ANA SƏHİFƏ / SİYASƏT

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib

14839    |   2020-07-31 20:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarbayev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin fəxri sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.




İmza:

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir

Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb

24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib

Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb

Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyənləşib

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK