ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Builki abituriyentlərin imtahanda yaxşı nəticə əldə edə bilməməsinin səbəbləri nə ola bilər?

12901    |   2020-05-14 19:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən, tədris ilinin son bir neçə ayı qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün çox gərgin bir dövr olur. İmtahanda daha yaxşı nəticə göstərməyə çalışan abituriyentlər vaxtın azlığından ehtiyat edərək bu dövrdə repetitor yanına daha çox gedirlər, sınaq imtahanlarında iştirak etməklə özlərini qəbul imtahanlarına hazırlayırlar.

Lakin bu il pandemiya səbəbindən martın əvvəlindən repetitorluq fəaliyyətinə qadağanın qoyulması, real (kağız üzərində) sınaq imtahanlarının təxirə salınması abituriyentlərin bu səylərinin bir qədər azalmasına təsir göstərdi.

Təhsil eksperti Elçin Süleymanov Trend-ə açıqlamasında bildirib ki, mart ayından müəyyən tədbirlərin məhdudlaşdırılmasına baxmayaraq, buraxılış və qəbul imtahanlarında iştirak edənlər üçün dəstək addımları da atılıb:

"Təhsil Nazirliyi təhsilalanların təhsildən geri qalmaması üçün teledərs, "Virtual məktəb” layihələrini həyata keçirməklə onlara dəstək verdi. Eyni zamanda, bu günlərdə Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəyan etdi ki, qəbul və buraxılış imtahanlarının proqramından pandemiya dövrünə təsadüf edən mövzular çıxarılacaq. Nəzərə alaq ki, artıq may ayının əvvəllərindən repetitorluq fəaliyyətinə icazə verildi. Bütün bunlar dolayısı ilə buraxılış və qəbul imtahanlarında iştirak edəcək məzunlar üçün dəstək addımları idi”.

Ekspert hesab edir ki, burada sadəcə bir nüans imtahanda iştirak edəcək gənclər üçün problem sayıla bilər. Bu da sınaq imtahanlarında iştirak etməməyin ortaya çıxaracağı psixoloji məqamdır:

"Bunun imtahan verənlərin nəticəsinə müəyyən təsirinin olacağı inkar edilməsə də, böyük bir problemin olmayacağı vurğulanmalıdır. Çünki DİM iyun ayına qədər sınaq imtahanlarını onlayn və pulsuz keçirir”.

E.Süleymanov əlavə edib ki, abituriyentlər və şagirdlər həmin onlayn sınaq imtahanlarında iştirak edərək imtahan təcrübəsini təkmilləşdirə bilərlər:

"11-ci sinif şagirdləri DİM-in keçirdiyi iki imtahanın - buraxılış və qəbul imtahanının nəticəsinə görə universitetlərə qəbul olunurlar. Builki 11-ci sinif şagirdləri doqquzuncu sinifdə oxuyarkən buraxılış imtahanı veriblər. Dolayısı ilə imtahanda iştirak etmək baxımından müəyyən təcrübə qazanıblar. DİM qəbul imtahanı üzrə mart ayından real sınaq imtahanları keçirməsə də, ondan əvvəlki vaxtlarda müəyyən hazırlıq kursları sınaq imtahanları keçiriblər. Düşünürəm ki, abituriyentlər bu imtahanlarda iştirak etməklə müəyyən təcrübə qazanmışdılar. Eyni zamanda, bu il pandemiyaya görə imtahanın keçirilmə formatı dəyişəcək. Abituriyentlər masa arxasında tək-tək oturacaqlar. Buna görə imtahan zallarındakı abituriyentlərin sayı az olacaq. Bu səbəbdən hesab edirəm ki, abituriyentlər üçün sınaq imtahanlarında iştirak edə bilməməyin psixoloji təsirləri az olacaq”.

Mütəxəssisin fikrincə, bu il qəbul imtahanlarının bir dəfə keçirilməsi abituriyentlərdə müəyyən qədər gərginlik yarada bilər. Çünki son bir neçə ildə qəbul imtahanlarının ixtisas qrupları üzrə il ərzində iki dəfə keçirilməsi abituriyentlərin imtahan stresini müəyyən qədər azaldırdı:

"İkinci dəfə imtahan prosesinə girən abituriyentlər daha rahat olurdular. Çünki əvvəlki imtahanda müəyyən nəticə əldə edirdilər, ikinci imtahanda iştirak etməklə isə bu nəticəni daha da artırmaq istəyirdilər".




İmza:

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

Peşə təhsili müəssisəsində bir ilk

"Abituriyentlər üçün dərs vaxtı"nın 6 iyul cədvəli

Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli

SABAH təcrübəsi əsasında yeni pilot layihə

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumat YAYDI

Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Macarıstanda təhsil almaq hüququ qazananlar müəyyənləşib

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK