Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Əsl ulduzlar kimi... Adalet.az | Əsl ulduzlar kimi... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əsl ulduzlar kimi...

21376    |   2007-10-12 01:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur bir reklamda deyildiyi kimi, dəyişirik, həm də inkişaf edirik. Biri elə mən özüm, son vaxtlar nə qədər dəyişib inkişaf eləmişəm. tən günlərimə tərəf boylanıb baxanda gülməyim gəlir. Bizdə qəribə adət yaranıb, kimdən halını soruşursan, kövrəlib deyir ki, ötən günlərimi qaytaraydılar... Sözün açığı, əvvəllər elə mən özüm də belə düşünürdüm, lakin son zamanlar bu fikrimdən daşınmışam. "tən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim" deyib kövrəlməyin yeri yox. Lap tutaq ki, möcüzə oldu, geriyə qayıtdım, hə, nə olsun? Adi bir həyat idi, yaşayırdım, lap dəqiqi, günü, ayı, ili yola verirdim. Heç kim mənim fərqimdə deyildi, heç kim vəziyyətimlə maraqlanmırdı. Sanki yer üzündə yoxam. Amma indi... Həyatımı tamam dəyişmişəm. Ləzzət boydan yuxarı, gözüm tox, kefim saz. Oxumaq, oynamaq nə qədər istəsən. Ulduz həyatını nə bilmişdiz?
   
   Bilirəm, soruşacaqsız ki, mən hara, ulduz-filan hara? Düzdür, şou-proqramlara getmirəm, şəkillərim efirləri bəzəmir, tamaşaçıların gözünü yağır eləmirəm. Lakin əsl ulduzlar kimi yaşayıram.
   
   Yuxudan müğənni Rüfət Axundov kimi oyanıram. Əl-üzümü də elə rüfətvari yuyuram. Rüfət kimi qırmızı pencəyimi atıram çiynimə. Yaşıl ayaqqabımı bənövşəyi corablı ayağıma keçirirəm.
   
   Həmin geyimlə küçəyə çıxmazdan öncə səhər yeməyi yeyirəm. zü də ulduzlar kimi. Götürək elə Elariz Məmmədoğlunu. Səhər Elariz masaya hansı naz-nemətdən yığırsa, mən də həmin məhsullardan yığıram evə. Elariz Məmmədoğlu kimi toqqamın altını bərkidəndən sonra da şəhərə çıxmağa tələsmirəm. Kamran Həsənli necə yatıb xoruldayırsa, beləcə yatıb bir xeyli xoruldayıram. Günorta da yuxudan Kamranfason oyanıram. Amma bu dəfə Elnur kimi geyinirəm, bəzənib-düzənirəm. Saçımı darayanda 6 daraq sındırıram, sarı ayaqqabımı yaşıl şalvarımla geyinib hazırlanıram. Bu dəfə Mirsaleh Muradova bənzəmək üçün balkona çıxıb şəhəri bir xeyli seyr edirəm, doğma təbiətdən həzz alıram.
   
   Nəhayət, düşürəm yaşadığım binanın həyətinə. Qırğızıstandan gələn ulduz Aslan kimi həyətdə piyada gəzirəm, qonşularla salamlaşıram. Salamlaşmağa kimsə qalmadığını görüncə qaçıram yuxarı. zü də Aslan kimi. Elə Aslan kimi də başımı mütəkkəyə tullayıb bir qədər mürgüləyirəm. Bu dəfə yuxudan Vasif Məhərrəmli kimi oyanıram. Geyinib-keçinib evin ortasında bir xeyli var-gəl edirəm, doyunca güzgüyə baxıram.
   
   Uzun-uzadı hazırlıqdan, bəzək-düzəkdən sonra şəhərə çıxmaq qərarına gəlirəm. Amma yenə özüm kimi görünmürəm. Toylar kralı Səməd Səmədova nə olub, niyə də özümü ona bənzətməyim? Fit çala-çala yeriməyimlə də elə Səməd Səmədovu xatırladıram. Bütün küçənin nəzərlərini cəlb edirəm. Səmədin şah mahnısı da dilimdə:
   
   
   
   Bakının tinləri məni səsləyir,
   
   Bakıda bütün oğlanlar məni gözləyir.
   
   
   
   Doğma Bakının bütün tinlərini bir-birinə vurandan sonra qayıdıram geri. Səmədfason uzanıb dincimi alıram. Lakin qalxanda artıq Səmədə oxşamıram. Ulduzlarımız qırılıb bəyəm? Gül kimi İlqar Sailə nə olub ki?
   
   Bəzənib-düzənib şəhərə çıxıram, özü də İlqar Sail kimi yeriyir, onun şah hit mahnısını zümzümə edirəm:
   
   
   
   Ay qız, adın nədir,
   
   Telefonun necədir?
   
   Tez dur get evinə,
   
   Artıq qaranlıq gecədir.
   
   
   
   İlqar Sailə oxşamaq, onun repertuarındakı belə şah əsəri dodaq altında mızıldamaq xoşbəxtlik deyil, bəs nədir? Ulduzlar kimi yaşamaq, onlar kimi həyat sürmək əla işdir. İnanmırsızsa, siz də yoxlayın. Amma ehtiyatlı olun, özünüzü Məleykə Əsədovaya, Rəqsanəyə oxşatmağa cəhd etməyin.
   
   Belə məsuliyyətli işin altına girmək çətin məsələdir...
   
   


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK