ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ERMƏNİSTAN BU TƏXRİBATLA DAYILARINI MÜHARİBƏYƏ CƏLB ETMƏK İSTƏYİR

25741    |   2020-07-14 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Guya Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsi həll olunana qədər müvəqqəti bir atəşkəs bağlanıb. «Guya» ona görə yazıram ki, atəşkəs bağlandığı gündən 24 ildən artıq keçən müddət ərzində Ermənistan silahlı qüvvələri hər gün atəşkəsi pozur. Əvvəllər gündə 120-150 arası atəşkəsi pozardı, son zamanlar bu, 30-50 arası dəyişib, tez-tez də snayperləri işləyirdi. Özü də təkcə əsgərlərimizi deyil, həm də dinc əhalini nişan götürürdülər. Hətta Ağdamda 9 yaşlı uşağı da vurmuşdular.

Atəşkəs əsasən cəbə xəttində pozulur, hərdən də Tovuzun və Qazağın sərhəd bölgəsindəki kəndlərin dinc əhalisini avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tuturdular və təbii ki, ölən və yaralananlar olurdu.

2016-cı ildə Qarabağda genişmiqyaslı ağır artilleriyadan, «Qrad» qurğularından, minamyotlardan, raketlərdən istifadə etməklə əməliyyata başladılar, əslində məqsədləri də Horadizi götürmək idi.

Amma əksinə oldu, Azərbaycan Ordusu nəinki Ermənistan silahlı qüvvələrinə layiqli cavab verdi, həm də Lələtəpəni və Tərtərdəki yüksəklikləri düşmən işğalından azad etməklə təxminən 11 min hektar torpağı işğaldan azad etdi ki, bu da kiçik ərazi deyil. Və bu döyüşlərdə ermənilər 300-dən artıq, qeyri-rəsmi məlumata görə 500-ə yaxın zabit və əsgərini itirdi.

İndi gələk ermənilərin Tovuzdakı təxribatına.

Niyə Qarabağda, cəbhə xəttində deyil, genişmiqyaslı əməliyyatlarını Tovuzda başladılar?

Çünki Qarabağda başlasalar yenə Azərbaycan Ordusu onları çıxdıqları deşiyə qədər qova bilərdi və buna görə də dünya heç bir söz deyə bilməzdi. Çünki Azərbaycan öz torpaqlarında, yəni dünyanın qəbul elədiyi sərhədləri daxilində döyüş əməliyyatı keçirir. Və özü də bu müharibə deyil, öz torpaqlarını terrorçulardan azad etmək üçün keçirdiyi əməliyyatdır.

Burda müdafiə nazirimiz hörmətli Zakir Həsənovun da müsahibə verərkən kobud bir səhvə yol verdiyini qeyd etməmək mümkün deyil.

Hörmətli nazir müsahibəsində söylədi ki, biz düşməni əzib keçirdik, Rusiyanın müdafiə naziri Şoyqu zəng edib xahiş elədi, ona görə əməliyyatı dayandırdıq.

Burdan belə bir məntiq çıxarmaq olar ki, sabah Şoyqu zəng edib desə ki, ermənilər nə qədər atəş açsa çıxıb cavab verməyin və ya apreldə qazandığınız yüksəklikləri qaytarıb verin. Qaytarıb verəcəyik?! Nə isə…

Ermənilər genişmiqyaslı əməliyyatı məhz Tovuzda ona görə başladılar ki, Azərbaycan Ordusunun əsəbləri dözməsin və Azərbaycan-Ermənistan sərhədini aşaraq düşmənin kəndlərini və ya düşmən ərazilərini zəbt etsin. Bu, ermənilərin çox bic və eləcə də ağıllı düşünülmüş bir planıdı. Bu müharibə deməkdir. Azərbaycan Ordusu dünyanın qanunlarını pozaraq Ermənistanın ərazisinə girir.

Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni Ermənistan hər hansı bir dövlətlə müharibəyə başlarsa, həmin Təşkilatın üzvləri Ermənistana həm hərbi sursat baxımından, həm də əsgər baxımdan yardım etməlidir və buna borcludur. Təbii ki, həmin Təşkilatın başında da Rusiya gəlir.

Və Ermənistan həm də bu hərəkəti ilə təkcə bizi təxribata çəkmir, eləcə də Rusiya başda olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərini də təxribata çəkir.

İndi görək başda Rusiya olmaqla Ermənistanın bu hərəkətinə Təşkilatın üzvlərinin cavabı və reaksiyası nə olacaq?

Və olacaqmı?!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK