hacklink Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏBLƏRİN DAY-DAYI

LAWRENCE - 5

61234    |   2013-07-06 00:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Afinalı tanınmış siyasətçi Demosthenes, "ən asan şey insanın özünü aldatmasıdır, çünki bir şəxs ümumiyyətlə istədiyi şeyin həqiqət olduğuna inanır" deyib. Eradan qabaq dördüncü əsrdə söylənən bu söz qarşısında insanı heyrət bürüyür.
İngilis casusu Lawrencenın yarımağıllı dediyi Şərif Hüseynin rəhbərliyində Britaniyanın qızıllarını alıb Osmanlıya qarşı üsyan edən ərəblər də Lawrencenın söylədiklərinə, onun yalanlarına inanmışdı. Onlar üsyan edib Osmanlı hakimiyyəti ərəb yarımadasında axıra çatdıqdan sonra ingilislərin özlərinə müstəqillik və Şərif Hüseynə də krallıq verəcəyini, Şərifin, ərəbistanın kralı olacağını, özlərinin də varlı-karlı insanlar olacaqlarını zənn edirdilər. Lawrence onları öz maraqları üçün aldadırdı, ərəblər isə indiki kimi fil yuxusunda idi. Lawrence, "Alimliyin Yeddi Sütunu" əsərinin birinci cildində, "Mən, bu ərəblərə bir xarici kimi yollanmışdım, onlar kimi fikirləşə bilməz və onların inamlarını qəbul edə bilməzdim, ancaq onları üsyan etdirmək, onların hər bir hərəkətini ingiltərənin mənafeyi üçün ifrat səviyyədə irəliyə aparmaqdan məsul idim.
ərəblər mənə onların yediyindən daha yaxşı xörəyi yemədən, onların libasından daha yaxşısını geyinmədən, onlardan daha yüksək səviyyədə dayanmadan və özlərindən daha üstün görünmədən onlara lider oluna bilinməyəcəyini öyrətdilər" deyir.
Yəni, ərəblərə təpədən baxmayan, onlara ən aşağı insanlarmış kimi rəftar etməyən, onlara üstünlüyünü qəbul etdirməyən bir şəxs, ərəblərə öncüllük edə bilməzdi, sözünü keçirə bilməzdi. Bir sözlə, Lawrence o vaxt, ərəblərin qul-kölə psixolojisinə sahib bir xalq olduğunu vurğulayır. Bəs indi nə kökdədilərə Xarakterləri əvəz olubə...
İngiltərə, Lawrencenı ərəblərin içinə birdən qolundan yapışıb yollamamışdı. Onu say-seçmə kadr kimi yetişdirib o cür təhlükəli və böyük bir işlə vəzifələndirmişdi. Gəlin görək Lawrence ərəbləri nə cür təhlil edib:
"ərəblər, bir ip kimi bir fikirdən də yapışa bilər, çünki zehinlərinin hər hansı şeyi öhdələnməmiş sədaqəti, onları itaətkar bir qul halına gətirmişdi".
O vaxtdan indiyə kimi yüz il ötüb, körpülərin altından o qədər sular axıb gedib, ancaq "ərəblər ağıllanıb" fikrini ucadan deyə, ortaya ata bilərikə O illərdən bəri ərəb torpaqları işğal altındadır, namuslarına toxunulur, şərəfləri tapdalanır, qanları su yerinə axır, dünən qarşısında qul kimi dayandıqları və özlərini onun üçün fəda edəcəklərini söylədikləri liderlərini yadların qışqırtmasıyla ayağından dartıb aşağı salır, dünən "canımız sənə fəda olsun" dedikləri şəxsiyyətlərini öldürənə kimi döyüb qanına qəltan edirlər. Öz ibadətxanalarında, öz tanrılarına olan dini borclarını ödəmək üçün Allahın evinə yığışan qardaşlarını bellərinə bağladıqları bombalarla özləriylə birlikdə partladırlar. Biri ağa ağ deyənd, o biri qara deyir. Biri Fələstin deyəndə o biri ABŞ, İngiltərə deyir. Yəni, həm nala vururlar, həm də mıxa, ona görə də yedikləri zəhər-zəkkum, içdikləri öz qanlarıdır. Misirdə, İraqda, Suriyada, Livyada olduğu kimi. Çağdaş elmdən, Tanrının ədalətindən, Allahın yaradıb insana bəxş etdiyi ədalətdən payına heç nə düşməyən bir millət, təbii olaraq yüz parçaya bölünəcəkdi, öz-özünün qənim kəsiləcəkdi.
Bir an üzümüzü başqa yönə çevirək. Bəlkə günah İslam dinindədirə
Axı İslamın müqəddəs kitabının ilk nazil olan ayəsi "Allahın adıyla oxu" əmriylə bəşəriyyətə yol göstərir. İslam, "düşmənə silahıyla cavab verin", onun Peyğəmbəri, "elm Hində də, Çində də olsa axtarıb tapın" deyə buyurur, xəlifəsi, "mənə bir kəlmə öyrədənin bir dəfə köləsi olaram" deyir. Yəni, oxumağı, elm öyrənməyi, özgələrini əzmək üçün yox, əzilməmək üçün güclü olmağı buyurur. İslamın müqəddəs kitabına və ərəblərə baxdıqda günahın İslam dinində deyil, ərəblərdə olduğu aydın şəkildə görünür.
13-cü əsrdən bəri elmdə və texnolojidə bir marka yarada bilməyən İslam dünyasını, İslam dininin keyitdiyini irəli sürənlər də var, ancaq onlar dəhşətli şəkildə yanılırlar.
Lawrence, 22 avqust 1920-ci il tarixində "The Sunday Times" qəzetində gedən məqaləsində, "Bizim idarəmiz keçmiş Türk sistemindən daha pisdir. Onların orda 14 min hərbi gücü vəzifə yeridib, ildə orta hesabla 200 ərəbi qətlə yetirmişdi, biz isə 90 min nəfərlik ordu, təyyarələr, zirehli vasitələr, qatarlarla ərəbistana hökm edirik. Sadəcə olaraq bu yayda yaranan üsyanda 10 min ərəbi qətlə yetirdik", deyib. Yəni, özlərinin nə boyda vəhşi və qaniçən bir xalq, bizim də nə cür nəcib və adil bir millət olduğumuzu vurğulayır.
Aradan yüz il ötdü, ABŞ ilə birləşib 2003-cü ildə İraqı işğal etdilər. İşğal üçün uydurulan quyruqlu yalanlara dünya şahid oldu və işğaldan bu yana iki milyondan artıq ərəb qətlə yetirilib. Açıq-aşkar görülür ki, 1916-cı ildə Osmanlı dövlətinə qarşı qaldırılan üsyan bayrağı ilə ərəb dünyası əslində öz-özünü dara çəkirmiş və bunun fərqində deyilmiş. Lawrenceın yüz il qabaq dedikləri ilə indiki arasında nə boyda fərq varə Bəs o vaxtkı ərəblərlə indikilərin nə fərqiə
Lawrence o vaxtlar, ətəklərinə qızıl tökərək özlərinin quluna döndərdiyi çöl ərəbləriylə Türk ordusunun logistik dəstək yollarını, qatar və telefon xətlərini, körpüləri təxrib edərək ona zərbə üstünə zərbə endirirdi, ən böyük yardımçıları da onlara lazımi məxfi xəbərləri çatdıran ərəbistan yarımadasında yaşayan yəhudilərdi.
Lawrence bir tərəfdən bunu edərkən, digər tərəfdən də xislətinə uyub ərəblər arasında fitnə toxumu əkirdi. Bu əməlini də, "Avdaya (çöl ərəblərinin liderlərindən biri) gedib yeni gələn pulların və digər şeylərin Nəsib əvəzinə Nuri Şaalana çatdırılmasını tapşırdım. Bir şərif ilə bir Dəməşqli arasında, Hz. əlinin, Hz. Hüseynin nəvəsi ilə, şübhəli də olsa Xəlifə əbubəkrin məşhur nəvəsi arasında asanlıqla alovlandırıla biləcək qısqanclığı ifrata çatdırdım. Mənim qurduğum planı davam etdirməsi üçün Avda ilə bir-birimizə duyduğumuz məhəbbətimizdən və öz nüfuzumdan istifadə etdim" cümlələri ilə dilə gətirir. O bu sözləri ilə, Məhəmməd Peyğəmbərin vəfatından sonra ərəb tayfaları arasında yaranan xilafətlə bağlı ixtilafdan, aradan 1300 il ötəndən sonra nə cür istifadə etdiyini vurğulayır. O bununla, ağıl və biliyin şeytanlıqla əməkdaşlıq etdiyində nələrə qadir ola biləcəyini sübut edir. Həmçinin bir imperiyanın dağıldığını, onun hakimiyyətinin axıra çatdığı yerlərdə yaşayan xalqın isə öz boynuna köləlik noxtasını öz əliylə saldığını dilə gətirir.
Mənim nə ingilislə, nə də digər bir millətlə ədavətim var, yazılarımda sadəcə olaraq həqiqətləri sənədlər əsasında dilə gətirmək, yəni nəsilləri duyuq salmaq istəyirəm. İngilislər o vaxt sadəcə olaraq Osmanlı İmperiyasının ərəbistandakı hakimiyyətini axıra çatdırmaq və bu torpaqları öz caynaqlarına keçirib o coğrafiyanın neftinə və qazına yiyələnmək istəyirdi, vəssalam. Onları ərəblərin hansı rejimlə idarə olunması, kim tərəfindən idarə edilməsi maraqlandırmırdı. Yeganə istəkləri və məqsədləri ərəbistan yarımadasının öz hakimiyyətləri altına keçməsi, Hindistan Ticarət Yolunun təhlükəsizliyinin təmin edilməsi və ərəbistan torpaqlarının yeraltı sərvətlərinin özlərinin nəzarəti altına düşməsi idi.
Lawrence həmin əsərində, ərəb üsyanının hilyə və fitnə ilə başladığını etiraf edir. İngiltərə, Şərif Hüseyndən sui-istifadə etmək məqsədiylə Fransanın da maraqlarını qorumaq şərtilə Suriya və Mesopotamiyada məhəlli hökumətlərin yaradılması barədə ərəblərə vəd vermişdi. əslində o vaxt İngiltərə ilə Fransa arasında Sykəs-Picot sazişi imzalanmışdı. Fransa, İngiltərə və Rusiya müttəfiqdi. Onlar özlərinə vəd edilən torpaqlarda öz hakimiyyətlərini yaradacaqdı. əlbəttə, Fransa və Rusiyanın hansı torpaqları əldə edəcəyini də İngiltərə təyin edəcəkdi.
Lawrence, "əlbəttə biz müttəfiqlərin zəfər çalması üçün döyüşürdük. Madəm ingilislər ən önəmli şərik mövqeyində dayanırdı, eləsə ərəblər əzəl-axır onlar üçün fəda edilməliydi", deyə ərəblərin onlar üçün nə mənəm şey olduğunu aydın şəkildə dilə gətirir.
O, ərəblərə verdiyi dəyər barədə İngiltərə Kraliyyət Hava Qüvvələri Marşalı Sir Hugh Trencharda, Pakistanın paytaxtı Karaçidən 1 may 1928-ci il tarixində yolladığı məktubunda, "Fanatlar tərəfindən səhv yola aparılan cəsur, cahil və heyvan çöl ərəblərinə yazığım gəlir", deyir.
Doğrudan da ingilis xalqının digər xalqlara yazığı gəlirə Mən buna qəti şəkildə inanmaram, çünki dünyada onlardan daha şovinist, eqoist, despot, öz maraqları üçün dünyanı da odlaya biləcək xarakterdə ikinci bir millət yoxdur...

Seyfəddin Altaylı,
Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK