ANA SƏHİFƏ / YAZARLAR

BÜTÜN YANLIŞLAR MƏNDƏ - Şahnaz Şahin yazır

Esse

31675    |   2020-07-13 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim başım çox qarışıq olur, vaxtımı da ən çox bitib tükənməyən ev işləri alır. Evdə səliqə-səhmanı, təmizliyi sevən biriyəm, hətta alt şüurumdakı "gizli gözlər” sayəsində ən qaranlıq və dalda yerlərə də nüfuz edərək narahat oluram. Çox ağrılıdır, çoox! Axı mənim evim deyirik, əziz tuturuq, qayğısına qalırıq, çünki o, təkcə yatmaq üçün məkan deyil, həm də daimi yaşayış yerimiz, xatirələrimizin ocağıdır, ona görə də elə vətəndir! Nahaq deyilmir ki, vətən beşikdən başlanır... Evimdə hər tin-bucaq, hər əşya əzizdir mənə, istər bahalı, istər ucuz olsun. Mən, onu illərin zəhməti bahasına qurmuşuam, həyat yoldaşımla əl-ələ verib ağır-yüngül demədən, gecə-gündüz bilmədən çalışmışıq, el arasında deyilən kimi : " Gündüz Günlə, gecə Ayla əlləşmişik”. Ona görə kimsə ona özüm kimi baxmayanda, qorumayanda inciyirəm, elə bilirəm evim də inciyir...

Mən yazıçıyam, mütaliyəyə, sakitliyə, düşüncələrimlə baş-başa qalmağa, bəzən təkliyə, özümlə, Tanrımla həmsöhbət olmağa ciddi ehtiyacım var. Amma mən hazırda böyük ailəmlə birgə yaşayıram və üstəlik bunların bir neçə nəfəri də uşaqdır... Və mən hər dəqiqə həm də onları düşünürəm, onların təhsili, sağlamlığı daim məni narahat saxlayır! Hərdən özümü danlayıram, söz verirəm.., olmur, vallah,olmur, özüm də öz andımı pozuram...

Uşaqlar tez qəzəblənir və bunu gizlətmir. Heç qəzəblənən uşaq gördünüzmü, İlahi, üzü bircə anda "dönür”, inciyir, küsür, bu zaman sifəti qızarır, gözləri hirsindən alışıb yanır.. Sən gözlə,bir az keçsin, hər şeyi unudub dönəcək, kini yox, küdurəti yox, saf, pak qəlb sahibidilər, sanki yaz yağışıydı, yağdı.. kəsdi!

...Sovet dönəmində müqayisə deyilən bir söz vardı, yaxşı mənada bəhs etmək. Məktəbdə, evdə əsasən yaxşı oxuyan uşağı başqasına nümunə çəkərdilər və əsasən müsbət nəticə verərdi. İndi buna psixoloqlar başqa çür yanaşır, müqayisə etməyi məqbul saymır, bunun uşaq psixologiyasına mənfi təsir edə biləcəyini söyləyirlər... On bir yaşlı yeniyetmə oğlumla birgə uşaqlara aid veriliş izləyirik, istedadlı uşaqlar efir səhnəsində müsiqi, səs imkanlarını, ifa bacarıqlarını nümayiş etdirir.

-Bax, bu oğlan da sənin yaşıdındır..- elə dediyimi görürəm, üz-gözünü elə turşudur ki.., artıq qəzəblənib, sözüm xoşuna gəlməyib, incik baxışlarla məni süzüb gedir...

Oturub səbr etməksə mənim payıma düşür... Səbr zülmə, əzab-əziyyətə qarşı canını dişinə tutub dözmək deyil, bir şeydən qurtulmaq üçün yox, bir yerlərə yetişmək, bir çox şeyləri əldə etmək üçün vacib mənəvi kateqoriyadır axı..

Onları ruhən azad və sərbəst böyütməyə çalışıram. Azad düşüncəsi, aydın fikri və doğru məntiqi olsun deyə. Ümumiyyətlə insan təbiət etibarı ilə zorla heç nəyi etməyə məcbur deyil, və əgər edərsə nəticəsi xoşagəlməz bir şey olacaq... Aradan ikimiz üçün də əzablı 20 dəqiqəyə yaxın bir vaxt keçir, (fikrimi düzgün anlamadı, anlamaq üçün izahat da istəmədi) indi peşmanlığı aydın hiss edilir, yaxınlaşıb: " gecən xeyrə qalsın”- söyləməklə yatmağa getdiyini bildirir, amma əslində barışdığına, bağışladığına işarə verir... Belə bir məşhur deyim var ki, deyir; səbr etmək boyun əymək deyil, mücadilə etməkdir. Səbr Allaha gedən yoldur, səbrin açdığı yolla gedərsənsə Fəxrəddin Salimin sözləırilə desəm, görəcəksən ki, "ətrafında nöqsanlı, qüsurlu, pis heç nə yoxdur. Qüsurlu olan sənsən, sənin gözlərindir.” Çünki səbr adi, sıradan bir dözüm deyil, müqəddəs Quranda buyrulduğu kimi : " Əs-səbrü miftəhül fərac”, yəni, "Səbr müvəffəqiyyətin açarıdır...”

Səni yenmədən qürurun,

Bir bəhanə tap qayıt.

Səbrin də sahili var,

Qalmadı ki, tab, qayıt.

s

Arada çox söz olar,

Adamlar üz-göz olar.

Haqqın yolu düz olar,

Sən düz yolu tut, qayıt.

Yerə ah kimi endi,

Yağış olub yağdı Eşq.

Iki dünya arası

Sultandı Eşq, şahdı Eşq.

Sən də ki, bir şahzadə...

Var könlümdə taxt, qayıt...





İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK