ANA SƏHİFƏ / YAZARLAR

OTUZ ALTIDAN ÜZÜ YETMİŞƏ...

Çingiz Əlioğlunun 70 yaşına məktub

56308    |   2014-07-12 06:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onda tələbə idim... Onda Azərbaycan, SSRİ-nin tərkibində idi...g Onda Dağlıq Qarabağ Muxtar Vilayət idi... Onda doğulduğum kəndin aid olduğu rayonun adı Hadrud idi... Onda Çingiz Əlioğlunun 36 yaşı var idi... Onda biz cavan söz həvəskarları Çingiz Əlioğluna, Nüsrət Kəsəmənliyə, Sabir Rüstəmxanlıya, Ramiz Rövşənə böyük bir maraqla, hətta bir az da həsədlə baxırdıq... Onda söz yaman urvatlı idi...
Hə, onda mən tələbə idim və Çingiz Əlioğluyla tanışlaşıb doğmalaşmışdıq. Demək olar ki, təkcə iş otağının yox, yaşadığı evin də qapısını ərklə açırdım - ailənin üzvü kimi... Amma buna qədər mən Çingiz Əlioğlunu həm də Qarabağda dünyaya gəlmiş, doğulmuş şair kimi tanıyıb sevmişdim. Üstəlik bu gün də kitab rəfimdə özünəməxsus yeri olan əl içi boyda bir kitabı Hadrudun kitab mağazasından, o vaxtkı pulla 6 qəpiyə alıb ən dəyərli bir tapıntı kimi evimizə gətirmişdim. O kitabın adı "Nikbinlik" idi. "Gənc şairin ilk kitabı seriyasından olan və 1969-cu ilin 8-ci ayında çap edilmiş 26 səhifəlik həmin kitab bu gündə mənim kitab rəfimdə öz yerini qoruyub saxlayır. O kitaba Çingiz müəllim 1980-ci ildə, yəni 11 il sonra bircə söz yazıb - dostum Əbülfətə!
Hə, biz Çingiz Əlioğluyla mənim tələbəlik illərimdə bir eloğlu kimi, bir söz adamı kimi dostlaşdıq. Və mən bu dostluqdan həyatımın çox önəmli məqamlarını yaddaşıma köçürən, yaddaşıma hopduran, həyatıma təsir edən mənəvi qazanclar əldə etdim. O mənəvi qazancın ən böyüyü həmin illərdə Azərbaycanın söz məkanında Nüsrət, Çingiz, Sabir "üçlüyü"nün yanında olmaq, onlarla istədiyim məqamda görüşmək, həmsöhbət olmaq, məclislərdə iştirak etmək idi. Bax, bu doğmalıq, bu yaxınlıq təbii ki, mənim Çingiz Əlioğluya olan oxucu sevgimin özünü də qollu-budaqlı bir ağaca çevirmişdi. Və Çingiz müəllimin dövrü mətbuatda çıxan hər bir yazısını sevə-sevə oxumaqla yanaşı, onu müzakirə etmək, onun kitabları barəsində fikirlərimi müəllifə çatdırmaq imkanım genişlənmişdi. Sözün həqiqi mənasında Çingiz Əlioğlunun söz dünyası təkcə özümün yox, həm də aid olduğum ailənin özünə də sirayət etmişdi. Hətta doğulduğum kəndə qonaq gələndə mənə ünvanladığı şeirini kitablarında görmək, o şeirin Moskvada rus dilində nəşr olunan kitabında da oxumaq həqiqətən mənə ayrıca ləzzət vermişdi. Çünki Çingiz müəllim həmin şeirini mənə ittihaf etdiyini orada da göstərmişdi.
Hə, bütün bunlar bir şəxsi təmasın, şəxsi ünsiyyətin görünən və yaddaşımda yaşayan müəyyən nüanslarıdı. Amma mənim yaddaşımda, oxucu dünyamda kök atan, həmin o dünyanın dəyərli imza sahiblərindən biri də Çingiz Əlioğlunun ürək pıçıltılarıdı. Təsadüfi deyil ki, bu yazını diktə edərkən gözümün önündəki kitabları bir-bir nəzərdən keçirirəm və bu kitabların hər birindəki aftoqraflar özü özlüyündə mənim Çingiz Əlioğlu yaradıcılığına olan böyük marağımın şairin özü tərəfindən təsdiqi kimi qəbul olunmalıdı. Elə bu yerdəcə mən Çingiz müəllimin 1980-ci ildə çap olunmuş "Ömür ağacı" kitabının hələ o illərdə vərəqləri arasına işarələr qoyduğum şeirlərinin bəzilərin yenidən oxuyuram. Bakıya, Azərbaycanın paytaxtına ünvanlanan misralar təkcə poetik fikir kimi yox, həm də səmimi, ürəkdən gələn pıçıltı kimi məni özünə çəkir.

Sən mənim gözümə köçmüsən, Bakı,
Ən təmiz sözümə köçmüsən, Bakı.
Köçmüsən qəlbimə gecələrinlə,
Bütün evlərinlə, küçələrinlə.
Qəlbimdir ünvanın, ürəyim, Bakı,
Hər coşğun arzumun sahili sənsən,
Tufanlı ümmanın - ürəyim, Bakı.

Və yaxud:

Pəncərə çərçivəsində
çarmıxa çəkilmişəm.
Gözlərimdən başlayır
yolların üzüntüsü.
Buz salxımı kimi,
sırsıra kimi
əriyib, axır cavan vaxtım.
Uzaqdakı üfüqdə
Bir qırmızı bayraq kimi
Küləklərlə çarpışır
taleyim, baxtım...

Təbii ki, Çingiz Əlioğlunun hələ 70-ci illərdə yazdığı bu şeirlərin məndə oyatdığı nostalji təsiri də bu gün bu yazıda hiss olunur. Amma etiraf edim ki, biz dünəndən nə qədər də qaçmaq istəsək, bu mümkün deyil. Çünki dünəndə bizim təkcə izimiz yox, həm də sözümüz kifayət qədər oturuşmuş bir şəkildə yaşamaqdadı. Ona görə də bu gün həsrətini çəkdiyimiz yerlərə Bakıdan boylanıb kövrəlmək bizə güc gələndə məhz həmin o dağlardan əsən külək bir az yaramızın üstünə məlhəm çəkir. Bax, elə Çingiz Əlioğlunun bu şeirində olduğu kimi:

Məni görcək qarlı dağlar
Tanıyarmı, tanımazmı?
Əhdə etibarlı dağlar
Qınayarmı, qınamazmı?

Mən saf idim, mən təmizdim,
Hər ağızdan bir təm üzdüm.
O kökləri mən tam üzdüm,
Qayıtmağa gəlmir üzüm...

A dağlardan əsən külək,
Qayıt dağlara, dağlara.
Söylə, burda bir pərt oğlun,
Gəzir avara-avara...

1969-cu ildə yazılmış bu şeirin tarixini təsadüfdən qeyd etmirəm. Düşünürəm ki, diqqətli oxucu nəyə işarə etdiyimi mütləq anlayacaq. Biləcək ki, hələ sovet rejimi dövründə dağlara həsrət qalacağımız fəhmlə duyan söz adamlarımızın sırasında Çingiz Əlioğlu da var imiş. O, zamanın senzurasından bir təhər yayınıb sətiraltı da olsa Qarabağ dağlarında hansı küləklərin əsdiyini şeirə çevirmişdi. Və bu gün o küləklərin əsdiyi məkanlarda göynəyən izlərimiz qan ağlayır. Biz isə o izlərə qovuşmaq, o ruhları xilas etmək üçün təkcə əsgər kimi yox, həm də söz adamı kimi səngərlərə çəkilmişik. Amma neyləyək ki, hələlik düşmən güclüdü.
Çingiz Əlioğlunun şeirlərinin birində yazdığı kimi:

Üzüb gedən ağ gəmi, ağ gəmi,
Yandır məni, yax məni, yax məni, -
Yarım vardı - apardın,
Ax ay gəmi, ax, gəmi.

Üzüb gedən ağ gəmi, ağ gəmi,
Bir mənə də bax gəmi, bax gəmi.
Xəstə özüm düşəydim,
Yarın canı - sağ, gəmi...

Şeirdəki axıcılıqla yanaşı, yaddaşa dərhal köçmək gücü ilə yanaşı buradakı səmimiyyət şəxsən mənim üçün bir könül rahatlığıdı. Yəni şeiri oxuduqca o ovqatın, o ritmlərin üzərində özüm-özümü kökləyirəm. Elə bilirəm ki, bu şeirləri mən yazıram, mən kiməsə ünvanlayıram. Doğrudu, Çingiz Əlioğlu etirfa edib ki, o, sevgi şeirləri yaza bilmir. Amma bu etiraf inanılası deyil, çünki şair sözüdü! Bax elə bu şeirdə olduğu kimi:

Sevgi şeirləri yaza bilmirəm...
Dərimi, qəmimi unudub bütün.
Üzümə, gözümə şəfəq çiləyin,
Bir cüt ala gözdə aza bilmirəm.
Sirli baxışlarda min bir mənanı,
Anlaya bilmirəm, yoza bilmirəm...
Sevgi şeirləri yaza bilmirəm.

Sevgi şeirləri yaza bilmirəm...
Oxucu yanında üzüm qaradır.
Şair sevgilisi qəmzəli olar, -
Mən sevən gözəllər üzü yoladır.
Bəxtimdən, alnımdan bu nəs yazını,
Mən silə bilmirəm, poza bilmirəm...
Sevgi şeirləri yaza bilmirəm...


Çingiz Əlioğlunun bu məşhur şeiri. Eləcə də bizim gənclik illərimizin ən çox dinləmək istədiyi görüşlərdə şairin dilindən eşitməyə çox böyük maraq göstərdiyimiz "Qonşunun iti" şeiri özü özlüyündə Çingiz Əlioğlunun kifayət qədər bir sevgi şairi olduğuna sübutdur. Üstəlik, Çingiz Əlioğlu həm də azadlıq şairidi. Ona görə də onun misralarının mayası da, ruhu da azaddı.

İstədiyin kimi düşünürsənsə,
Düşündüyün kimi danışırsansa,
Danışdığın kimi varsansa,-
Azadsan demək.

Mən Çingiz Əlioğlunun poeziyasında Azərbaycanın bütün coğrafiyasını görmüşəm. Yəni onun istər cənuba sarı boylananda yazdıqları, istər şimala, istər şərqə, istər qərbə üz tutanda söylədikləri bir söz adamı olaraq Çingiz Əlioğlunun Azərbaycan torpağına sevgisini poeziya çələngi kimi sərgiləyir. Oxucu bu şairin istər sovet-almaq müharibəsinin qəhrəmanlarına, istər ötən əsrin 40-50-ci illərinin ağrı-acılarına şeir qülləsindən boylanmasını təkcə seyr etmək kimi görmür, həm də həmin o zamanın ağrı-acısının yaşantılarının içərisindən boy göstərən tutumlu bir şeir, ədəbiyyat nümunəsi ilə baş-başa qalır.
Hə, mən Çingiz Əlioğlunun yaradıcılığı barəsində sadəcə bir dost, daha doğrusu, sonradan dosta çevrilmiş yaxşı bir oxucunun ürəyində olanların bir qismini məktub şəklində həm Çingiz müəllimə, həm də onun bugünkü oxucularına qəzet vasitəsilə çatdırarkən qarşıma bir məqsəd qoymuşdum. Bu məqsədin də adı Çingiz Əlioğlunun 70 yaşının tamam olduğuna inana bilməməyimdi. Çünki mən illərin belə sürətlə ötüb keçdiyini qəbul etmək istəmirəm. Mənə elə gəlir ki, biz Çingiz müəllimlə, eləcə də digər dostlarla birlikdə Tuğ kəndindəyik. Yenə bulaq başında oturub gələcək arzularımızın şərəfinə badələr qaldırırıq. Elə o istəklə də Çingiz müəllimin "Atlantlar" adlı çox möhtəşəm bir kitabında mənə yazdığı avtoqrafın gücünə söykənib (Əzizim Əbülfətə ən səmimi və ən gözəl arzularla - noyabr, 2006) demək istəyirəm ki, Çingiz müəllim, rəhmətlik Süleyman Rüstəm 70 illik yubileyində bir şeir oxumuşdu və oxucularına üz tutaraq 7-nin yanından 0-ı pozun demişdi. Mən isə sizdən 70-in ləzzətini, çəkisini, sevincini, bir sözlə, onun həyatımızdakı yerini 40 yaşınızda yaşadığınız həmin o sevinclə, o duyğularla qeyd etməyinizi xahiş edirəm. Düşünürəm ki, oxucunuzun bu istəyini səmimi qəbul edəcəksiniz. Çünki siz öz çəkisini, öz nüfuzunu, öz yerini və öz bütövlüyünü qorumağı bacaran və qoruyan Şairsiniz. Bir daha ad gününüz mübarək!

Əbülfət MƏDƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK