ANA SƏHİFƏ / GÜNDƏM

Xalqını sevən, canını vətənə qurban verən polislərin günü: Gününüz mübarək!

10333    |   2020-07-02 14:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məhəmməd peyğəmbərin (s.ə.s.) belə bir kəlamı var: "Allaha imandan sonra ən fəzilətli ibadət vətəni qorumaqdır". Bu kəlamda "Vətən" anlayışının böyüklüyü, müqəddəsliyi və heç bir şeylə müqayisə edilmədiyi necə də gözəl və səlis şəkildə ifadə olunub...Vətən sevgisi elə şeydir ki, əsl vətənsevər heç vaxt qarşılıq gözləmir. Onları döyüşə, darda olan Vətənini qorumağa məcbur edən də yoxdu. Amma içlərindəki torpaq, yurd sevgisi onları rahat buraxmır.


 İki il əvvəl şərəfli bir yol keçmiş Azərbaycan polisinin yaradıldığının yüzillik yubileyi idi.  Bu gün Azərbaycan polisi isə 102 yaşını qeyd edir. Xatırladaq ki, polis dövlət idarəçiliyi sisteminin ana xətti deməkdir. Çünki qanunun aliliyi təmin edilmədən ictimai asayişi, təhlükəsizliyi qorumaq, sabitliyə, inkişafa nail olmaq mümkün deyil. Təsadüfi deyil ki, "polis” sözü qədim yunan dilindən tərcümədə məhz "dövlət”, "şəhər” mənasını verir.


Qeyd edək ki, ölkəmizdə Daxili İşlər Nazirliyinin yaranma tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda milli hökumətinin tərkibində DİN -də yaradılıb. İlk daxili işlər naziri Fətəli Xan Xoyski olub. 1918-ci il iyulun 2-də isə milli hökumətin qərarı ilə Gəncə şəhərində ilk polis orqanları yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirləri:

1. Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28 may 1918 - 17 iyun 1918)
2.Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918- 26 dekabr 1918)
3.Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)
4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)
5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)
6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)

Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyinə olub.

Azərbaycan SSRİ-nin daxili işlər nazirləri:

1.Sultanov Həmid Həsən oğlu (28 aprel 1920 - 1 iyun 1921)
2.Bağırov Mircəfər Abbas oğlu (5 oktyabr 1921 - 22 may 1927)
3.Rizayev Novruz Kərim oğlu (22 may 1927 - 10 iyul 1929)
4.Yemelyanov Stepan Fyodoroviç (1 avqust 1929 - 5 fevral 1941)
5.Yaqubov Mirteymur Ələkbər oğlu (6 mart 1941 - 1 iyun 1943)
6.Atakişiyev Ağasəlim İbrahim oğlu (10 iyun 1943 - 6 iyun 1953)
7.Quskov Anatoli Mixayloviç (8 avqust 1953 - 25 mart 1954)
8.Buliqa İvan Yefistovyeviç (30 aprel 1954 - 10 iyul 1956)
9.Əli Kərimov (siyasətçi) (11 avqust 1956 - 5 fevral 1960)
10.Məmmədov Xəlil Məmməd oğlu (3 noyabr 1960 - 5 yanvar 1965)
11.Əlizadə Məmməd Əli oğlu (5 yanvar 1965 - 19 mart 1970)
12.Heydərov Arif Nəzər oğlu (19 mart 1970 - 20 iyul 1978)
13.Vəliyev Cəfər Cəbrayıl oğlu (4 noyabr 1978 - 6 aprel 1987)
14.Məmmədov Aydın İsrafil oğlu (7 aprel 1987 - 9 may 1990)

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi də keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil dövlətin tərkibində fəaliyyət göstərməyə başlayıb. Hazırda ölkədə təhlükəsizlik, asayişin qorunması naminə fəaliyyət göstərməkdədir.

Müstəqil Azərbaycanın daxili işlər nazirləri:

15.Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 20.11.1991)
16.Kərimov Tofiq Mirzə oğlu (21.11.1991 – 20.02.1992)
17.Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
18.Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
19.Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
20.Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
21.Usubov Ramil İdris oğlu (29.04.1994- 06.20. 2019)
22. Vilayət Süleyman oğlu Eyvazov-(06.20. 2019)

Məlumdur ki, müstəqilliyimizi həzm edə bilməyən imperialist qüvvələrin, təcavüzkar, qaniçən qonşuların sayəsində Azərbaycan xalqı istəmədiyi- Qarabağda başladılan böyük bir haqsızlığa, milli zəmində törədilmiş dəhşətli bir münaqişəyə cəlb olundu.
Həmin münaqişə başlanyandan sonra Azərbaycan oğulları kişilik məktəbindən imtahan verdi. Əlinə silah aldı, döyüşlərə atıldı, düşmənə qan uddurdu. Yəqin ki, belə olmasaydı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə təkcə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti- 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmazdı, 1710 nəfər isə yaralanmazdı. Qeyd edək ki, göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər "Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb. Bu rəqəmlər Azərbaycan polisinin ölkəmiz ücün ən təhlükəli anda vətən qarşısında verdiyi imtahanın şərəfli nəticəsidir. Hər bir Azərbaycan kişisi son ana qədər ləyaqətlə, igidliklə döyüşdü. Hamımızın bildiyi bir həqiqət də var ki, bu döyüşlərdə döyüşçülər deyil, siyasətçilər məğlub oldu. Amma Azərbaycan oğulları sözün həqiqi mənasında müharibə dövründə özlərindən qat-qat güclü ordularla çarpışdı.

Məhəmməd Əsədov, Əlif Hacıyev, İlham Əliyev, Mehdi Abbasov, Şahlar Şükürov, Mikayıl Cəbrayılov, Məhərrəm Seyidov, Yusif Əliyev, Valeh Müslümov, Nofəl Quliyev, Hikmət Nəzərli, Əli Məmmədov, Mətləb Quliyev və digər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş igid polislərimiz gənc kadrlara bir nümunədir.

Polis adını uca tutan, Qarabağ müharibəsində I qrup əlil olmuş, "Vətən Uğrunda” medalına layiq görülmüş Arif Əliyev də polis serjantıdı. Onunla söhbətimizdə bildirdi ki, 1988-ci ildə -sovet dönəmində əsgərlikdən gəlib və elə o vaxt könüllü yaranan qoruyucu dəstələrin tərkibinə qatılıb: ” 1990-cı ilin avqust ayında Xüsusi Təyinatlı Polis Dəstəsi yarandı və mən də onlara qoşuldum. Sevan gölünə qədər gedib çıxmışam. Laçın, Kəlbəcər, Şuşa, Ağdarə, Füzuli, Cəbrayıl uğrunda döyüşlərin demək olar ki , hamısında olmuşam. Sonuncu döyüşüm Ağdam uğrunda olub. 1993-cü il iyul ayında-Ağdamın işğalı günü ayaqlarımı minamyot apardı. Məni ölümcül vəziyyətdə hospitala , oradan da Bakıya götürdülər. Hazırda hər iki ayağımın biri dizdən biri isə dibdən yoxdu. Bütün bədənim qəlpə ilə doludur. Buna baxmayaraq , Ali Baş Komandanın əmrini gözləyirəm, döyüşə yararlı olmasamda ən azından ordudakı gənclərimizə mənəvi dəstək olmağa hazıram.

Qəhrəman polis, şəhidliyindən sonra "İgidliyə görə” medalı ilə təltif olunmuş Əli Vəliyevin yeganə oğul övladı da polisdir. Və atasının şərəfli yolunu davam etdirir. İlkin Vəliyevin ən böyük arzusu atasının, eləcədə, qanı o torpaqlara tökülmüş minlərlə şəhidimizin qisasını almaq, işğalcıları mehv etmək,yurd-yuvamıza döndükdən sonra oranın hər qarışını cənnətə cevirməkdi:” Cənab prezident həmişə öz çıxışlarında Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyimizi dönə-dönə vurğulayır. Biz polislərdə hər zaman Ali Baş Komandana bu yolda yaxın dəstəkçi, eyni zamanda lazım gələrsə, ata-babalarımız kimi Vətənin hazır əsgərləriyik və döyüşə hazırıq!

Fürsətdən istifadə edərək onu da bildirim ki, kəndimiz -Ağdam rayonu Baş Qərvənd kəndinin ərazisi də, əhalisi də çox böyük idi və ermənilərə qarşı vuruşmaq üçün yüzlərlə igidimiz döyuşlərə atılıb. Şəhidimiz də, əlilimiz də , veteranımız da çoxdu. Həmişə onların döyuş yolu-həyatı haqqında qısa da olsa məqalələr yazmış, onları ictimayyətə tanıtdırmağa calışmışam. Amma indiyə qədər erməni ilə üz-üzə duran polislərimiz haqqında heç nə yazmamışam. Yeri gəlmişkən, Şahin, Tapdıq, Zakir, Məhəmməd, Şakir, Qənbər, Cahid, Maarif, Musa, Çingiz, Elçin və hazırda adları yadıma düşməyən digər eloğullarımı polis günü münasibətilə ürəkdən təbrik edirəm!Sizin polis gününüz mübarək olsun! Allah sizləri qorusun!

Əntiqə Rəşid




İmza:

Prokurorluğun və ya DTX-nin əlində bir içim su

Kanadada yaşayan azərbaycanlı şagird növbəti uğura imza atıb

Bu il 53 min vətəndaşa pensiya təyin olunub

Sahil Babayev: Pandemiya dövründə birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin həcmi 333 milyon manata çatacaq

Ehsan Zahidov: Qaydalara riyayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır

“Livanda “Palmali”nin borcuna görə girov qalmışıq, sənədlərimiz də əlimizdən alınıb” –VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir

13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmə bu ay da veriləcək

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib

SON XƏBƏRLƏR
2020-08-07
2020-08-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK