...Soyuq adamların ürəyi də soyuq olur. Onların yanında dünya dağılsa və adamlar yıxılıb ölsə heç nə veclərinə deyil. Gözlərini yumub gedirlər və heç nəyə məhəl qoymurlar. Təki belələrinin öz işləri rəvan getsin və heç bir çətinlik yaşamasınlar...
Bu soyuq adamlar son vaxtlar cəbhə bölgələrində vəziyyət gərginləşəndə bir daha iç üzlərini ortaya qoydular. Ölkə müharibə şəraitini yaşadığı halda, cəbhədə ölüm-dirim mübarizəsi getdiyi bir zamanda onların altıda alımı olmadı, beşdə də verimi. Hələ üstəlik müxtəlif saytlarda və kütləvi informasiya vasitələrində yanlış məlumatlar yaymaqla ermənilərin dəyirmanına su tökdülər. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti öz narazılığını bildirdi. Qeyri-peşəkarlar və jurnalistikadan xəbəri olmayanlar hərbi sirlərimizi yaymağa başladılar. Hətta döyüş bölgəsində olan yaşayış məntəqəsinin adını və ağır texnikaların sayını göstərməkdən belə çəkinmədilər. Bu barədə "Azərbaycan əsgəri" adlı yazımızda fikirlərimizi söyləmişik. Bir daha həmin məsələyə qayıdaraq qeyd eləmək istəyirik ki, cəbhə bölgəsindən hazırlanan yazılar və faktlar Müdafiə Nazirliyi tərəfindən dəqiqləşdirilməlidir. Yəni hər hansı fakt və hadisə dəqiq araşdırıldıqdan və bilindikdən sonra onu mətbuata, qəzet səhifəsinə çıxarmaq olar.
Ölkənin kütləvi informasiya vasitələrində cəbhə bölgəsindən verilən xəbərlərə, reportajlara xüsusi nəzarət edilməlidir. Bu sahəni bilməyən və səriştəsi olmayan yazarlar cəbhə bölgəsindən yazılar hazırlamalı deyillər. Əgər kimliyindən asılı olmayaraq, hərbi sirləri yayırsa, elə bu özü erməni mənbələrinə xidmət etməkdir. Ona görə də hərbi sirləri yayan jurnalistlər barəsində hərbi prokurorluq cinayət işi açmalıdır. Yəqin mənim fikirlərim kimlərinsə xətrinə dəyə bilər. Xətirlərinə dəyirsə, gedib soyuq su içsinlər.
Vətənin ağır günündə heç vaxt iqtidarla-müxalifət söhbəti ola bilməz. Əgər ölkə prezidenti və Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsinə gedirsə və Ağdamda döyüş mövqeyində olursa, hərbçilərlə operativ müşavirə keçirib öz tapşırıqlarını verirsə, bunu müxalifətli-iqtidarlı hamı alqışlamalıdır. Azərbaycan əsgəri görəndə ki, Prezident, Ali Baş Komandan İlham Əliyev onların yanındadır, bax onda bu əsgərlər elə bil ki, arxalarında uca bir dağ görürlər. Uca dağa söykənsə heç vaxt düşməndən qorxmaz. Necə ki, bizim əsgərlər prezidentin cəbhə bölgəsinə səfərindən sonra heç nədən qorxmurlar.
Cənab prezident Ağdamda olarkən görüş zamanı deyib: "Müharibənin ikinci mərhələsi başlaya bilər". Prezidentin bu fikirləri erməniləri bərk qorxuya salıb və onlar indi başlarını itiriblər. Təsadüfi deyil ki, son döyüşlərdə 47 erməni öldürülüb, 100-dən çoxu yaralanıb. Tovuz istiqamətində isə bir neçə gün bundan əvvəl dörd erməni diversantı məhv edilib, biri isə yaxalanıb.
Bu gün Azərbaycan əsgərində və Azərbaycan xalqında çox güclü vətənpərvərlik hissləri baş qaldırıb. Çünki onların İlham Əliyev kimi dünyaşöhrətli və uzaqgörən prezidenti var. Cəbhə bölgəsində döyüşlər şiddətlənən zaman minlərlə könüllü əlinə silah götürüb yenidən həmin bölgələrə getmək istəyirlər. Qarabağ müharibəsi veteranları, gənclər və eləcə də yaşlı nəslin nümayəndələri Müdafiə Nazirliyinə müraciət edərək döyüşmək istədiklərini bildirirlər.
Mənim yaxın bir dostum var - Elbrus Ağayev. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Əslən Laçından olan bu vətənpərvər insan 1-ci Qarabağ müharibəsində Laçın, Qubadlı və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Horadizin və 22 yaşayış məntəqəsinin ermənilərdən azad edilməsi zamanı böyük şücaət göstərib. İndi Elbrus Ağayev Yeni Günəşlidə mənimlə qonşuluqda yaşayır. O da bir neçə yaxın dostu ilə birlikdə cəbhə bölgəsində döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət etməyi unutmayıb. Bu gün Elbrus kimi minlərlə oğullar hər an döyüşə getməyə hazırdırlar. Elbrus Ağayev həm də gözəl ziyalı, vətənpərvər və haqq-ədaləti sevən insandır. Onun yanında heç vaxt kiminsə qeybətini eləmək və haqqını tapdamaq olmaz. Həmin anda o, vulkan kimi püskürür və haqqı tapdananı müdafiə edir.
Bu gün Azərbaycan xalqı doğrudan da çox nikbindir. Çünki onun güclü iqtisadiyyatı və güclü də ordusu var. Bu ordu Qafqazda ən güclü ordulardan sayılır. Bu xalq, bu millət Azərbaycan prezidenti İlham Əliyevə və onun yaratdığı güclü orduya böyük inam bəsləyir. Ancaq ürəyi buz kimi soyuq olan, Vətən hissindən uzaq düşən bəzi üzdəniraq adamlar çətin gündə özləri haqqında fikirləşərlər.
Ürəyi, qəlbi bu millətlə, bu xalqla olanlar isə milyonlarladır. Atalar yaxşı deyib: "El gücü-sel gücü". Bu ölkənin prezidentinin və xalqının gücünü ermənilər son günlər daha yaxından gördülər və bildilər. Bildilər ki, Azərbaycan xalqının əsəbləri, hissləri və duyğuları ilə oynamaq olmaz. Əgər bu əsəblərlə oynasalar yenidən bu el gücü ayağa qalxacaq və onları cəmi Qarabağdan silib-süpürüb atacaqlar...
Faiq QİSMƏTOĞLU
[email protected]