ANA SƏHİFƏ / YAZARLAR

SƏSİN YARATDIĞI ÜMİD

60169    |   2014-02-15 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müharibənin hər kəsi çaşdıran vaxtında, kimsənin kimsəni eşitmədiyi, dinləmədiyi zaman onu hər kəs dinləyirdi. Səsi, ürəyi müharibə əzabı ilə, yurd itirmək təlaşıyla, od-ocağını tərk etmə qorxusu ilə yaşayan narahat insanlara sanki dərman idi. Hər kəs xəbərlər proqramından çox onun "xəbərlərini" səbirsizliklə gözləyirdi. Çünki ona inanırdılar. Çünki o səsin sehri qələbəyə, mübarizəyə ruhlandırırdı. Çünki onun səsi ürəklərə toxdaqlıq gətirirdi...
Fəaliyyəti 1988-ci ildən başlasa da, doxsanıncı illərdə tanıdım o səsi. Amma sonradan tək mənim deyil, hər kəsə, hər evə doğma, hər ürəyə yaxın olduğunu insanların münasibətindən anladım. İnamla "cəbhə zonasındakı filan strateji yüksəkliyi alıblar", deyən adam sözünün inandırıcı olmasını təsdiq etmək üçün "Şəmistan dedi" deyə əlavə edərdi...
Bütün gün ərzində ancaq cəbhə xəbərləri ilə maraqlanan anam onun səsini eşidən kimi, "Başına dönüm, ay oğul, de, səsinə qurban olum!" deyərək, o səsdən təskinlik tapardı. O, insanların dar günündə evlərin ən əziz qonağı idi... Qardaşlarım o səsin çağırışı ilə yollandıqları müharibənin qələbə ilə bitəcəyinə ümid bəsləmişdilər... Sonralar müsahibələrinin birində özünün söylədiyi kimi, əri müharibədə həlak olan qadınların onu günahkar bilməsinin səbəbi aydın oldu. Onun səsi bir ordunu döyüşə aparmaq gücünə malik idi...
İlk səsini eşitdiyim andan bu hərbi diktoru Levitanla müqayisə etmişdim. Hitlerin başına milyon qiymət qoyduğu, sehirli səsi ilə fərqli-fərqli millətləri birləşdirərək qələbəyə ruhlandıran Levitanla... O danışarkən sanki Levitanın 1941-45-ci illəri əks etdirən filmlərdə eşitdiyim səsi qulaqlarımda səslənirdi.
O səs təkcə müharibə xəbərləri ilə kifayətlənmirdi. Mübariz hərbi-vətənpərvərlik marşları, əsgər mahnıları gəncləri, Vətəni sevməyə, mübarizəyə, qələbəyə ruhlandıran bassbariton səs tembri ilə milyonları dinləyicisinə çevirmişdi. Onun "And içirik", "Çağırır Vətən", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "Çırpınırdı Qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Qafqaz dağı, yol ver bizə" mahnıları dillər əzbəri olmuşdu. Bu, indi də belədir...
Nədənsə onun qarabağlı olduğunu zənn edirdim. İçində bu boyda vətənpərvərlik hissi olan adamın heç Azərbaycanda deyil, Gürcüstanda doğulduğunu eşidəndə bir daha yəqin etdim ki, insanın insan kimi formalaşması üçün məkanın, zamanın fərqi yoxdur. Və onun müsahibələrinin birində: "Mən biləndə ki, Azərbaycanın Güneyində bir türkün haqqı tapdanıb, amansızcasına davranılıb, elə bilirəm ki, o mənim ağrımdı. Kaş bütün hər kəs bunu belə qəbul edə bilib, millətin mənafeyini şəxsi mənafeyi kimi görəydi, Azərbaycan da gəlib bu vəziyyətə düşməzdi" söyləməsi təsdiq edir ki, vətənpərvərlik üçün əsas insanın harada doğulması deyil, hansı tərbiyəni alması, hansı hisslə yaşaması, hansı amalla böyüməsi və ən əsası qanındakı, genindəki kodların ona verdiyi koordinatlardır.
Filankəs necə adamdı, soruşanda yoldaşlıq eləməmişəm, deyə cavab verərlər. Qarşısındakına sərt, qaraqabaq təsiri bağışlayan bu insanın əslində çox mədəni, diqqətli və həm də baməzə olduğunun, yersiz, şit hərəkətlərə yerindəcə münasibətinin də şahidi oldum. Səfər zamanı onun söylədiyi və heç yerdə eşitmədiyim lətifələri yazıb saxladım da... Bəzən sevilən məşhurlarla yaxından tanış olanda xəyal qırıqlığı yaşayırsan. Yəni, göründüyü kimi olmaması insanı məyus edir. Onunsa ətrafda yaratdığı imiciylə əsl xarakteri üst-üstə düşdüyündən bu tanışlıqdan çox məmnun qaldım. Vətənpərvər oğullarımızın hamısına qarşı içimdə bir minnətdarlıq hissi olub həmişə. Onun xarakterinin üzərinə cazibədar səsini də əlavə edəndə bu sevgi ikiqat artır.
O, Almaniyada, Türkiyədə, Rusiyada, Qazaxıstanda, Ukraynada, Türkmənistanda, İsveçrədə və s. ölkələrdə səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. Haqqında yazılıb, deyilib, bir çox verilişlərin, filmlərin səslənməsində əvəzsiz səsindən istifadə olunub. Bu gün də APA tv-nin "Müharibə adamı" verilişinin aparıcısıdır. Amma nə özünütəbliğlə məşğul olub, nə
haqqında yazılanlardan, deyilənlərdən - bu qədər sevgidən özündən müştəbehlik xəstəliyinə tutulmayıb.
Onun müharibənin ilk illərindəki xidmətləri danılmazdır. Ona görə də hərbi verilişlərin hər birində onun təcrübəsindən, səsindən istifadə etmək şansını əldən verməməli, hərbi-vətənpərvərlik verilişləri hazırlanmalı və aparıcılığı da ona həvalə olunmalıdır. Xalqın, xüsusilə gənclərin ona olan inamından, sevgisindən belə verilişlərin baxımlı olması üçün istifadə etmək hamımızın xeyrinə olardı.
Ordu Günümüzü qeyd edərkən möhtəşəm paradda səsləndirmənin məhz onun səsiylə olacağına əmin idim. Amma tam fərqli səsi eşidəndə təəccübümü saxlaya bilmədim. Nədən biz heç vaxt əlimizdə olanın qədrini bilmirik? Sonradan, hər şey əlçatmaz olanda isə heykəl qoyuruq?!.
Torpağı düşmən tapdağında olan, qız-gəlini əsir həyatı yaşayan, heysiyyatı alçaldılmış xalqın hərbi-vətənpərvərlik verilişlərinin sayı şou-biznes verilişlərinin sayından az olmamalı, əksinə bütün proqramları üstələməlidir. Amma görünür, tv rəhbərlərinin başları şouya o qədər qarışıb ki, bunu tamam unudublar. Sonda belə vətənpərvərlər də internet televiziyaları ilə kifayətlənməli olurlar.
Bu günlər Şəmistan Əlizamanlının 55 yaşı tamam oldu. Onu, o səsi sevənlər adından ürəkdən təbrik edir, Vətən eşqi ilə döyünən ürəyinə sağlıq, tapdandığını zənn etdiyim haqqını alması üçün səbir, qələbə xəbərini səsləndirəcəyini gözlədiyim səsinə qüvvət və xalqının inamını çin etməsinədək dözüm, ümid arzulayıram.

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK