ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi

12920    |   2020-06-03 18:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq"NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar

Azercell Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yeni xidməti təqdim edib. "NNTV Mobil TV” xidmətində yeni "Kids” ("Uşaqlar”) paketi istifadəyə verilib. Fakturalı və fakturasız xətt abunəçiləri tətbiqdə dünyanın ən sevilən və popyular uşaq TV proqramlarını izləyə biləcəklər.

"NNTV Kids” paketində Disney, Boomerang, Cartoon Network, Nickelodeon HD, TRT Cocuk, Detskiy mir, Karusel, Discovery Channel HD kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.

"NNTV Kids”ə qoşulmaq üçün telefonun ekranında sadəcə *425#YES yığmaq və ya "K” açar sözünü 4040 qısa nömrəsinə göndərmək kifayətdir. Xidmətə birinci dəfə qoşulanlara ilk 7 gün pulsuz istifadə imkanı hədiyyə edilir.

Ətraflı məlumat və uşaq paketinə daxil olan kanalların siyahısı ilə tanış olmaq üçün 177 nömrəsinə zəng etmək olar.

Azercell-in "Mobil TV” xidməti abunəçilərinə istədikləri yerdə istədikləri zaman sevilən kanalları canlı olaraq izləmək imkanı verir. Qeyd edək ki, "İdman Paketini” də ayrıca təqdim edən NNTV tətbiqi 200-dən çox baxımlı telekanalı əhatə edir.




İmza:

Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı

Azercell-dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN-a!

Azərbaycanda 5G ajiotajı: Təhlükə nə qədərdir? - VİDEO

“Facebook” nifrət və ayrı-seçkilik məzmunlu reklamlar barədə ölçü götürəcək

“E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edir - VİDEO

Çin ABŞ-dan daha bir asılılığına son qoydu

İşimizi ASAN-laşdıran elektron ödənişlər - imkanlar və çağırışlar

Azercell-lilər bir ay ərzində rəqəmsalgünləri birlikdə qeyd edəcək - VİDEO

Rusiya Qazaxıstandakı RLS-dən imtina etdi

“E-Təbib” mobil tətbiqi necə işləyəcək? - AÇIQLAMA

“WhatsApp” son bir həftədə ikinci yeniliyi ilə sevindirdi - FOTO

Azərbaycanda pandemiya dövründə mobil operatorların gəlirləri artıb

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK