ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Dirigözlü gecə - Azad Müzəffərlidən HEKAYƏ

9462    |   2020-05-16 10:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kefi kökdü, ayaq üstə güclə dayanırdı. Dost məclisindən gəlirdi. Qonaqlıq da onluqdu. Evə çatanda gecədən xeyli keçmişdi. Yataq otağının yanan işığı anındaca diqqətini çəkdi. Tələm-tələsik əlini cibinə atdı. Təsadüfən ehtiyat açar cibindəydi. Ehmallıca mənzilin qapısını açıb içəri keçdi. Qımırını da çıxarmadan yataq otağına yaxınlaşdı. Oradan iki səs gəlirdi. Sanki biri həzin mahnının sözlərini, o biri isə nəqəratını ifa eləyirdi. Arvadının səsinə elə bir əhəmiyyət vermədi. O biri səsə kökləndi. Xeyli qulaq asandan sonra kor-peşiman halda divana sarı yönəldi. Əməllicə-başlı qısqansa da, indiki halında gözə görsənmək istəmədi. Hər şeyi səhərə saxladı.

Ha çalışsa da, bütün gecəni gözünə yuxu getmədi. Bu, nə qısqanclıqdan, nə də keflilikdən deyildi. Axı, ilk dəfəydi doğma mənzilləri körpə qığıltısına bələnmişdi.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK