ANA SƏHİFƏ / YAZARLAR

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ MÜXALİFƏT OLMUR

Aqil ABBAS

56096    |   2014-11-07 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər Daxili İşlər Nazirliyindəki kadr dəyişikliklərinə müxalif mətbuatda siyasi don geyindirməyə çalışırlar, demək olar ki, hər gün təkrar-təkrar bu mövzuya qayıdırlar: «DİN daxilindəki müxalifəti təmizləyir», «Ramil Usubov öz komandasını yığır», «DİN-dəki kadr dəyişikliyi hansı məqsədi daşıyır», «Rafiq Abbasov niyə işdən çıxarıldı?», «Mirqafar Seyidov niyə Bakı şəhər Baş Polis İdarəsinə təyin edildi?», «Ramil Usubov Vilayət Eyvazovun yolunu təmizləyir» və sair və ilaxır.

Əvvəla, ona gələk ki, Daxili İşlər Nazirliyində müxalifət ola bilməz. Nəinki Daxili İşlər Nazirliyində heç bir hərbi strukturda müxalifət ola bilməz. Bütün güc strukturları Ali Baş Komandana tabedir və hər bir güc strukturları da Ali Baş Komandanın təyin etdiyi nazirlərə tabedir. Bəli, hər bir güc strukturunun kollegiyası var və bir çox məsələlər təbii ki, kollegiyada müzakirə olunur. Kollegiyada təbii ki, müzakirələr aparılır, müvafiq qərar qəbul edilir. Qəbul olunmuş qərar icra olunmalıdır.

Ümumiyyətlə, güc strukturlarında hamı əmrə tabedir və bu əmr sözsüz yerinə yetirilməlidir. Əgər əmrlə razı deyilsənsə, mütləq əmri yerinə yetirməlisən və ondan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada yuxarı instansiyalara müraciət edə bilərsən.

Yazırlar ki, Əsgər Ələkbərov və Rafiq Abbasov guya müxalifət imiş. Əvvəla, Əsgər Ələkbərov cənab Ramil Usubov nazir təyin edildikdən sonra nazirliyə yüksək vəzifəyə gətirilib və 20 il də bir yerdə çalışıblar. Yəni Əsgər Ələkbərov cənab Ramil Usubovun komandasının üzvü olmasaydı 20 il DİN-də ən yüksək vəzifələrdən birini tuta bilməzdi. İkincisi, Rafiq Abbasovun da bütün vəzifələrinin və rütbələrinin artması ilə bağlı əmrinin altında cənab nazirin imzası var. Və bu gün də o, layiqli bir kadr kimi DİN-də ən yüksək vəzifələrdən birinə təyin edilib. Mirqafar Seyidovun Bakı Baş Polis İdarəsinə rəis təyin edilməsində də nə isə axtarmaq lazım deyil. Bu şəxs uzun illərdir ki, Daxili İşlər Nazirliyinin çox mühüm bir idarəsinə rəhbərlik edirdi: Baş Mütəşəkkil Cinayətkarlığa və Terrorizmə Qarşı Mübarizə İdarəsinə. Ölkəmizdə terrorizmin demək olar ki, birdəfəlik qarşısının alınmasında və neçə-neçə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində bu idarənin əvəzsiz xidmətləri var və M.Seyidovun Baş Polis İdarəsinə rəis təyin edilməsində nəsə bir məna axtarmaq elə mənasız bir məna axtarmaqdan başqa bir şey deyil.

Vilayət Eyvazov gənc, öz vəzifəsinin öhdəsindən layiqincə gələn, dövlətçiliyə və Möhtərəm Prezidentə sədaqətli bir kadrdır. Və onun yoluna da heç nə olmayıb ki, kimsə onun yolunu təmizləsin.

Görünür, bu gün ölkədəki əmin-amanlıq, DİN-in öz vəzifəsini yüksək səviyyədə yerinə yetirməsi məlum kəsimi, «ərəb baharı» arzulayanları narahat edir. Ona görə də həm Daxili İşlər Nazirliyindəki kadr dəyişikliklərinə siyasi don geyindirib müzakirə edir, həm də yeri gəldi-gəlmədi polisi nüfuzdan salmağa çalışırlar. Nədənsə bu ölkədə əmin-amanlıqla yaşadıqlarına görə, Azərbaycan Polisinə minnətdar olmalarını unudurlar.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK