ANA SƏHİFƏ / MARAQLI

Adnan Menderesin eşq macəraları

39028    |   2020-06-06 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1929-cu ildə 30 yaşlı yaraşıqlı Menderes 24 yaşlı gözəl və zərif qadın olan Berin xanımla evlənir. Bu evlilikdən 3 uşaqları olur.

Menderes 1956-ci ilin payızında opera sənətçisi Ayxan Aydan xanıma dəlicəsinə aşiq olur. Tanışlıqlarının ertəsi günü Ayxan Aydan qapısında son model bir amerikan avtomobilini görüb təəccüblənir. Bu, baş nazir Menderesin hədiyyəsi idi.

Həmin dövrdə Ankarada barmaqla sayılacaq qədər avtomobili olan adam var.

Ayxan Aydan da Menderesə aşiq olur. Amma o, evli idi. Əri musiqiçi Hasan Ferit bəy evdən uzaqlaşdırılır, 14 yaşlı oğlu İngiltərəyə göndərilir. Talehsiz uşaq Londonda avtomobil qəzasında dünyasını dəyişir.

Böyük eşq yaşayan Ayxan Aydan xanımın Menderesdən bir övladı dünyaya gəlsə də, 7-8 saat yaşadıqdan sonra tələf olur.

UŞAQ DAVASI

Ölən uşaq hadisəsi Yassıada məhkəmələrinə qədər gedib çıxır və "uşaq davası” adını qazanır.

Ayxan Aydan xanım məhkəmədə məhkəmə heyətinin qarşısında dimdik duraraq Menderesi çox sevdiyini, onun uşağının anası olmaq istədiyini yaralı, amma qürurlu bir qadın kimi mərdi-mərdanə dilə gətirir.

Menderes bəraət alır, amma daha sonrakı məhkəmələrdə Konstitusiyanı pozmaq və Vətənə xəyanət etmək maddələrilə edama məhkum edilir.

Ayxan Aydan, Menderesin birinci və sonuncu yasaq olunmuş eşqi deyildi. O, hər çiçəkdən bal almağı sevirdi. Bundan qabaq 1946-cı ildə Müqəddəs adlı gözəl bir gənc xanımla da eşq yaşamışdı.

Menderesin ən maraqlı eşq macərası isə 1953-cü ildə İstanbulda baş tutur.

İstanbul Təhlükəsislik idarəsinin müdir müavini Fərid Avni Sözən başqa şəhərə təyin olunurş Həyat yoldaşı yazıçı Suzan Özən bu təyinin qarşısını almaq üçün Menderesi ziyarət edir və ondan bu barədə xahiş edir.

Menderes Suzan Özənə də aşiq olur. Gənc qadının ərinin təyinini dayandırır, rütbəsini qaldırıb onu Təhlükəsizlik İdarəsinin müdiri edir.

Suzan Sözən sevgi romanları yazan, güclü, qüvvətli kişiləri sevən, romantic və ehtiraslı bir qadın idi.

Qısa zaman içində baş nazir Menderes ilə Suzan xanımın arasında odlu-alovlu bir eşq macərası başlayır.

Taksimdəki məşhur Park Otelin ən lüks otağı Menderesin eşq yuvası idi. Burada Suzan Özən xanımla rakı içər, İstanbulun yenidən qurulması barədə söhbətləşər, Suzan xanımın əri polis müdiri Fərid Avni Sözən isə iş formasında aşağıda öz işinin başında durardı.

ARVADINI SEVİRƏM!

Menderes daha sonra evil və uşaqlı bir qadına aşiq olur, onun da ərini təhdidlə uzaqlaşdırır.

Gözləri heç kimi görməyən şorgöz baş nazir bir müddət sonra yenə evil bir qadına vurulur, qadının ərinə "mən sənin arvadını sevirəm, aramızdan çəkil!” deyir.

Menderesin eşq macəraları serial kimidir, hətta serialdan da maraqlıdı. Yassıadada mühakimə olunarkən şəxsi həyatı və sevgililərdə mövzuya çevrilir, bu qadınlara millətdən oğurladığı pulları xərclədiyi də soruşulur.

HƏZİN SON

Ancaq Menderes eşq Konstitusiyanı pozduğuna və Vətənə xəyanət etdiyinə görə edam cəzası alır.


Dilimizə uyğunlaşdıran: Eminquey




İmza:
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK