hacklink Adalet.az | ƏBƏDİ ÜNVAN Adalet.az | ƏBƏDİ ÜNVAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏBƏDİ ÜNVAN

Şəhidlər Xiyabanı bu ziyarətgahda uyuyanlara layiq səviyyədə yenidən qurulur...

24639    |   2007-10-06 04:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhərin yuxulu gözləri yenicə açılıb. Payız havası bu boz-bulanıq səhərdə günəşə bir tələbat oyadır. İstər-istəməz adam bir az qalın paltara meyl göstərir. Necə deyərlər, vaxt, vədə öz sözünü deyir. Heç nəyə, heç kimə baxmadan...
   
   Şəhərimizdə müqəddəs bir ünvan var. Nədənsə həmişə o yer məni özünə çəkir və həmişə istəyirəm ki, orada tək olum. Yanımda, ətrafımda tanış-bilişdən heç kim olmasın. Baş-başa qalım burdakı şəkillərlə, başdaşlarıyla. Amma düzünü deyəcəm, qorxmuşam ordan. Lap dəqiq desəm, ora getməkdən qorxmuşam, çünki...
   
   Şəhidlər Xiyabanı... Bir xalqın, bir millətin And yeri, İnanc yeri... Bir xalqın, bir millətin üz ağlığı, baş ucalığı... Bir xalqın, bir millətin qürur yeri, güvənc ünvanı...
   
   Zaman o zaman olmasa da məkan həmin məkandı. Biz də elə az-çox həmin insanlarıq. Bir-birimizə qarşı soyuq, laqeyd, bir-birimizi üzdə anlayıb daxildə etinasızcasına unudanlar. Bəlkə başqa adımız da var, bilmirəm. Amma mən çox gözəl anlayıram ki, zaman o zaman olmasa da həmin bu məkanda biz özümüz oluruq. Biz kimliyimizi, kimlər üçün yaşadığımızı, kimlər üçün döyüşdüyümüzü, kimlər üçün şəhidliyin zirvəsinə ucaldığımızı burda xatırlayırıq. Tanrı günahımdan keçsin. Mən burda hər kəsi ayaq üstə öz işinin, öz sənətinin başında görürəm. Əsgəri səngərdə, məktəblini sinif otağında, fəhləni dəzgah arxasında, alimi öz laboratoriyasında...
   
   Hər dəfə Şəhidlər Xiyabanına üz tutanda dediyim həmin o qorxu ilk anda alır məni qoynuna. Bu qorxu onlarla bir sırada ola bilməməyin, onlarla bir səngərdə dayanıb həmin keçilən yolu aşa bilməməyin qorxusudu. Bəlkə də bu, utancdı. Bəli, həqiqətən utancdı. Biz, söhbət şəxsən məndən gedir, onlara layiq ola bilmişikmi? Deyəcəksiniz ki, hər kəsin öz yanaşması, öz baxış bucağı var. Razıyam, amma... örünən və görünməyən həqiqətlər də var axı. Adamın içini tərpədən, onu qorxudan, utandıran da məhz onlardı. Nə isə...
   
   Paytaxtımız hər gün yeni tikililərin, parkların, istirahət guşələrinin artımı ilə, mənzərəsi ilə bir az gözəlləşir. Elə bu payız səhəri üz tutduğum Şəhidlər Xiyabanında da əməlli-başlı iş gedir. Dəqiq ifadə etsəm, bu ətraf əsl inşaat meydançasını xatırladır. Yük maşınlarından tutmuş, yer qazan traktora, palçıq qatan qurğuya qədər hər şey var burda. Fəhlələr də başqa bir həvəslə işləyirlər. Bunu mən nə qədər obrazlı ifadə etsəm də, amma bir həqiqət də odur ki, işə ürəkdən girişmək, onu ünvanına layiq səviyyədə başa çatdırmaq istəyi əlin tərpənişindən tutmuş, sifətdəki cizgilərə qədər, baxışlardakı ifadəyə kimi hər yerdə özünü büruzə verir. Dərhal hiss olunur ki, burada işləmək bu insanlar üçün həm də bir savab mahiyyəti daşıyır. Elə ona görə də...
   
   Bu gün Şəhidlər Xiyabanında, yəni bu müqəddəs ünvanda aparılan yenidənqurma işləri, istər yaşıl örtüklərin dəyişdirilməsi, istər döşəmənin, istər ətrafdakı mənzərənin özünün şəhidlərə layiq olması üçün arxitektura və memarlıq baxımından, istərsə də ümumi kompozisiya baxımından hər şeyin bir-birini tamamlaması həqiqətən də ürəkaçandı. örülən bu işlərin özünə görə şəhər rəhbərliyinə, həmçinin, burada çalışan hər bir şəxsə səmimi bir təşəkkür düşür. Çünki görülən işdə ürək hərarəti özünü büruzə verir. Təbii ki, bu da istər-istəməz müşahidəçiyə iş sahiblərinə, fəhlədən tutmuş, icraçıya, rəhbərə qədər hər kəsə sayqı ilə yanaşmaq imkanı verir. Həm də axı görülən işin ünvanı da müqəddəsdi.
   
   ...Bakı yeniləşir, abadlaşır, gözəlləşir. Bütün bunların içərisində Şəhidlər Xiyabanında görülən işlərin mənim üçün, bizim üçün xüsusi önəmi var. Çünki bura bizim hər birimiz üçün əbədi ziyarətgahdı. Əbədi And yerimizdi. Tanrı bütün şəhidlərimizə rəhmət etsin və bu savab işin səbəbkarlarına yardımçı olsun.
   
   P.S. Mən ziyarətgahda olanda burda çalışanlara, rəhbərlik edənlərə yaxınlaşdım. Soruşmaq istədiyim bəzi mətləblər var idi. Amma hamı susmağa üstünlük verdi. Doğrusu, anlamadım və ürəyimdən bir fikir gəlib keçdi:
   
   - Heç olmasa, burda məmur olmayaq, burda özümüz olaq. Axı, başımızın üstündə şəhidlərin ruhu dolaşır. Nə isə... ə
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK