Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "VƏZİFƏLİLƏR ÇİYİNLƏRİNDƏ AĞIR YÜK DAŞIYIR" Adalet.az | "VƏZİFƏLİLƏR ÇİYİNLƏRİNDƏ AĞIR YÜK DAŞIYIR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"VƏZİFƏLİLƏR ÇİYİNLƏRİNDƏ AĞIR YÜK DAŞIYIR"

"Məni tanıyanlar da sağ olsun, tanımayanlar da"

24597    |   2007-10-31 03:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində söz adamı həmişə yaddadı. Sadəcə bir az zaman, bir az zamanın yaratdığı problemlər və bir az da zamanından aşağıda və yaxud da yuxarıda olan adamlar unutqanlıq göstərir, həm də şərait də yaradır. Və bütün bunlar da birləşib gah unudulmağa, gah arabir xatırlanmağa, gah da... Nə isə.
   
   Bax, bütün bunlar hərdən özüm-özümlə tək qalanda ürəyimdən keçən sualların bir qismidir və mən də cavabını axtardığım həmin sualların izi ilə üz tutdum nə vaxtdan bəri aradığım İlyas Tapdığın ünvanına. O İlyas Tapdığın ki, şerləri, səmimi sərgüzəştləri, şirin söhbətləri ilə təkcə yaşlılardan, özündən sonra gələn nəslin deyil, həm də bugünkü gənc qələm adamlarının çoxları üçün arzulanan, xatırlanan insanlardan biridir. Bax, elə bu arzuynan da...
   
   - Salam İlyas müəllim, xoş gördük, necəsiniz?
   
   - Çox sağ ol, əzizim, əlbəttə ki, yaxşıyam.
   
   - İlyas müəllim, sizi xeyli axtarandan sonra çox dəyərli ağsaqqalımız Nahid Hacızadənin sayəsində tapa bildim. Elə onun iş otağında sizinlə həmsöhbət olduğum indiki anda soruşmaq istəyirəm ki, İlyas Tapdığın ünvanını təkcə onun dostları, doğmaları bilir, yoxsa...
   
   - Düzünü soruşursansa mənim ünvanımı təkcə yaxınlar, doğmalar deyil, məni istəyən bütün insanlar bilirlər. Amma bir məsələ var ki, mən bəzən bu yaradıcılıq xətlərində elə itirəm ki, özüm kimisə axtarıb ünvanımı deməsəm onda tapmaq doğrudan da çətin olur. Yəni telefonla kiməsə ədəbəydə, əncədə və yaxud da Qəbələdə olduğumu deməyim kifayət edir ki, dərhal yerimi öyrənsinlər...
   
   - Bir məşhur qəzəllərdən birində belə bir misra var: "Ol şəxsə deyin ki, Mailin ünvanı Vətəndir". Bu mənada sizin də ünvanınız Azərbaycandır. Dünyanın azını-çoxunu görmüş, dəyərli ağsaqqal bir şairin ünvanı təkcə oxucular üçün yox, məmurlar üçün, səlahiyyət sahibləri üçün də məlumdurmu?
   
   - Açığını deyim ki, məni o qədər də maraqlandırmır. Onlar bilsə də sağ olsunlar, bilməsələr də. Amma mən özüm bilirəm ki, 50 ildən artıqdır ki, bu yaradıcılıq yollarındayam və bu yolda da xalqım məni tanıyır. İstər təsadüfi bir məclisə gedim, istər arzuolunan yerə, bir sözlə, harda görünsəm orda 10-15 nəfər ayağa qalxıb mənimlə görüşür. Bax, buna görə də belə qənaətə gəlmişəm ki, xalqım məni tanıyır. Bir insanı da ki, xalqı tanıdı məncə bu kifayət edər. O ki qaldı vəzifə, səlahiyyət sahiblərinə, onların bir çoxu çiynində ağır yük daşıyır, qayğıları hədsizdir, bir qismi də başqa dünyanın adamıdı. Ona görə də onların maraq dairəsini nəzərə alıb o barədə düşünmürəm. Ancaq bir şeyi də deyim ki, kim orta məktəbi keçibsə, yəqin dərsliklərdə mənim adıma rast gəlib.
   
   - İlyas müəllim, gəlin etiraf edək ki, bu gün Söz müəyyən qədər urvatdan düşüb. Bir də sizin və mənim ömrümüzün bir hissəsinin bağlı olduğu sovet dönəmində sözə münasibət, sözə qiymət fərqli idi. Yəni müqayisədə yanaşmalar az qala ziddiyyət təşkil edir. Buna nə deyirsiniz?
   
   - Bəli, həqiqətən müəyyən dəyişikliklər, fərqlər var. Birinci, biz böyük bir imperiyanın tərkibində idik, onda ədəbiyyat, mədəniyyət xüsusi proqramla nizamlanırdı, SSRİ dövləti məhz ədəbiyyatdan, mədəniyyətdən istifadə etməklə öz ideyalarını cəmiyyətə, dünyaya həzm etdirirdi. Lakin indi biz müstəqil dövlətin vətəndaşlarıyıq, formasiya da dəyişib, şəxsi mülkiyyət, kapitalizm meylləri özünü göstərir, adamlar daha çox öz mənfəəti üçün çarpışır. Sizə bir fakt deyim. Qardaş Türkiyədə olanda çox dəyərli bir iş adamı ilə görüşdüm. Söhbət zamanı gördüm ki, o ancaq öz aləmindədir. Onu müvəqqəti biznesindən qoparmaq üçün sözdən, sazdan, ədəbiyyatdan söhbətlərə başladım. O da soruşdu ki, Azərbaycanda Mehmet Akifi tanıyırlar, yoxsa yox. Mən də təbii ki, digər türk şair və yazıçılarından, o cümlədən bizim Aşıq Ələsgərdən, Səməd Vurğundan, Rəsul Rzadan, Bəxtiyar Vahabzadədən və daha kimdən sözü sözə caladım. Üç saata yaxın bu iş adamının başını qatdım və birdən o, sanki yuxudan oyandı və dedi ki, "Allah səni kahr etsin". Təəccüblə üzünə baxdım. Əlavə etdi ki, siz mənim nə qədər vaxtımı aldınız, işlərim tökülüb qaldı. İndi təsəvvür edin ki, sovet dönəmində hansısa bir vəzifə sahibləri ilə bu cür söhbətlərin müqabilində ən azı səni yüksək təşəkkürlə yola salırdılar. Bax, o türk qardaşımızın maraqları bu gün Azərbaycanda da özünü göstərməkdədir. Yəni maddiyyat mənəviyyatı üstələyir.
   
   - Sizcə, bu mənəvi aşınmaya aparmır ki?
   
   - Təbii ki, müəyyən zaman üçün bu proses hardasa qəbul olunandır, başa düşüləndir. Çünki keçid dövrüdür, sular durulmalıdır və bir də bir şeyi deyim ki, ədəbiyyat həmişə xalqın daha çox aşağı təbəqəsi üçün maraqlı olub. Mən tez-tez uşaq evlərinə, müəyyən məhrumiyyətlərlə yaşayan məktəblilərin görüşlərinə gedirəm. Onların əl işlərinə baxır, söhbətlərinə qulaq asıram. İnanın ki, onlar Azərbaycan ədəbiyyatının bütün dövrlərini çox gözəl bilirlər. Bir-birindən maraqlı şerləri, hekayələri elə həvəslə danışırlar ki, adamın ürəyi qubar edir. Ancaq hər cür təminatı olan ailənin uşaqları isə ədəbiyyatdan çox digər məsələlərə meyl göstərir. Zənnimcə, bu da nə vaxtsa düzələcək. Amma insaf xatirinə demək lazımdır ki, yüksək maddi imkanlı insanların arasında da ədəbiyyata, mədəniyyətə qiymət verən, dəyərləndirən şəxslər var. Bunu danmaq olmaz. Onu da əlavə edim ki, gəncliyə ədəbiyyatı, mədəniyyəti, ümumiyyətlə, mənəvi dəyərlərimizi məktəblər aşılamalıdır. Sovet dönəmində nümunəvi məktəblər var idi ki, burada ədəbiyyata xüsusi qayğı ilə yanaşılırdı və həmin qayğının nəticəsində də bir çox tanınmış söz adamları 190, 132 və digər saylı məktəblərdə təhsil almışdılar. Məsələn, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Aslan Aslanov bu məktəblərdə oxumuşdular. O cümlədən Qori seminariyası. Burda da təhsil almış ziyalılarımız hər kəsə bəllidir. Qısası onu demək istəyirəm ki, məktəbdən, müəllimdən çox şey asılıdır.
   
   - Həyatda, necə deyərlər, çox dolanbaclarla üzləşmisiniz, çətinliklərlə qarşılaşmısınız. Heç nəyəsə görə təəssüf etdiyiniz olub?
   
   - Əgər sual ədəbiyyatımızla, mədəniyyətimizlə bağlıdırsa, bəli. Həqiqətən məni həmişə təəssüfləndirib ki, keçmiş illərdə Azərbaycan mədəniyyətinə rəhbərlik edənlər Azərbaycan dilini dürüst bilməyiblər. Yəni normal Azərbaycan dilində danışan mədəniyyət naziri görməmişəm. Amma nədənsə onların müavinləri, məsələn, Teymur Əliyev, Nəbi Xəzri və digərləri isə məcbur olublar öz doğma dilini bilməyənin rəhbərliyi altında işləyiblər. Mədəniyyətə rəhbərlik edən öz dilinin ən gözəl bilicisi olmalıdır. Kim hansı dili daha yaxşı bilirsə o dili daşıyan millətin təfəkkürü ilə yaşayır və bütün fəaliyyətini də daha çox həmin istiqamətə yönəldir. Təəssüf ki, bəzən təşkilatçılıq və digər adlarla hansısa bir sahənin adamını gətirib mədəniyyətə, ədəbiyyata rəhbər təyin edirlər. Mən məhz bu məqam üçün həmişə təəssüf hissi keçirmişəm. Bu gün bəlkə də dediklərim bir az başqa cür qəbul oluna bilər, ancaq deməliyəm ki, mədəniyyət sahəsində dil birinci göstəricidir, əsas xəttdir. Çox istəyirəm ki, mədəniyyətimizə dilini, xalqını sevən insanlar rəhbərlik etsinlər. Bu işdəə Əbülfəz Qarayev mədəniyyətimiz üçün çox işlər görəcəyinə inanıram.
   
   - İlyas müəllim, Azərbaycan ədəbiyyatının dünəni, bu günü, sabahı... bax, bu üç məqam barəsində fikirlərinizi yığcam necə ifadə edə bilərsiniz?
   
   - Öncə onu deyim ki, Azərbaycanın çoxəsrlik və fəxr edilə biləcək böyük ədəbiyyatı var. İstər klassik, istər sovet dönəmi, istər müstəqillik dövrünün ədəbiyyatı özünün keçdiyi yolla çox diqqəti çəkən və təqdirəlayiq nümayəndələri ilə xatırlanır. Xüsusilə, 50-80-ci illər arası çox böyük təfəkkürə malik yazıçılarımız - Sabir Əhmədov, Əkrəm Əylisli, İsa Hüseynov, Anar, vaxtsız dünyadan getmiş İsi Məlikzadə, Fərman Kərimzadə və digərləri öz qələmləri ilə ədəbiyyatda imzalarını təsdiq ediblər. Onların ardınca gələn bugünkü ədəbi nəsil çox istedadlıdır. Onlar özlərindən əvvəlki nəsilləri nə qədər ittiham etsələr də, həm öyrənirlər, həm də dünyaya inteqrasiya etməklə yeni əsrin ədəbiyyatının yaranmasında iştirakçıya çevrilirlər. Və bugünkü ədəbi nəslin bir üstünlüyü də onların böyük dünyaya çıxmaq imkanlarının böyük olmasıdır. Bundan başqa, bu gün kitabın oxucuya çatması məsələsi də. Mənim ilk kitabım 1955-ci ildə 30 min tirajla çıxmışdı. Bu gün isə ən yaxşı halda 500 nüsxə kitab çap etdiririk. Səbəbləri də məlumdur. Odur ki, ədəbiyyatın ilk keçid dövrünün çətinliklərini tez aşması həm oxucuların, həm müəlliflərin, bütövlükdə də ədəbiyyatın xeyrinə olar.
   
   - İlyas müəllim, bu gün ədəbəydən, sizin kənddən, Bakıya gəldiyiniz yaşda, həvəsdə, qabiliyyətdə biri paytaxta üz tutub gəlsə sizin qarşılandığınız şəraitlə əhatə olunduğunuz qayğılara, əldə etdiyiniz uğurlara o da nail ola bilər, yoxsa?..
   
   - Birinci o gələn insan son dərəcə böyük istedad sahibi olmalıdır, özü də daha çox kommersiya sahəsində. Yəni satmağı, almağı, aldatmağı bacarsın. Ancaq istər sazıyla, istər sözüylə, istər nəfəsiylə göydəki quşu da yerə endirə bilsə, çətin ki, arxasız, köməksiz, özü də söhbət maddi dayaqlardan gedir, nəyəsə nail ola bilsin. Çünki indi məhz dayaq qazananlar az səslə daha çox imkan əldə edə bilirlər, zəif qələmlə daha çox təbliğ olunurlar. Çünki həmin o dayaq səsin üstə səs qoyur, qələmin üstünə qələm əlavə edir, həm texnika vasitəsilə, həm də digər imkanlarla. Bir növü bu gün mizan-tərəzi də itib.
   
   - Çox istərdim ki, səmimi cavab verəsiniz: - İlyas Tapdıq necə dolanır?
   
   - Çox təvazökar, sadə, hamı kimi. Hətta mən Əlismayıllı kəndində ev tikdirirdim, təklif etdilər ki, arxitektur gəlsin, fərqli bir layihə versin razı olmadım. Mənim öz kəndimdə, o doğulub boya-başa çatdığım yerdə insanlardan heç bir fərqim yoxdur. O camaat özü onsuz da mənim kimliyimi də bilir, qədrimi də. Sözsüz ki, mən də onların. Elə evimi də kəndimizdəki evlərin forması kimi tikdirmişəm.
   
   - Yaxşı, bəs maddi tərəfdən necə?
   
   - Buna da şükür. Mən Prezident təqaüdü alıram. Bu elə mənə göstərilən ən yüksək qayğıdır. Ailəni yola veririk.
   
   - Sonda bir şeyi də soruşum. Siz həmişə öz xeyirxahlarınızdan, yaxşı insanlardan söhbət açmağı xoşlayırsınız. İndiki anlarda daha çox kimləri xatırlamaq istərdiniz?
   
   - Bəli, mənim mənən xeyli borclu olduğum insanlar var. Onlardan biri - Mircəlal Paşayevdir ki, 1962-ci ildə nəşr olunan "Bir eşqin şimşəyi" kitabıma ilk dəfə o müqəddimə yazıb. Sonra Adil Əfəndiyev mənə böyük qayğı göstərib. Dörd il onun rəhbərliyi altında işləmişəm. Bu günlərdə, necə deyərlər, söz yerinə düşür - yüz illiyi qeyd olunur. Ona ithaf etdiyim şeri də çox istərdim ki, dərc edəsiniz. Çox böyük ziyalı, qayğıkeş, səmimi insan idi. Həm dost idi, həm qardaş idi. Onunla işləmək də asan idi, ondan öyrənmək də maraqlı idi. Eləcə də Süleyman Rəhimov mənə qayğı göstərib deyib ki, "Bala, mən çoxlarına deyirəm ki, yazma, amma sənə deyirəm ki, yaz. Sənin yaxşı gələcəyin var". Məni 1959-cu ildə sevgi şeirləri yazdığıma görə işdən çıxarmışdılar. Nazim Hacıyev məni dinləyib yenidən öz işimə qaytardı. Hətta mənə görə bir neçə adamı cəzalandırdı. Səbəb də o oldu ki, Azərbaycan dilini bilməyən mədəniyyət naziri məni işdən kənarlaşdırmışdı, Nazim müəllim də onu mədəni şəkildə "başa saldı". Mühəndisi gətirib mədəniyyət naziri qoymuşdular. Həmçinin, hamımıza böyük qayğı göstərən Şıxəli Qurbanovun diqqətini unutmaq mümkün deyil. Ümumiyyətlə, mənəvi borcdan çıxmaq həmişə çətin olub. İndi isə icazənizlə həmin şeri oxucularımıza təqdim etmək istəyirəm.
   
   
   
   "CANLI ENSİKLOPEDİYA" DEYİRDİK ONA
   
   
   
   Böyük ziyalımız Adil Əfəndiyevin 100 illiyi münasibətilə
   
   
   
   Bir boy ucalırdıq hər görüşəndə -
   
   Heyrandıq biz onun söz bulağına.
   
   Elm məbədindən söhbət düşəndə,
   
   "Canlı ensiklopediya" deyirdik ona.
   
   
   
   Söhbətləri şirin, sözləri dadlı,
   
   Onu hər birimiz ustad bilirdik.
   
   eniş məlumatlı, dərin savadlı,
   
   O böyük insanı vaxtsız itirdik.
   
   
   
   Ələddin çırağı - ata nuruydu,
   
   Yoxdu zəkasının sərhəd-sədləri;
   
   Tək bircə baxışla dərhal tuturdu
   
   Bir səhifə yazıda olan səhvləri.
   
   
   
   
   
   Şairlik yoluydu ilk sənət yolu,
   
   Ana şəfqətindən şəfəqlənmişdi.
   
   O, aydan arıydı, o, sudan duru-
   
   Taleyi paklıqdan nur bələnmişdi.
   
   
   
   İtirdik biz onu müdrikliyində,
   
   Adı bir küçənin bir lövhəsində.
   
   Əməli həyatda qalır bu gün də,
   
   Ayazın qəlbinin döyünməsində.
   
   
   
   İşə gecikənlə qarşılaşanda,
   
   Danlamaq yerinə salam verirdi.
   
   Səbrsiz parkomlar həddi aşanda,
   
   Dara düşənlərə inam verirdi.
   
   
   
   Kim ki, tarixini birəlli tutmur,
   
   Vətəni, xalqıyla hər vaxt fəxr edir,-
   
   Onu tanıyanlar anır, unutmur,
   
   Qədir-qiymət bilmək mədəniyyətdir.
   
   
   
   Adının mənası insaf-mürvət,
   
   Hər işin ayağı sayalısıydı.
   
   Belə yaratmışdı onu təbiət,-
   
   Xalqımızın böyük ziyalısıydı.
   
   
   
   Yüz yaşın mübarək, Adil müəllim!
   
   Zaman itirsə də öz vəfasını,
   
   Qeyrəti olanlar heç vaxt unutmaz,
   
   Şöhrətli, qüdrətli ziüalısını!
   
   
   
   Bir boy ucalırdıq hər görüşəndə,
   
   Heyrandıq biz onun söz bulağına.
   
   Elm məbədindən söhbət düşəndə,
   
   "Canlı ensiklopediya" deyirdik ona.
   
   
   
   -Çox sağ olun.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK