ANA SƏHİFƏ / İDMAN

“Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim”

6720    |   2020-05-17 19:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin "Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar açıqlama verib.

Qol.az xəbər verir ki, yerli mətbuata danışan Acar, mövsümün əvvəlində Azərbaycan yığmasından təklif aldığını deyib: "Tək xəyalım Türkiyə milli komandasında oynamaqdır. "Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm.

Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı. Azərbaycan millisindən təklif aldım, ancaq "hə” deyə bilmədim. Çox istədilər, ancaq mən bunu qəbul edə bilmədim”.

"Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir. Super Liqa klubunu hazırda Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK