ANA SƏHİFƏ / YAZARLAR

Həyat və yaradıcılıq salnaməsi

92373    |   2014-09-26 01:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, akademik Mirzə İbrahimov ədəbiyyatşünas alim, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnsti-tutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovu "işinə, öhdəsinə götürdüyü vəzifəyə, xüsusən öz elmi fəaliyyətinə ciddi mü-nasibət bəsləyən, əməksevər, istedadlı alim" adlandırmışdır. Dərin biliyi, geniş erudisiyası, yük-sək intellekti, güclü məntiqi ilə sayılan bir ziyalı haqqında ürək sözlərini bəyan edən alimlər say-sız-hesabsızdır. Bütün bunları toplayıb ərsəyə gətirən yenicə işıq üzü görmüş "Teymur Əkbər oğlu Əhmədov. Biblioqrafik məlumat toplusu" "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfin-dən nəşr edilmişdir. Bu maraqlı kitabın tərtibçi-müəllifi AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı İsmət Səfərov, redaktoru Loğman Məmmədovdur. Teymur Əhmədovun əsərlərinin biblioqrafik göstəricisi 1954-2014-cü illərdə Azərbaycan və xarici dillərdə monoqrafiya, məcmuə və dövri mətbuat orqanlarında çap olunmuş əsərlərini əhatə edir.
"Həyatı, elmi-publisistik və ictimai fəaliyyətinin əsas tarixləri" Azərbaycan və rus dillərində oxucuya çatdırılır. 1930-cu il dekabrın 25-də Azərbaycanın Şəmkir şəhərində anadan olmuş Teymur Əhmədov orta təhsilini İrəvanda, Əzizbəyov adına məktəbdə, sonra isə Zəngibasar kənd orta məktəbində davam etdirmiş, 1944-cü ildən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olmuş, 1961-1964-cü illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1966-cı ildə akademik Mirzə İbrahimovun rəhbərliyi ilə "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bununla da o, ədəbiyyatşünaslıq aləminə qədəm basmışdır. İlk fundamental kitabı, 370 səhifəlik "Nəriman Nərimanovun dramaturgiyası" 1965-ci ildə işıq üzü görmüşdür.
Biblioqrafiyanın "Kitabları" bölməsində 50 kitabın təsvirinə rast gəlirik. "Nəriman Nərimanov" albom-kitab, "Süleyman Rüstəm" foto-kitab, "Səməd Vurğun" albom-kitab, Azərbaycanın görkəmli adamları seriyasından "Nəriman Nərimanov" kitabları Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb dillərində nəşr olunmuşdur. "Azərbaycan Sovet yazıçıları: ədəbi sorğu kitabı" 1987-ci ildə (704 səh.), "Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabı (637 səh.), "XX əsr Azərbaycan yazıçıları" (984 səh.), "Azərbaycan yazıçıları" (XX-XXI yüz illikdə) - 2011-ci ildə (1055 səh.) çapdan çıxmışdır. "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu" (Bakı: Nurlar, 2013, 480 səh.) adlı kitab institutun 80 illiyinə həsr edilmiş və orada bu elm məbədinin təşəkkülü və tarixi inkişaf yolu izlənilmişdir.
Bu bölmədə alimin "Ülkər: hekayələr və oçerklər"indən başlamış bədii yaradıcılığı da maraq doğurur. "Şimal şəfəqləri", "Qartal", "Modabazın sərgüzəşti", "Acgöz və tamahkar" kimi hekayələri maraqla oxunur. Alimin bədii əsərləri əsasən "Didərgin" imzası ilə dərc olunub. La-kin istedadlı alim yaradıcılığının ilk dövrlərindən əsasən elmi-publisistik, fundamental əsərləri ilə nəzəri daha çox cəlb etməyə başlayıb. Bu bölmədə Nəriman Nərimanova həsr olunmuş "Nəri-man Nərimanovun dramaturgiyası" (1965, 370 səh.). "Nəriman Nərimanov" albom-kitab, "Nəriman Nərimanov. Həyatı, mühiti, ədəbi yaradıcılığı" (1982, 299 səh.), Mirzə İbrahimovun elmi redaktorluğu ilə dərc olunan "Nəriman Nərimanovun yaradıcılıq yolu" (1991, 352 səh.), "Nəri-man Nərimanovun dramaturgiyası" (təkrar nəşri--2005, 384 səh.) "Nəriman Nərimanovun yara-dıcılıq yolu" (təkrar nəşr 2005, 366 s.), "Böyük ictimai xadim və yazıçı" (2001, 203 səh.), Cəfər Cabbarlı haqqında "Böyük sənət bahadırı" (2001, 121 səh.), "Xəlil Rza Uluğürk" (2002, 204 səh.), eləcə də bugünkü günümüzlə səslənən "Vedibasarın qanlı-qadalı günləri", "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri" (1918-1920-ci illər) və başqa əsərlərini göstərmək olar.
"Elmi, ədəbi-tənqidi, publisistik əsərlər" bölməsində 1954-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuş ilk yazıları ilə yanaşı bugünkü günə qədərki əsərləri öz əksini tapıb.
"Bədii əsərləri" bölməsində görkəmli alimin şeirlərinə, hekayələrinə, bayatılarına "Didərgin" imzası ilə "Sovet Ermənistanı", "Vətən səsi", "Vətən həsrəti", "Yeni fikir" qəzetlərində rast gəlinir.
"Tərtib etdiyi" və "Redaktə etdiyi" əsərlər də saysız-hesabsızdır. 4 cildlik "Heydər Əliyev və mətbuat", 3 cildlik "Heydər Əliyev və mədəniyyət", 3 cildlik "XIX-XX əsr Azərbaycan ədəbiyyatı" (şeir, nəsr və dramaturgiya), "Prezident İlham Əliyev", "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (3 cilddə) və digər əsərləri göstərmək olar.
Görkəmli alim Teymur Əhmədov eyni zamanda gənclərin elmi işlərinə, dissertantların yaradıcılığına da qayğı ilə yanaşır, bu sahədə əlindən gələn köməyi əsirgəmir. O, 18 dissertantın elmi rəhbəri olmuş, 15 dissertasiya işinə rəsmi opponentlik etmişdir.
"Teymur Əhmədov" biblioqrafik göstəricisinin "Elmi-ictimai və publisistik fəaliyyəti haqqında ədəbiyyat" bölməsi də çox zəngindir. 400-dən çox ədəbiyyatda alimin bütün həyatı, elmi-ədəbi fəaliyyəti işıqlandırılıb. Burada alimin qələmindən çıxmış elmi, publisistik əsərlərinin yaranma tarixi 1954-cü ildən başlanır. Əsasən "Sovet Ermənistanı" qəzeti redaksiyasında çalışdı-ğı dövrlərdə həmin qəzetin səhifələrində külli miqdarda publisistik yazıları dərc olunmuşdur. Sonrakı dövrlərdə onun maraqlı məqalələrinə "Azərbaycan", "Ulduz", "Elturan", "Füyuzat" jurnallarında, AMEA-nın xəbərlərində, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Azər-baycan müəllimi", "Respublika" qəzetlərində rast gəlmək mümkündür.
Bu cəhətdən kitabın əvvəlində "Professor Teymur Əhmədovun həyatı, elmi-publisistik fəaliyyəti haqqında qısa oçerklər"də bir-birindən maraqlı yazılar öz əksini tapıb. Akademik Cəmil Quliyevin "Romana bənzər həyat", akademik Budaq Budaqovun "Ömrün üç zirvəsi: alim, redaktor, şəxsiyyət", xalq yazıçısı Qılman İlkinin "Redaktor ləyaqəti", AMEA-nın müxbir üzvü Yaşar Qarayevin "Zəhmətkeş alim, xeyirxah insan", ədəbiyyatşünas-alim Qasım Qasımzadənin "İztirablı-bəhrəli ömür", professor Allahşükür Qurbanovun "Ziyalılıq məsuliyyəti", xalq şairi Nəriman Həsənzadənin "Adlar və adları yaşadanlar", professor Xeyrulla Məmmədovun "Geniş və məhsuldar yaradıcılıq" və professor Əsgər Zeynalovun "Görkəmli ədəbiyyatşünas alim" oçerklərində Teymur Əhmədovun canlı obrazı işıqlandırılır.
Akademik Cəmil Quliyevin "Romana bənzər həyat" oçerki Puşkinin "Həyat daha çox romana bənzəyir, nəinki roman həyata" epiqrafı ilə başlayır və yazır ki, "Möhtərəm Teymur Əhmədovla ilk görüşüm və sonrakı dostluğumuzun təməli Nəriman Nərimanovun həyat və yaradıcılığını, onun ictimai-siyasi fəaliyyətinin tədqiqatına bir-birimizdən xəbərimiz olmadan, keçən əsrin 50-ci illərində başlamağımız olub... Soruşarlarsa Teymur tədqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə o, jurnalistlik fəaliyyətində yaxşı tədqiqatçı, tədqiqatçı fəaliyyətində yaxşı jurnalistdir".
Akademik Budaq Budaqov "Ömrün üç zirvəsi: alim, redaktor, şəxsiyyət" oçerkində ya-zır ki, "Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqın mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar bir şəxsiyyət olaraq dünyanın bəzəyidir. Filologiya elmləri doktoru, professor Teymur Əhmədov müasir cəmiyyətimizdə özünəməxsus yeri və dəst-xətti olan, elmimizə verdiyi əvəzsiz töhfələrlə yanaşı, həm də gözəl publisist və təşkilatçı kimi geniş fəaliyyət dairəsinə malik əsl vətənpərvər ziyalıdır".
Azərbaycan ədəbiyyatı tarixində xüsusi xidmətləri olan akademik Bəkir Nəbiyev yazır ki, Teymur Əhmədovun xidmətləri yüksək qiymətləndirilmiş, o, Ümumittifaq "Bilik" Cəmiyyə-tinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuş, 1996-cı ildə "İlin nüfuzlu ziyalısı" fəxri adına, "Ustad" ali jurnalistika mükafatına, akademik Yusif Məmmədəliyev adına medala və mükafata layiq görülmüşdür.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri də verilmişdir. Qeyd etmək lazımdır ki, Teymur Əhmədovun elmi, publisistik və əbədi-bədii yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Onun gərgin elmi və pub-lisistik araşdırmalarının bəhrəsi olan əsərləri ədəbiyyatşünaslıq elminin inkişafı və zənginləşdirilməsində mühüm rol oynayıb. "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Yeni fikir", "Hik-mət" kimi qəzetlərin redaktoru, "Elturan" jurnalının məsul redaktoru olmuş Teymur Əhmədov hazırda "Respublika" qəzetinin və "Füyuzat" jurnalının baş redaktoru kimi fəaliyyətini davam etdirir. Onun "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)" kitabı (Bakı, 2011. 1055 səh.). Azər-baycan ədəbi fikrində və ictimai-mədəni həyatında əlamətdar bir hadisədir. Yazıçı-jurnalist Nahid Hacızadə yazır ki, "həcmcə böyük, həm də çox qiymətli nadir nəşr olan bu kitab onun qələ-mindən çıxan əsərlər içərisində xüsusi yer tutur və desəm ki, bu kitabın analoqu-əvəzi yoxdur, yəqin ki, səhv etmərəm".



YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK