ANA SƏHİFƏ / KRİMİNAL

Rusiyada silsilə qətllər törədən erməni ömürlük həbsə məhkum edildi

15002    |   2020-05-14 18:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyanın Rostov vilayətində silsilə qətllər törətmiş şəxs həbs edilib.

TASS xəbər verir ki, David Sarabaşyan 2018-ci ildə 25 yaşlı qızı zorladıqdan sonra öldürüb.

Sonra isə onun əşyalarını gizlədib. Gənc tutularaq həbs olunub.

İstintaqda məlum olub ki, D.Sarabaşyan silsilə qətllər törədib. O, 2000-ci ildə Rostov-Donda iki qadını zorladıqdan sonra öldürüb. 2001-ci ildə 16 yaşlı qız, 2003-cü ildə isə 41 yaşlı qadın Sarabaşyanın qurbanı olub.

2015-ci ildə o, 29 yaşlı qıza hücum etsə də, sonuncu qaçıb xilas ola bilib.

Məhkəmə tibb ekspertizası təqsirləndirilən şəxsin sadizmə meyilli olduğunu bildirsə də, onun cinayətləri şüurlu şəkildə törətdiyini qeyd edib.

D.Sarabaşyanın barəsində ömürlük həbs hökmü çıxarılıb.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK