ANA SƏHİFƏ / YAZARLAR

Döyüşə baxmamaq

Gecənin xeyri yaxşıdı, yoxsa gündüzün şəri?

66115    |   2013-10-26 00:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya növbəti döyüşə hamilədi. Bu gün axşam hər şey bəlli olmalıdı. Ona görə də hamı üzünü İspaniyaya tərəf çevirəcək. Milyonlarla insanın barmağını kəssələr də xəbərləri olmayacaq. Ulduzlara baxmaq sizə elə-belə gəlməsin, bu, əyləncə-filan da deyil. Hər nədisə tamam başqa şeydi.
İndi hamı axşamın düşməsini gözləyir. Başqa çarə nədi? Günün günortaçağı ulduzlar görünmür axı. Ən doğrusu axşamı gözləməkdi. Bu axşamı dünyanın hər yerində gözləyən milyonlarla insan bizim müdrik atalar sözünü əməllicə redaktə etməyə də hazırdılar. Belə hesab edirlər ki, gecənin xeyrindənsə gündüzün şərini seçmək onlara sərf etmir. Özləri bilsinlər, bu gecə yerini səhərə uduzunca görək atalarımıza nə cavab verəcəklər...
Onlar iş-güclərini atıb ulduzların arxasınca düşməyə hazırlaşırlar, ulduzların isə heç vecinə də deyil. Messinin niyə də vecinə olsun ki? Temza aşığındandı, Sena topuğundan. Neymar nə yoğurub, nə yapıb, hazırca kökə tapıb. Ronaldo başla topun başına oyun açır, sonra da gedib reklam etdiyi şampunla başının kəpəyini yuyur. Beyl haqqında heç yazmaq belə istəmirəm. Çünki qiyməti çox bahadı. Onun transfer qiyməti bəzi ölkələrin büdcəsindən çoxdu.
Bu gecə "El-Klassiko"da top qovaraq döyüşəcək digər ulduzlar haqqında geniş yazıb vaxtınızı almaq istəmirəm. Hamının ayağı göz qabağındadı. Planetin dörd bir yanında milyonlarla insan bu gecə düşüb o ayaqların sahiblərinə yalvaracaq. "Qurban olum, vur", "Başına dönüm, o tərəf qaç", "Qadan alım, bu tərəfi möhkəm saxla" ... Təxminən belə bir mənzərə.
Bu gecəki döyüşə baxmaq fikrim yoxdu. Dünyada sayı milyonlarla ölçülən futbol azarkeşlərindən biri olsam da axşam "El-Klassiko"ya gözümün ucu ilə baxan deyiləm. İki Koreya birləşib bir olsa da "Barselona"-"Real" savaşına baxmaq könlümdən keçmir.
Mənə görə bu qarşılaşmanın, lap elə İspaniyada futbolun daha əvvəlki dadı-duzu qalmayıb. Bəzi azarkeşlər də yəqin mənimlə həmfikir olarlar. Ən azından ürəklərində...
Stadionlarda hansı oyunların çıxarıldığını onlar yaxşı bilir. Düzdü, el dilində desək, stadion elə oyun çıxarmaq üçündü, amma daha belə də yox da, əfəndim.
Tutaq ki, evdən çıxıb sevinə-sevinə stadiona tərəf gedirsən, əlində də bizim türklər demiş, pankart. Məsələn, "Filan kluba eşq olsun". Arenanın qapısı ağzında sıravi polis nəfəri səni saxlayıb sorğu-suala tutur. Deyir ki, sən bununla nə demək istəyirsən? Çox sorğu-sualdan sonra səni içəri buraxır, lakin yenə şərt kəsir - "İçəridə "istefa-filan" söhbəti olmasın a..."
Stadiona daxil olan kimi qanın lap qaralır. Elə bil oturacaqların üstündən "KAMAZ" keçib, toz-torpaq əlindən bilmirsən ki, harada oturasan. Oyun başlayan, futbolçuların ayağı top tutan kimi təzə bir oyun başlayır. Polis serjantlarından biri gəlib kəsdirir azarkeşlərin başının üstünü: "Haray-qışqırıq salmayın, komandirimizin başı səs götürmür".
Bir yandan da hakimlər səni azarkeş olduğuna peşman edirlər. Gah 11 metrlik cərimə zərbəsi verib, sonra fikrilərindən daşınırlar, gah yanlış vərəqə göstərirlər, bəzən də qırmızı vərəqə göstərməyi yaddan çıxarırlar. Nə isə əməlli-başlı həngamə. Futbolun bütün ləzzəti burnundan tökülür. Yalvarırsan ki, oyun başa çatsın. Səsin tez eşidilir.
Hakimlər fit və bayraqları götürüb gedirlər evlərinə. Amma hələ oyun bitmir. Meydançanın kənarında klublardan birinin rəsmisi rəqibin oyunçularını salır sillə-təpiyin altına. Nə yemisən turşulu-aş yəni...
Evə sağ-salam dönməyinə sevinirsən. Arada isə əsəblərin məhv olur, tək futbol yox, bütün dünya gözündə bir qəpiklik oyuncağa çevrilir. Belə ovqatla nə "El-Klassiko"?
Bu yazını oxuyanlar yəqin inanmayacaqlar, deyəcəklər ki, İspaniyada da çempionat Azərbaycandakı kimi keçir bəyəm? Adam da bilmir necə cavab versin...

Etibar Cəbrayıloğlu


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK