viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ərdoğana istefa Adalet.az | Ərdoğana istefa Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Ərdoğana istefa

21147    |   2013-06-15 01:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropa İttifaqı, deyəsən, ciddiliyini itirməkdədir. Türkiyə ilə bağlı qərar çıxarıb. Qərarın əsaslandırmasına baxın: "Türkiyənin Avropa İttifaqına yaxınlaşması üçün Ərdoğan istefa verməlidir!"
İllərdir Ərdoğan hökuməti bütün gücünü qoymuş ki, Avropa İttifaqı Türkiyəni bu məkana yaxınlaşdırsın, lakin haqsız olaraq uzaqda saxlayırlar, indi isə şərt qoşurlar ki, Ərdoğan istefa versə, bu yaxınlaşma baş tutacaq. Həqiqətən özlərini axmaq yerinə qoymuşlar. Lap Azərbaycanda oturub Türkiyəyə uzaqdan ağıl verənlərə bənzəyirlər. Xalqın 50 faiz səslə üçüncü dəfə təkbaşına iqtidar etdiyi bir qüvvənin bir mitinqin tələbi ilə istefaya gedəcəyinə sevinənlər kimi...
Təbii ki, on illik bir iqtidarın kifayət qədər yanlışlarını tapmaq olar, ancaq iradlar o qədər əsaslandırılmamış ki, inandırıcılığı qaneedici sayıla bilməz. İndiyə qədər islamçı və ya "Yeni Osmanlıçı" olaraq tanınan qüvvələrin hakimiyyətində əslində iqtisadiyyatda ən liberal siyasətin izləndiyini görürük. Xarici siyasətdə sərt milliyyətçi tutumu hətta bizlərdə daha çox narahatlıq yaradır. Mühafizəkarlıq daxili siyasətdə əsas prioritet kimi görünməməkdə. PKK məsələsinin silahsız yolla çözümü üçün risk almaq kifayət qədər cəsarət tələb edir. Kimisə zorla camiyə soxub namaz qıldırmırlar, kiminsə mini yubkasını hicabla əvəz etmirlər, kiminsə restoranda, hoteldə yeyib-içməyinə qarışmırlar, içki yasağı isə eynilə Avropada olduğu kimi, hətta oradan da yumşaqdır. İndi nə desinlər, güzəştə gedib desinlər ki, spirtli içki içmək, siqaret çəkmək, narkotik istifadə etmək fəzilətli işdir?
Adamlar Taksim meydanını restavrasiya etmək istəyirlər, biriləri seçimlə bacara bilmədiklərini siyasi öfkə ilə bəhanə edib normal bir layihəni əngəlləməyə çalışır, sonda isə məramlarının nə qədər gerilikçi olduğu ortaya çıxır. Necə yəni Sultan Səlimin adını körpüyə verməyin? Yavuz Sultan Səlimin Osmanlı imperatorluğunun güclənməsində, Məkkə və Mədinənin öz dövlətinin nəzarəti altına keçməsində müstəsna rolu var. Öz ölkəsində üsyan qaldırmış insanların başını tumarlamalıydı? Səfəvilərlə savaşmamalıydı ki, buyurun, gəlin bizim torpaqları işğal edin? O, öz dövləti qarşısında borcunu yerinə yetirib, ərazilərini qoruyub, o zaman dövlətə tabe olmayanları sərt şəkildə sıradan çıxarıb, indiki ələvilərə bunun nə aidiyyəti? Bu, lap bizim Əlincə qalasına hücum etdiyinə görə bir qisim azərbaycanlının Teymura olan nifrətinə bənzəyir. Sanki İslam aləmini birləşdirmək istəyən Teymur Allaha şərik qoşan hürufiləri buraxmalıydı başlı-başına ki, bildiyinizi edin.
Tarixi dövrdə baş verənlərin siyasət predmetinə çevrilməsinə başlanılsa, o zaman salamat xaraterizə olunan nə bir adam, nə bir millət tapa bilərsiniz. Qısacası, Ərdoğanın yerinə olsam, bu qərara qətiyyən sərt etiraz bildirmərəm. Deyərəm ki, buyurun, dərhal Türkiyəni Avropa İttifaqına qəbul edin, mən istefaya gedirəm. Yaxşı ki, üzvlüklə bağlı Kopenhagen meyarlarına Türkiyənin Avropa İttifaqına yaxınlaşması üçün baş nazirin istefa verməsi şərti salınmayıb.
Bu gün Azərbaycanda oturub demokratiyadan danışanların çoxunda Türkiyədəki iqtidar məsələsinə antidemokratik yanaşma adamı təəccübləndirməyə bilmir. Türkiyə vətəndaşlarından axırda, deyəsən, tələb edəcəyik ki, gələn dəfə seçkiyə gedəndə bizim ağlımızla hərəkət edin və bizim istədiklərimizi seçin.
Mən xüsusi olaraq nə AKP iqtidarını, nə də Ərdoğanı dəstəkləmirəm. Çünki Azərbaycan vətəndaşıyam, öz ölkəmdə arzuladığım demokratiyanı yarada bilmədiyim halda, qardaş belə olsa, başqa ölkəyə ağıl verməyi ağılsızlıq hesab edirəm. Bununla belə, bizim taleyimiz üçün Türkiyədəki təkpartiyalı hökumət sürəcini həm bizim üçün, həm də Türkiyənin güclənməsi üçün faydalı hesab edirəm. Bu təkpartiyalı hökumət MHP də, CHP də ola bilər. Türkiyə bölgəsəl bir gücə çevrilmək yolunda. Mahiyyətini bəlkə də dərindən bilmədən iqtidarın səhv hesab etdiyim addımlarını mən də tənqid edirəm. Necə ki, on gün öncə Strateji Araşdırmalar Mərkəzində mənim bu barədə sərt tənqidi çıxışım da türkiyəli ekspertlər tərəfindən təəccüblə qarşılanmışdı. Bununla belə, qəbul etməliyik ki, hərəkət edən ayaqların irəliləyişində heç də hər zaman monoton ritm olmur. Türkiyə sürətlə hərəkət edir. Bəlkə də biz həddindən artıq çox durduğumuza görə bu hərəkətin yönünü doğru təyin edə bilmirik...
Enində, sonunda bir çağdaş millət, iki demokratik dövlət olmalıyıq. O zaman mühakimə tərzimiz bir-birinə çox-çox yaxın olacaq.

Fazil Mustafa


İmza:
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK