ANA SƏHİFƏ / KRİMİNAL

Prokurorluq Bərdədə ana və qızının qətli ilə bağlı məlumat yaydı

40677    |   2020-06-01 10:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bərdə rayon Prokurorluğu Bərdədə baş verən qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, iyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin işirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK