hacklink Adalet.az | ƏZİZ İNSAN Adalet.az | ƏZİZ İNSAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏZİZ İNSAN

26796    |   2007-11-15 04:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən olur ki, çox yaxşı tanıdığın birisi haqqında nəsə yazacağını düşünürsən, qələmini əlinə alanda qələm işləmir. Çək-çevir edirsən, nə yazım, nədən yazım - iş fəaliyyətindən, şəxsi keyfiyyətlərindən? Bəzən də olur ki, ilk görüş insan haqqında böyük təəssüratlar verir. Nə qohumluq əlaqələrin olur, nə yaxın münasibətlərin, amma bu adam sənə məhrəmdir. İnsanlar arasında təkcə qan bağlılığı yox, həm də ruh körpüləri var. Və həmin adamlar bu fani dünyadan köç edib bizdən ayrılanda anlayırsan ki, ətrafında bir çöküntü, bir dağıntı var. Heç bir yeni tikili də bu köhnə özüllü adamları əvəzləməyəcək. Dünya sənin üçün boşalır...
   
   Mən bu ailə ilə çoxdan, təxminən 17-18 il əvvəl tanış olmuşdum. O vaxt dövlət televiziyasında çalışırdım və çox populyar "Dalğa" verilişinin içində Azərbaycanın çox işıqlı bir ziyalısı Kərim bəy Mehmandarov haqqında süjet hazırlamaq fikrim vardı. urnalist Vasif Quliyev mənə Mehmandarovun nəvəsinin telefonunu, ev ünvanını verdi. Zəng etdim, danışdım, getdim evlərinə. Babası ilə bağlı məlumatlar alanda Elmira xanım: "Siz kim haqqında soruşursunuz? Kərim bəy, yoxsa Həbib bəy?" dedi. Doğrusu, o vaxt mən Elmira xanımın ata babasının da xalqa, millətə böyük xidmətlər vermiş Həbib bəy Mahmudbəyov olduğunu bilmirdim. "Kərim bəy"- dedim. Sonra Həbib bəydən də yazacağımı düşündüm. O zaman Elmira xanım nisbətən cavan idi. Bütün faktları dəqiqliklə xatırlayırdı. Söhbət əsnasında bu sadə, bəzək-düzəksiz evdə nə qədər böyük xəzinənin yatdığını fikirləşirdim. Elmira xanımın həyat yoldaşı Əziz müəllim sakit qulaq asırdı. Söhbətimizə müdaxilə eləmirdi. Danışanda isə başqa ailə üzvlərindən fərqli olaraq ancaq Azərbaycan dilində danışırdı. Süjet hazırlandı, efirə getdi. Həbib bəy haqqında fikirlərimi isə həyata keçirə bilmədim. Qarışıqlıq dövrü başlandı, televiziyada sədr dəyişiklikləri, mənim işdən getməyim... Bu mövzuya ancaq 2002-ci ildə qayıda bildim. O zaman artıq başqa televiziya kanalında çalışırdım və o zaman həmin kanalda Azərbaycan tarixinə, mədəniyyətinə yönəlik verilişlərə xüsusi həssaslıqla yanaşılırdı. Bu dəfə irihəcmli nəsə hazırlamaq niyyətim vardı. Yenə zəng elədim, telefon dəyişməmişdi. etdim evlərinə, ünvanları da eyni idi. Evin zahiri görkəmi də dəyişməmişdi. Elə həmin sadə, bər-bəzəksiz ev. Evin sakinləri isə yaşlanmışdılar. Elmira xanımın yaddaşı artıq faktları həmin sıralamayla, həmin xronologiya ilə xatırlaya bilmirdi. Bu dəfə köməyimə Əziz müəllim çatdı. İndi ölümündən sonra ilk cümə axşamında minnətdarlıqla xatırladığım Əziz müəllim. Hər şəklin, hər məktubun, hər sənədin yerini dəqiqliklə göstərən və bu nəsnələrə diqqətlə yanaşan, qədrini bilən Əziz müəllim. Xanımının şəcərəsini nəzərə alsaq, Əziz müəllim çox sadə bir ailədən çıxmışdı. Amma qırmızı terror illərində xalq düşməninin qızı ilə evləndiyinə görə böyük qəhrəman da sayıla bilərdi. Bunun üstünə onun partiya - dövlət orqanlarında işlədiyini də gəlsək necə səbatlı bir insan olduğu aydın görünəcək. örürdüm ki, ailənin vaxtilə gizlətməyə məcbur olduğu sinfi mənsubiyyəti həm də qürur mənbəyidir. Belə nəsil hər adamın payına düşməz ki. Bir tərəfdən Qacarlar, bir tərəfdən Cavanşirlər, bir tərəfdən Mehmandarovlar, o biri tərəfdən Mahmudbəyovlar. Azərbaycanın tarixində iz qoymuş ziyalı təbəqəsi. Əziz müəllimin bu nəsillə qohumluğu Elmira xanım vasitəsilə olmuşdu. Amma içində elə böyük nəciblik, əsalət vardı ki, zadəgan kimliyi olmasa da, onlardan daha artıq əsilzadə idi.
   
   ... Onunla görüşlərimi, telefon söhbətlərimi xatırlayıram. Bəzən olurdu ki, hansısa bayramda zəng eləməyi unudanda özü telefon açıb məni təbrik edirdi. Çox sadə, həm də çox zəngin bir daxili vardı. Canlı tarix idi, dünyada gördükləri çox olmuşdu. İndi təəssüf hissi ilə düşünürəm ki, gərək onunla daha çox söhbət edəydim, daha çox soruşaydım. Bu adamlar bir-bir həyatımızdan çıxıb gedirlər. Və mənəvi dünyamız boşalır...
   
   Elmira xanımın vəfatından az sonra telefon açdım. Səsi titrəyirdi:
   
   - Bilirəm, qızım, hər şeyi başa düşürəm. Ağlımla başa düşürəm, amma ürəyim barışmır. Son vaxtlar gecələr tez-tez ayılıb baxırdım, nəzarət edirdim ki, durub yıxılmasın. İndi də ayılıram, boş çarpayısına baxanda başıma hava gəlir. Zarafat deyil, gör neçə illər bir yerdə yaşamışıq.
   
   O zaman düşündüm ki, yaşının fərqi yoxdu. Bütün kişilər xanımlarından sonra yetim uşaq olurlar. Halbuki Elmira xanım həyatının son illərində çox zəifləmişdi. Övladları da, gəlinləri də qulluğunda dursalar da Əziz müəllim onu kimsəyə etibar etmirdi və daha artıq əziyyətlərə də qatlaşmağa hazır idi...
   
   Özü haqqında danışmağı sevməzdi. Bir dəfə sözarası siqaretin ziyanından danışanda nə vaxtsa Tütün fabrikinin direktoru olduğunu, amma əsla siqaret çəkmədiyini söyləmişdi. Son zamanlarsa müəllimlik edirdi. Axır günlərinə qədər çalışırdı. Zəng eləyəndə salamdan sonra "Tanıdız məni?" deyən kimi "Əlbəttə, sənin səsini min adamın içindən seçərəm"-deyirdi. Sonuncu dəfə bir neçə ay əvvəl nəvəsinin toyunda görüşmüşdük. ümrah idi, amma qan təzyiqindən əziyyət çəkdiyini söylədi. "Bilirsən neçə yaşım var?" dedi. "Maşallah, yaxşısınız"- dedim. Vaxta az qalıbmış...
   
   İndi qələmi götürüb fikirləşirəm ki, onun haqqında çox az məlumatım var. Həm də fikirləşirəm ki, kim harda işləyib, necə işləyib, fərq eləməz. özəl ziyalı idi, gözəl övladlar böyütmüşdü. Sədaqətli ömür-gün yoldaşı idi. Ailə tarixçəsinin təəssübünü çəkən diqqətli vətəndaş idi, işıqlı insan idi - Əziz insan idi. Və bu müqəddəs cümə axşamı günü ruhları qovuşan işıqlı, əziz insanlara, Elmira xanıma və Əziz müəllimə "Nur içində yatın" deyirəm.
   
   
   
   


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO