ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜNYANI NƏ XİLAS EDƏCƏK?

40548    |   2020-07-04 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünya heç əvvəllər belə deyildi. Və əvvəllər belə olmayan dünya elə günə düşüb ki, qarabağlıların sözüylə demiş olsaq, "bir qoca arvad lazımdır ki, dəsmal götürüb ağı deyib onu ağlasın”. Çünki dünyamız hələ indiki kimi qaranlıq, zülmət içində olmayıb. Və dünyamızda iyənin ucu boyda bir işıq qalıb və milyardlarla insan yığışıb bu işığın qarşısında qaranlıqdan çıxmaq istəyir...

Zülmətdən çıxmaq isə elə də asan deyil. Ən azından ona görə ki, bu gözəl dünyanın, bu gözəl Yer üzünün, bu gözəl cahanın başına biz insanlar o qədər oyun açdıq ki, axırda da dünya dözmədi, o açdığımız oyunları bir-bir bumeranq kimi özümüzə qaytardı...

... İndi başlamışıq göydə Allaha, yerdə də yaxşı insanlara yalvarmağa. Nə göydəki Allah səsimizi eşidir, nə də yerdəki yaxşı insanların gücü çatır ki, bizi bu qaranlıqdan, bu zülmətdən, bu müsibətdən qurtarıb işığa çıxarsın. Nura çıxmaq isə elə də asan deyil. Böyük Dostoyevski yazırdı ki, "dünyanı gözəllik xilas edəcək”. Amma uzun illər keçib, dünyamızı heç bir gözəllik müharibələrdən, xəstəliklərdən və digər fəlakətlərdən qurtara bilməyib. Biri deyir ki, dünyanı elm xilas edəcək, biri səsləndirir ki, dünyanı Allaha yaxın olan adamlar bəladan qurtaracaq, biri də bildirir ki, dünyanı yalnız və yalnız yaxşılıqlar xilas eləyə bilər. O yaxşılıq ki, bu da insanın özündən və əməlindən asılıdır. Bilirsiniz, dünyamız niyə hələ dağılmayıb? Şeytan xislətli və fitnə-fəsad yaradan, söz aparıb, söz gətirən, ev yıxan insanlara qalsaydı, Yer üzü çoxdan darmadağın olmuşdu. Özü də dünyamızda şeytana xidmət eləyənlər Allaha ibadət eləyənlərdən daha çoxdur. Hətta üzdə Allaha ibadət eləyib qəlbində və ürəyində şeytanla oynayan, oruc tutub, namaz qılan adamlar da var. Onlar o qədər çoxdur ki, elə hara baxırsan gözün belələrinə sataşır.

... Və nə yaxşı ki, insanların arasında yaxşılar da az deyil. O yaxşı insanları qaranlıq, cahil adamların arasından tapıb üzə çıxarmaq gün işığı kimi bir şeydi. Çünki onlar harda olurlar olsunlar öz əməlləri, insanlara və dünyaya sevgiləriylə tamamilə fərqlənirlər. O insanlar zamanından və məkanından asılı olmayaraq, həmişə Allaha sığınır, haqqa-ədalətə pənah aparırlar...

... Onların ürəyində heç vaxt kin, küdurət, paxıllıq, fitnə-fəsad olmayıb. Belələrinin qəlbində və içində sevgi olub, məhəbbət olub, yıxılana, büdrəyənə arxa durmaq, söykək olmaq durub... Və belələri hər zaman, hər an öz yaxşılıqlarıyla, əl tutmaqlarıyla yetimə-yesirə, kimsəsizə yiyə durmaq amallarıyla fərqləniblər... Bu insanların yarandığı gündən Allahın dərgahına qovuşduqları ana qədər əllərindən yaxşılıq gəlib. Onlar ev yıxmayıblar... onlar ev tikiblər... onlar kimisə gözü yaşlı qoymayıblar... onlar gözü yaşlı olanların yaşını siliblər və gözü yaşlı insanları sevindiriblər... Onlar yetim uşaq görəndə ürəklərinin başı od tutub yanıb, dodaqları səyriyib, gözləri dolub. Və o yetim uşağın saçına sığal çəkiblər, arxa durublar...

İmam Əli deyib ki, "bir yetimin qəlbini qırmaq Allahın qəlbini qırmaqdı, bir yetimi sevindirmək Allahı sevindirməkdi”. Nə qədər gözəl və nə qədər yaddaqalan, tarixə çevrilən, müdrik kəlama dönən bir deyim. Görəsən, bu deyimi daş qəlbli insanlar heç eşidiblərmi? Eşitməyiblərsə, biz dedik, qoy eşitsinlər! Bəlkə bundan sonra bu kəlamı yada salıb onların daş qəlbləri yumuşala.

Dünyamızın bu günə düşməyində Yer üzündə nə qədər insan varsa, hamısının bu və ya digər dərəcədə günahları olub. Ola bilər bu günah bəzilərində çox balacadır. Və bu balaca günahlar da yaxşı əməllərə görə nə vaxtsa Ulu Yaradan onları bağışlayır. Amma bu gün dünyamız elə gündədir ki, hər bir insan bu yükün altına çiyin verib dünyamızı xilas etməlidir. Dünyamızı xilas etmək həm də özümüzü xilas etmək deməkdir. İndi gəlin görək dünyamızın ağır günündə bu yükün altına çiyin verənlər çoxdurmu? Bunu siz də görürsünüz. Sağınıza, solunuza bir baxln görün kimlər millətin ağır və çətin günündə ona arxa durur. Görürsünüzmü? Elə mən də görürəm. Amma gördüyüm odur ki, bu ağır, bu çətin gündə dağ boyda yükün altına çiyin verənlər yenə yaxşı insanlardı. Və yaxşı insanlar heç vaxt, heç zaman özləri haqqında bir dəfə də, bir kəlmə də danışmazlar. Yaxşılıqlarını eləyib çıxıb gedərlər və elədikləri yaxşılıqlar barədə bir kəlmə də danışmazlar.

Boşboğazlar, onun-bunun söz-söhbətini danışanlar, qeybət eləyənlər və yeddibaşlı əjdahadan da təhlükəli olan, fitnə-fəsad yaradan, şeytan xislətli adamlar yaxşı olmaları barəsində danışmaqdan doymazlar. Utanmadan, qızarmadan arsız-arsız özlərindən söhbət açarlar və yekə-yekə danışarlar. Onları da yaxşı adamlar çox yaxşı tanıyırlar. Bir adam susundan yanan, bir qurtum su verməzlər, bir adam acından ölə, bir tikə çörəyə qıymazlar! Amma danışanda ağızlarına çullu dovşan sığışmaz...

... Qayıdaq yaxşı insanların yanına. O yaxşı insanlar ki, onların iç dünyası həmişə rahat olur, qəlbləri də ürəkləri kimi tərtəmizdi. Yaxşı insanlar bu dünyanın ağır yükünü dünya yarandığı gündən bu günə qədər çiyinlərində daşıyıblar. Və o yaxşı insanlar ölməkdə, günəşi batmaqda, işığı sönməkdə olan dünyamızı bu gün də məhv olmaqdan xilas edəcək. Çünki dünyamızı nə elm, nə gözəllik, nə var-dövlət, nə hansısa padşah xilas edə bilməyəcək. Dünyamızı xilas etsə, bu bəlalardan qurtarsa, yenə yaxşı insanlar çıxış yolu tapacaq. Allah çiyinlərində ağır yük daşıyan yaxşı insanları qorusun! O yaxşı insanlar ki, sən də, mən də, biz də onları görürük və qoruyuruq!!!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK