ANA SƏHİFƏ / MƏMLƏKƏT

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

9747    |   2020-05-21 19:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Xidmətdən Adalet.az-a verilən məlumata əsasən, mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında mayın 23-ü gündüzdən 25-dək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, mayın 23-də ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.




İmza:

Qurcana çayı tullantılardan təmizlənib

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

Bakı-Sumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq

Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi

Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır

Sabah güclü külək əsəcək, şimşək çaxacaq - PROQNOZ

Buraxılış imtahanları fənləri üzrə balların hesablanması qaydası AÇIQLANDI

Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya

Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK