi seçim oxucularındı. "Əsrə bərabər gün"ü yaradan yazıçı Çingiz Aytmatovun Nobel mükafatı almağı bizə sərf edər, yoxsa belə gözəl şeirlər toqquşduran İbrahim Borçalının? Məncə...
   
   Tamam unutmuşdum, bu gün Qadınlar Bayramıdır. Gərək hədiyyə axtaram. Gül-filan tapıb almaq olar, bu indi problem deyil. Bəlkə İbrahim Borçalının seçilmiş əsərlərini hədiyyə edim? Siz bilən başıma gülqabı tullamazlar?
   
   


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK