Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: ŞAKİRA Adalet.az | ORALARDA KİMLƏR VAR: ŞAKİRA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR: ŞAKİRA

MƏLƏYƏN BİR KEÇİ KİMİ SƏS ÇIXARIRAM,

16525    |   2007-08-29 01:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

amma bu səslə əlimdən ələnin ən yaxşılarını elədim

Fanatikləri olduğu bəlli, albomlarını alıb dinləyirmisiniz bilmirəm, amma mahnılarını mütləq eşitmisiniz. Çünki radioda, musiqi kanallarında aramsız səslənməkdədir. Konsert zamanı mahınlarını mızıldana-mızıldana ona qolşulursunuz. Və görmüsünüz kliplərində, getdiyiniz konsertlərində burcuda-burcuda oynamağını da, göbək atmasını da Şakiranın.
   
   Albomları əlüstü satılır,onlar çıxdığı kimi də yox olur.Bütün bunların yanında reportajı oxuduğunuzda görəcəksiniz ki, səmimi, mütəvazi və şəkər bir davranışı var.Şakira Türkiyəyə gəlib, bir konsert verib, gəl görəsən.Çıxıb gedib... Amma bizim suallarımıza ABŞ-dan cavab verdi.
   
   -Ananız yarı italyan, atanız isə Liviyadan kolumbiyalı. Bu çoxmədəniyyətlilik musiqinizə necə təsir etdi?
   
   - Bu, musiqimdə çox orijinal bir yol seçməmə səbəb oldu, necə ki, gözəl bir kokteyl hazırlaya bilirəm, bax onun kimi. Musiqidə füzyon çox xoşuma gəlir, mən heç zaman özümü daha yaxşı oxumağa zorlamamışam.Təbiətimdə bu yoxdur.SADƏLİK MƏNİM İÇİMDƏN GƏLİR.
   
   -Orta məktəbdə oxuyarkən bir müəlliminizin "Sən keçi kimi mələyirsən!- deməsi sizi çoxmu incitmişdi?
   
   - Təbii ki, incitmişdi.Bir yumruq kimi dəymişdi, sanki bütün vücuduma.Fəqət indi dönüb baxdığımda, yaş artdıqca, püxtələşdikcə bir insanı başqasından ayıran məhz elə bu şeylərin olduğunu gördm.HƏLƏ MƏLƏYƏN BİR KEÇİ KİMİ SƏS ÇIXARIRAM, AMMA SANIRAM BU SƏSLƏ ƏLİMDƏN GƏLƏNİN ƏN YAXŞISINI ELƏDİM.
   
   
   
   GƏNCLİYİMDƏ ROKÇUYDUM
   
   
   
   -Gənc qızkən şou dünyasından kimə oxşamağı düşünürdünüz. Misal üçün otağınızda Madonnanın reklam rəsmləri var idimi?
   
   -Dürüst söyləmək lazıdırsa, gəncliyimdə mən rokçuydum.Biz latınlar rok haqqında söhbət eləyəndə son dərəcə müdafiə mövqeyini seçirik.Hər kəs hər şeyi bəyənməz. Mən daha çox 1960-cı və 1980-ci illərin ingilis rokuyla maraqlanırdım. Led Zeppelin, Pink Floyd və Curenin şəkilləri otağımı bəzəyirdi.
   
   -Bəs o zaman kolumbiyalı bir qız necə oldu ki, bugün pop kültüründə önəmli bir fiqur oldu? Yaradıcılığınızın dönüm nöqtəsi nəydi?
   
   -Məncə bu taleyimdi. İnsanlar tərəfindən sevilməkdə musiqi mənə yardım etdi. Mənim üçün əsla "Bir gecədə məşhur oldu" demək insafsızlıqdır.Çünki 17 ildir peşəkar olaraq bu aləmdəyəm və çox çalışıram. O üzdən sizə bu bir hadisə oldu və hər şey dəyişdi-deyə bilmə-rəm. Çox rahat günlər başladı yaradıcılığımda. Yavaş-yavaş məhşurlaşmağa başladım.
   
   
   
   NƏŞƏLİ VƏ ÇOX UTANCAAM
   
   
   
   IQ"nuzun 140 olduğu doğrumu?
   
   -Əmin deyilim, ana-atamdan soruşmaq lazımdır.
   
   -Yaxşı,məsələn, zəkalı bir insan olaraq boş zamanlarınızda şahmat oynamaq, riyaziyyatla əlləşmək kimi xobbiləriniz varmı?
   
   -Riyaziyyatdan heç xoşum gəlməz. Bu bəlli. Amma öyrənməyi sevirəm, xüsusilə Misir və Avropa tarixini çox sevirəm.Bir az fasilə olan kimi ilk işim universiteti bitirmək olacaq.
   
   Sizi nəşəli və xoşbəxt bir insan hesab eləmək olarmı ?
   
   -Gülməyi çox sevirəm. Bir kərə sit-com xəstəsiyəm. Larri Devidi və Friends seriallarını izləməkdən zövq alıram. Amma arkadaşlarımdan soruşsanız məni nəşəli deyil, çox utancaq olaraq tanıyırıq,- deyərlər.
   
   
   
   ƏLBƏTTƏ, ŞÜKÜR EDƏN BİRİYƏM
   
   
   
   Şakira ərəbcədən ŞÜKÜR ETMƏKdən gəlir. Şükür edən birisinizmi?
   
   -Əlbəttə. Başıma gələn və sahib olduğum hər şey üçün təşəkkür edirəm. Yəni həyatımın qiymətini bilirəm.
   
   Peşmanlığını çəkdiyiniz bir şey varmı?
   
   -Peşmanlıqla yaşamağa inanmıram. Xarakterimizi mükəmməlləşdirən həyatdakı doğrularımız deyil, yanlışlarımızdır mənə görə.
   
   Musiqi bazarında xoşunuza gəlməyən nə var? Nəyi dəyişdirmək istərdiniz?
   
   -Musiqi bazarının daha demokratik olmasını arzu edərdim.Nə qədər çığıran və səsini eşitdirmək istəyən sənətçi varsa, onlardan başqa orda-burda öz səsini eşitdirmək istəyənlər də az deyil.Amma bilmirəm bu vəziyyət sənətin başqa janrlarında necədir.
   
   İSTANBULUN ADINI EŞİDƏNDƏ
   
   ATILIB-DÜŞDÜM
   
   
   
   Albomumu tanıtmaq üçün Türkiyəyə gəldim, amma başlı-başına bir konsert üçün gəlməyi düşünürəm.Konsert proqramımda İstanbul ehtimalı ortalığa atılanda rəsmən atılıb-düşdüm uşaq kimi sevindiyimdən.Çünki Türkiyədəki dinləyicilər həm məni çox dəstəkləyirlər, həm də çox canayaxındılar.
   
   
   
   YERİMƏYƏ BAŞLAYANDAN DİNGİLDƏYİRƏM
   
   
   
   Səhnədə çox möhtəşəm şoularınızın olduğu bəlli. Sizi şöhrətləndirən məhz bu şoularmı?
   
   -Bir albom çıxarırsınız,onu tanıtmaq üçün televizyona çıxırsınız,radioya gedirsiniz, reportajlar verirsiniz. Bütün bu özünü öldürmədə nəticə olaraq keyfi bilirsinizmi nədən alırsınız? Səhnədən! Bütün gücümü səhnədə mənə tamaşa edən tamaşaçılarla üz-üzə,qarşı-qarşıya ünsiyyətdə sərf edirəm.Səhnə də elə yerdir ki,siz özünüzü də təzədən kəşf edirsiniz.Şoumun möhtəşəm olduğunu söyləyən bütün dinləyicilərə təşəkkür edirəm.Çünki bu enerjinin mənbəyi onlardır.
   
   Yaxşı,bu qədər gözəl rəqs etməyi kim öyrətdi sizə?
   
   -Qanımda var hər halda. Kimsə mənə belə elə, elə elə deməyib. Ayaq açan gündən dingildəyirəm.
   
   
   
   HƏM MARKES, HƏM ESCOBAR ÇIXDI
   
   
   
   Dünya iki kolumbiyalını yaxşı tanıyır.Biri siz, biri də Nobel mükafatı laureatı Qabriel Qarsia Markes. Onunla tanışlığınız varmı?
   
   -Qabriel Qarsia Markes ən böyük ilham qaynaqlarımdan biri. İndi isə arkadaşım və müəllimim. Kolumbiyanı dünyaya öz gözəllikləri və əksiklikləri ilə elə gözəl tanıtdı ki... "100 il tənhalıqda" ölkəmi tam açıqlayan bir kitab.
   
   -lkənizdə çətin günlərdir, daxili savaşlar bitmir.Bu barədə nə deyə bilərsiniz?
   
   -lkəm həqiqətən təzadların və paradoksların ölkəsi.Eyni ölkədən həm Markes, həm Pablo Escobar (kokain baronu) necə çıxır, anlamaq çətindir.Təzad ölkənin hər yerində. Bir tərəfdə dediyiniz kimi daxili savaş var, digər tərəfdə dünyanın ən gözəl mənzərələri və ən nəşəli güləc insanları. lkəmin bu gün çəkdiyi sancıları dünyaya duyurmaq məsələsində bir məsuliyyətimin olduğunu düşünürəm. Çünki Kolumbiya məni mən elədi, mən də əlimdən gəldiyincə borcumu ödəmək istəyirəm.
   
   
   
   TÜRKİYƏYƏ 7 İLLİK SEVGİLİSİYLƏ GƏLMİŞDİ
   
   
   
   Dünyada albomları ən çox satılan kolumbiyalı sənətçi. Uzun adı Şakira İsabel Mebarak Ripoll. 30 yaşında. İlk albomunu 1991-ci ildə çıxardı. Toplam 12 albomu var. 5 Qremmi ödülü alıb. Dünyada tanınması 2001-ci ildən ingiliscə çıxardığı albomla olub. "Laundry Service" adlı bu albomu 15 milyon ədədə satılıb. Son albomu "Oral Fixation"un tanıtımı Meksikanın paytaxtı Mexikoda böyük Zokalo Meydanındaydı. 210 min adam gəlmişdi.Şakira Türkiyəyə ilk dəfə 10 il öncə gəlib. 2000-ci ildə Argentinanın dövlət başqanının oğlu Antonio de la Rua ilə adı yanaşı çəkilməyə başladı və daha sonra nişanlandı. Türkiyədəki konsertinə də onunla birgə gəlmişdi.
   
   
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK