deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Kamal Abdulla ilə mübahisələrimiz olsa da..." Adalet.az | "Kamal Abdulla ilə mübahisələrimiz olsa da..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Kamal Abdulla ilə mübahisələrimiz olsa da..."

Gənc rejissor Mikayıl Mikayılov "Şah və Şair" tamaşasının uğur qazanacağına inanır

21084    |   2013-06-01 01:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son illər Akademik Milli Dram Teatrında gənc rejissorlara geniş yaradıcılıq imkanları yaradılır. Bu gün teatrın repertuarında möhkəmlənən tamaşaların əksəriyyətini məhz gənc rejissorlar hazırlayıb.
Mikayıl Mikayılov ölkənin baş teatrında iki tamaşaya quruluş vermək şansı qazanıb. İstedadlı rejissor tanınmış gürcü dramaturqu Avksentiy Saqarelinin "Xanuma" pyesi ilə Akademik Milli Dram Teatrında debüt etdi. Buna qədər "Yuğ" Dövlət Teatrında Qoqolun "Viy", Dövlət Musiqili Teatrında Süleyman Ələsgərovla Şıxəli Qurbanovun "Milyonçunun dilənçi oğlu" əsərlərinə quruluş verən Mikayıl Mikayılov "Xanuma"nın uğurlu tamaşaçından sonra yenidən adından söz etdirdi.
Akademik Milli Dram Teatrında bu dəfə gənc və istedadlı rejissora daha məsuliyyətli iş həvalə olundu. Mikayıl Mikayılov görkəmli yazıçı Kamal Abdullanın "Hamı səni sevənlər burdadır" pyesi əsasında hazırlanan "Şah və Şair" tamaşasına quruluş verdi.
"Şah və Şair"i teatr ictimaiyyətinin mühakiməsinə verən gənc rejissorla səfər ərəfəsində görüşüb qısaca söhbətləşdik. Səfərin marşrutu və məqsədi barədə bir qədər sonra...

- "Şah və Şair" tamaşaçının premyerası böyük anşlaqla keçdi. Bir tamaşaçı kimi belə başa düşdüm ki, Şahın eyni zamanda Şair ola biləcəyini mümkünsüz hesab edirsiniz...
- Əslində məsələni konkret belə qoymuruq. Ortada bir sual var - Şah və Şair bir yerdə ola bilirmi? Bu suala cavab tapılmalıdır. İnsan ya pis, ya da yaxşı ola bilər. Həm yaxşı, həm pis insan necə ola bilər axı? Puşkin "Motsart və Salyeri" əsərində yazırdı ki, dahilik və canilik bir araya sığmayan məfhumlardır. Dahilərin həyatı, yaradıcılığı ilə maraqlanırıq, əsərlərini oxuyuruq. Bəzən bizə elə gəlir ki, həmin insan haqqında hər şeyi bilirik. Amma dahilərin bizə məlum olmayan, bilmədiyimiz tərəfləri çoxdur.
- Bugünkü tamaşaçı xəyali oyun üslubunda qoyulan "Şah və Şair" kimi tamaşanı qəbul etməyə tam hazırdırmı?
- Mən belə hesab edirəm ki, tam hazırdı. Təqdim etdiyimiz "Şah və Şair" tamaşasının uğur qazanacağına məndə böyük əminlik var. Tamaşaçıların bu əsərə maraqla baxacaqlarına inanıram. Bəzən elə fikirləşirlər ki, bizim tamaşaçı ancaq komediyaya baxmağı xoşlayır. Bu o qədər də doğru yanaşma deyil. Müxtəlif zövqlü insanlar var. "Zövqlər barədə mübahisə etməzlər" fikri boş yerdən yaranmayıb. Teatr da müxtəlif zövqlü insanların marağını təmin etməyi bacarmalıdır. Biz restorana gedəndə ilk növbədə təklif olunan menyüyə baxır, xoşladığımız yeməyi sifariş veririk. Teatrda da çeşid bol olmalıdır ki, tamaşaçı öz zövqünə uyğun tamaşanı seçmək imkanı qazansın.
- Tamaşaçılar "Şah və Şair"də həm Gənc Tamaşaçılar, həm "Yuğ", həm də Sumqayıt Teatrından aktyorları bir səhnədə gördülər. Özü də hər aktyoru bir neçə rolda...
- "Yuğ" Teatrından dəvət etdiyimiz Vidadi Həsənov Professor, Hüseyn bəy Lələ və Şahın Lələsi obrazlarını yaradır. Sumqayıt Teatrından dəvət olunan Oqtay Mehdiyev "Yuğ"da da rollar oynayır. Akademik Milli Dram Teatrının səhnəsində Napoleon kimi mürəkkəb obrazla debüt edib. Oqtay bizim tamaşada Usta, Rəhim yüzbaşı, Fərraşbaşı Səfiyar rollarındadır. Hikmət Rəhimov "Yuğ"dan tanınsa da, Akademik Milli Dram Teatrında da maraqlı rollar oynayıb. "Şah və Şair"də isə onu II Aspirant, Xızır və Şahın bənzəri kimi görürük. Bizim tamaşada I Aspirantı və Şah İsmayılı yaradan Elşən Rüstəmov da son vaxtlar bu teatrın səhnəsində müxtəlif rollar oynayıb.
Belə bir aktyor heyəti ilə və fərqli bir janrda çalışmaq maraqlı idi. Elə bilirəm ki, aktyorların özlərinə də maraqlı gəldi. Hamımız birlikdə özümüz üçün yeni üfüqlər kəşf etdik.
- Tamaşa üzərində yaradıcılıq işi apararkən müəlliflə münasibətləri necə qururdun? Əsərin müəllifi kimi Kamal Abdullanın bu prosesdə mövqeyi necə idi?
- Pyes əgər teatrın qapısından içəri keçibsə artıq təkcə müəllifin deyil, rejissorun da malıdır. Teatr təkcə sözdən yox, həm də əməldən, hərəkətdən ibarətdir. Tamaşaya quruluş verən rejissor səhnədə hər sözün arxasında hansı hərəkətin durduğunu düşünür. Kamal Abdulla teatr qayda-qanunlarını yaxşı bilən müəlliflərdəndir. Ona görə də yaradıcılıq prosesində mənim bir quruluşçu rejissor kimi düşüncələrimi, yanaşmamı qəbul edirdi. Müəyyən məsələlərdə mübahisələrimiz olsa da, sonda dramaturq yox, teatr qalib gəlirdi. Yaradıcılıq prosesi elədir ki, sən gərək öz fikrini sübut etməyi bacarasan. Kamal müəllim də deyirdi ki, filan epizodun ixtisar olunmasının vacibliyini inandır. Mən də arqumentlərimi deyirdim. Hər halda, Kamal Abdulla kimi istedadlı bir müəlliflə çalışmaq çox maraqlı idi. Tamaşadan sonra Kamal müəllim əsər üzərində yenidən işləyəcəyini dedi.
- Kamal Abdullanın "Hamı səni sevənlər burdadır" pyesinə mərhum rejissorumuz Hüseynağa Atakişiyev Gənclər Teatrında quruluş vermişdi. Müəllifin yenidən işlədiyi bu əsər sənin səhnə yozumunda tamaşaya qoyuldu. Kamal müəllim əsər üzərində işlədikdən sonra rejissor kimi sənə müraciət etsə, tamaşaya quruluş verərsənmi?
- Gələcəkdə nəyin necə olacağını indidən bilmək olmaz.
- Gələcəkdən söhbət düşmüşkən, eşitdim ki, səfərə gedirsən. Ötən il Qazaxıstanın Karaqanda şəhərində tamaşa hazırlamışdın. Bu dəfə hansı teatrdan dəvət almısan?
- Karaqanda Teatrında quruluş verdiyim Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşası bir neçə gün əvvəl Antalyadakı beynəlxalq festivalda uğurla baxılıb. İndi isə bu əsərə quruluş vermək üçün Rusiya Federasiyasının Tümen vilayətinə dəvət olunmuşam. Tümen Teatrı milli dramaturgiyamızın banisi saylan Mirzə Fətəli Axundzadənin yaradıcılığına müraciət edib. Son illər Azərbaycan dramaturqlarının əsərləri müxtəlif ölkələrin teatrlarında səhnəyə qoyulur. Əvvəllər biz əcnəbi rejissorlar dəvət edirdiksə, indi bizim rejissorlar xaricdə tamaşa hazırlamağa dəvət olunur. Bu, çox faydalı prosesdir və önəmli bir məsələdir. Ədəbiyyatımızı, mədəniyyətimizi və teatrımızı başqa dövlətlərdə təbliğ etmək imkanı qazanmışam. Bu fürsətdən uğurla istifadə etməyə çalışacam.

Etibar
CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK