ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda qadını qarət edən keçmiş məhkumlar yaxalandı - FOTO/VİDEO

23415    |   2020-06-03 21:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yasamal rayonu, Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxslər xanıma yaxınlaşıb,ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun "20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmamasıaraşdırlır.




İmza:
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK