ANA SƏHİFƏ / SİYASƏT

Fuad Muradov: “Tovuzda baş verənlər Türkiyədə yaşayan azərbaycanlıları ayağa qaldırıb”

6152    |   2020-07-16 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının onlarla nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə videokonfransa qatılıb və ölkəmizin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından sonra vahid platforma üzərindən hərəkət etməyə qərar verdiklərini bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindənbildirilib ki, qurumun sədri Fuad Muradov Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı barədə danışıb, düşmənin qəfil və xain hücumu nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olduğu və yaralandığı, Azərbaycan Ordusunun bu təxribata layiqli cavab verdiyi barədə ətraflı məlumat verib.

Döyüşlərdə şəhid olan hərbçilərimizin qəhrəmanlıqları dilə gətirilib və onların xatirəsi yad edilib.

Bu ağır günlərdə, hər zaman olduğu kimi, TürkiyəPrezidenti Rəcəb TayyibƏrdoğan başda olmaqla, bütün dövlət rəsmilərinin və Türkiyə xalqının Azərbaycanın yanında olduğunu, qəti mövqe sərgilədiyini vurğulayan komitə sədri bildirib ki, 15 iyul həm də qardaş ölkədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının növbəti ildönümüdür və bu yolda canlarını verən qəhrəman Türkiyə övladlarının əziz xatirəsini dərin hörmətlə anırıq.

Müzakirələr zamanı Türkiyədə yaşayan soydaşlarımız diaspor təşkilatlarının bir araya gəlməsinə, Koordinasiya Şurasının yaradılmasına, vahid platforma üzərindən hərəkət etməyə böyük ehtiyac olduğu bildirilib.

Azərbaycan diasporunun həyata keçirdiyi tədbirlərin koordinasiyalı şəkildə dünyada işıqlandıracaq media orqanının (qəzet, internet saytı və onlayn media qrupu) yaradılması ilə bağlı ortaq qərara gəliblər.

Tədbir iştirakçıları bildiriblər ki, Qərbə və türk icmalarına dəqiq və səhih məlumatların çatdırılması üçün Dövlət Komitəsinin informasiya dəstəyi göstərməsi olduqca vacibdir.

Qardaş ölkədəki diaspor təşkilatlarının fəaliyyətini qiymətləndirərkən komitə sədri soydaşlarımızın yeni dövrün çağırışlarına hazır olmağın vacibliyindən danışıb. Ermənistanın ölkəmizə qarşı törətdiyi və planlaşdırdığı təxribatlar, Azərbaycan həqiqətləri ilə bağlı dürüst informasiyaların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması kimi məsələlərdə dünyadakı türk icması ilə birgə fəaliyyət göstərməyin əhəmiyyəti vurğulanıb.




İmza:

XARİCİ İŞLƏR NAZİRLƏRİ NƏ DANIŞACAQLAR VƏ NƏYİ DANIŞACAQLAR?!

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb - RƏSMİ

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana dəstək aksiyası keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib

XİN Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb

Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə ilə ittifaq arasındakı münasibətləri müzakirə edəcəklər

Qənirə Paşayeva: Aliment ödəyə bilməyənlər üçün...

Sabah Milli Məclisdə 6 məsələ müzakirə ediləcək

“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil

Prezident İlham Əliyev: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK