deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "XALQ ZİYALISINI QİYMƏTLƏNDİRMƏLİDİR" Adalet.az | "XALQ ZİYALISINI QİYMƏTLƏNDİRMƏLİDİR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"XALQ ZİYALISINI QİYMƏTLƏNDİRMƏLİDİR"

"ZİYALI XALQININ ONA ÜVƏNDİYİNİ UNUTMAMALIDIR"

23285    |   2007-11-21 05:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəri başdan onu deyim ki, həmsöhbətimi təqdim etməyə, oxucularımıza tanıtmağa heç bir ehtiyac yoxdur. Çünki xalq şairi, sözün böyük mənasında xalqının ozanı olan Zəlimxan Yaqub öz misraları, öz odu-alovu, öz sözü-söhbəti, öz şirin ləhcəsi, səmimi, adamın içindən gəlib könülləri fəth eləyən nəfəsi, mizrabı simləri dilə gətirən, bir sözlə təpədən-dırnağa azərbaycanlı və Azərbaycan olan böyük söz sərrafıdı. Məhz xalqın ürəyində, canında, qanında, sözündə, söhbətində, xeyrində-şərində, odunda-közündə, sevincində, qəmində, toyunda, bayramında, bir sözlə, xalqın özündə olan ustadım Zəlimxan Yaqubla onun böyük dünyasının balaca bir guşəsi olan, hücrəsi olan, ünvanı olan, sazının-sözünün nəfəs-nəfəsə qaldığı özünün xəyal dünyasının pünhan vaxtlarda sığındığı evində həmsöhbət olanda elə məqamlara toxundu ki, mənim bütün bunların hamısını bir yazıda, bir qəzet səhifəsində yazıb oxucuya çatdırmağa nə gücüm oldu, nə də oxucuları bir dəfəyə sevindirmək istədim. Düşündüm ki, ustad sözü bütün zamanlarda, bütün vaxtlarda, bütün məqamlarda, bütün yerlərdə gərəklidi, gözləniləndi, lazımlıdı, yerindədi. Elə bax bu istəkdən, bu mənə təsəlli verən inamdan, ümiddən, arzudan yararlanıb ustadımın ötən müsahibələrində diktafon lentində qoruyub saxladığım və bu gün də zəruri ehtiyac duyulan fikirlərini dəyərli oxucularımıza çatdırıram.
   
   - Əbülfət, əzizim, bilirsən ki, millətin başı çox bəlalar çəkib, çox qovğalardan keçib, çox zülmlər görüb, çox ağrı-acı yaşayıb və bu yaşadığı ömür payının, yəni millət taleyinin yükünü çəkməkdə onun həmişə yardımçısı öz ziyalıları olub. Bu gün də sözün əsl mənasında sözü hədəfə vuran, onluğa tutduran sərras atmaq üçün sərras da qələm sahibləri öz sözünü deməlidir. Mən bütün varlığımla inanıram ki, ancaq əqidəli, sözüylə şəxsiyyəti tamamlanan, ürəyi, dili olan ziyalıların hesabına biz böyük amallara, böyük məqsədlərə qovuşa bilərik. Amma neynəyək ki, hər gün söyülən, hər gün irad tutulan, tənqid olunan ağrılara hədəf olan bu yazıq ziyalılar yenə sonda milləti həmin o dediyim böyük arzulara aparmağa məhkumdur və bu onların birmənalı olaraq borcudur. Ayrı heç kimə ümid bağlamaq olmaz. Xalqın taleyi ilə yaşayan ziyalı onun xilaskarıdır, onu məqsədinə aparıb çatdırandır. Bilmək lazımdır ki, biz tarixi böyük olan, əzaba, faciələrə dözən çox uca xalqıq. İstedadımız, ədəbimiz, mərifətimiz, qabiliyyətimiz çox ucadı. Buna qarşı isə həmişə təxribatlar olub. Özü də həm içimizdə, həm də kənar qüvvələr tərəfindən. Bizi bölə-bölə, parçalaya-parçalaya elə vəziyyətə gətirib çıxarıblar ki, sonda millət başının hayına qalıb. Bu gün son qüvvəmizi toplamalıyıq. Bilməliyik ki, bu millət Qarabağı bir dəqiqə də olsun unutmaq, yadından çıxartmaq barədə nəinki düşünmək, hətta bu fikirlərdən çox-çox uzaq olmaq ruhuyla, eşqiylə, arzusuyla yaşamalıdır. Son qüvvəmiz səfərbər olmalıdır. Qaradan artıq rəng yoxdur. Siyasətçi siyasəti ilə, əsgər süngüsü ilə, yazıçı, şair qələmi ilə, alim elmi ilə, fəhlə əməyi ilə, kəndçi çörəyi ilə, bir sözlə, hər kəs yumruğu bir yerə vurmalı, düşmənə qarşı bir olmalıdır. Əgər xatırlayırsansa həmişə deyilib ki, Şuşa Azərbaycanın konservatoriyasıdır... Deyirdilər ki, Üzeyir bəy musiqimizin Koroğlusudur. Əgər bir xalqın konservatoriyası yoxdursa, əgər bir xalqın Koroğlusu yoxdursa ondan hansı gələcəyi gözləmək olar. Demək, qardaş, mən Şuşanı itirməmişəm!!! Bunun uğrunda mənim mübarizliyim, mübarizələrim, döyüşkənliyim hələ qabaqdadır. Sadəcə bu gün mən sözümü itirmişəm, yaddaşımı itirmişəm, tariximi itirmişəm, etnoqrafiyamı itirmişəm, qayalarımı itirmişəm, bulaqlarımı itirmişəm... Təzədən dünyaya gələcək Seyidi, Cabbarı, Xanı, Bülbülü, Zülfünü və daha kimləri itirmişəm. Yəni Şuşa təkcə dağ, daş, şəhər deyil, həm yer kimi gözəldi, cənnətdi, həm də mənim mənəviyyatımın paytaxtıdı, Şuşa mənim ruhumun paytaxtıdı. Ona görə də "sizi qınamıram, ay xocalılar, sizi qınamıram, ay şuşalılar, sizi qınamıram, ay laçınlılar" harayı bütün Azərbaycanın harayıdır. Bu dərdlərin yeganə xilas yolu, Allahın millətimə, bizə rəhmi gəlsin, heç də bədbin deyiləm, özümüzdədir. Təəssüf ki, bizi bir-birimizə qarşı qoyanlar, bir-birimizə düşmən edənlər var. Qəzetlərdə qələm adamlarını hörmətdən salırlar, ziyalıları, nüfuzlu şəxsiyyətli adamları təhqir edirlər. Bunlar böyük təxribatlardı. Özü də onları xüsusi maliyyələşdirən qüvvələr var. Məqsədləri də xalqın inam yeri, ümid yeri olan, sözünü deyən, öndə gedən başbilənlərini, söz deyənlərini, ziyalılarını hədələmək, hörmətdən salmaqdı. əl görək, bu gün hansı qəzet ardıcıl olaraq Qarabağın dərdini yazır, hansı qarabağnamələr ortaya qoyulub. Və yaxud tarixdə məlum olan "Qarabağnamələr"dən hissələr çap eləyib. Xatırlayırsansa Əyyub Abbasovun "Zəngəzur" kitabı var. Hansı qəzet o romandan beşcə cümlə çap eləyib, yoxdur. Lap elə o, Məmməd Səid Ordubadinin Şuşa, Qarabağ faciələri ilə bağlı yazdıqlarını kim bu gün təkrar çap eləyib. Yenə heç kim. Amma hansı qəzeti açırsan - söyüşdü, təhqirdi. Ziyalını söy, aşağını söy, yuxarını söy, sağı söy, solu söy, millətə söy, prezidentə söy, işləri ancaq budur. Nooldu, bu ölkədə yaxşı bir iş, yaxşı bir adam yoxdur?! Bəlkə dünyanın axırıdı, xəbərimiz yoxdur?! əl etiraf edək ki, bu gün içimizdə Qarabağ bəlasından da böyük bəlalar var. Əgər biz torpaqlarımızı azad etmək istəyiriksə içimizdəki kindən, küdurətdən, bir-birimizə nifrətdən, dedi-qodudan, xırdalıqlardan, düşüklükdən, gədəlikdən xilas olmalıyıq. Bundan qurtarmasaq Qarabağın azadlığını heç cürə həll edə bilməyəcəyik. Əvvəlcə özümüz insan kimi, ziyalı kimi, şəxsiyyət kimi, millət kimi təmizlənib birləşməliyik, sonra da birimiz öndə gedib, qalanımız onun ardınca sıralana bilək. Çünki millət gözünü ziyalısına dikibdi. Nəhayət bütün mənalarda ən böyük yük, təbii ki, Qarabağla bağlı yük yenə də biz ziyalıların üzərinə düşür. O günü Ramiz Rövşənlə də söhbət eləyirdim. Çox ağıllı müzakirələr oldu. İkimiz də etiraf etdik ki, torpağın, vətənin işğalı ruhlarımızın işğalından başlayır. Əxlaqi dəyərlərimizin, mənəviyyatımızın işğalından başlayır. Bir məşhur bayatı var.
   
   
   
   Məzə qanlı,
   
   Mey qanlı, məzə qanlı.
   
   Qorxuram qərib öləm,
   
   Yurdumda gəzə qanlı.
   
   
   
   Bu bayatını deyəndə tüklərin qabarmadısa səndən Vətən alan olmaz. Və yaxud:
   
   
   
   Qazan ağlar,
   
   Od vurar, qazan ağlar.
   
   Qərib yerdə ölənin,
   
   Qəbrini qazan ağlar.
   
   
   
   İndi sən, mən gör nə günə düşmüşük ki, bizim bir kəndimizin ölənləri min yerdə dəfn olunur. Qəbiristanlığımız da yoxdur. Bir kənddə basdırılan adamlar min qəbiristanlıqda dəfn olunur. 70 il yaşamalı insanlar 20 il yaşayır. Hamısının ömrü kəsildi, doğrandı, budandı. Mən bu fikirdəyəm ki, ziyalılarımız nəhayət ki, umu-küsünü, dedi-qodunu, giley-güzarı bir kənara qoymalıdırlar. Bir Zəlimxan Yaqub olaraq çox istəyirəm ki, (onu da deyim 20-dən artıq kitabım çıxıb, heç birində bir kəlmə də olsun kiminsə bostanına daş atılmayıb. Dediyimi həmişə açıq, üzə demişəm) gəlin birləşək, səfərbər olaq, necə deyərlər, Allahı çağırıb özümüzü, öz mənliyimizi, öz bütövlüyümüzü, öz ləyaqətimizi, öz böyüklüyümüzü nümayiş etdirək. O cümlədən siz qəzetçilər, jurnalistlər də məsuliyyətinizi bir az artırın, sözünüzü yazmamışdan öncə fikirləşin, götür-qoy edin. Çünki söz sahibi nə qədər məsuliyyətli olsa onun yeri də, nüfuzu da bir o qədər nüfuzlu və hörmətli olar.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK