warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | BİR GÜN... Adalet.az | BİR GÜN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR GÜN...

34691    |   2007-09-11 00:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər hansı bir hadisəyə obyektiv qiymət vermək üçün müəyyən vaxt, zaman lazım olur. İllərin arxasından yaxın-uzaq keçmişimizə boylanıb olayları analiz eləmək, araşdırmaq asan olur, ya çətin? Yəqin ki, hər ikisi. Vaxt keçdikcə hər hansı bir hadisə unudulur, hər hansı faktsa daha qabarıq cizgilərlə xatırlanır. Bu gün 11 sentyabrdı, Amerikadakı hadisələrin ildönümü. Bu gün özlərini ən mütərəqqi, ən ağıllı, ən demokratik, ən ali irqin nümayəndələri hesab edən amerikalılar yenə o məşhur hadisələri xatırlayacaqlar. Amerikanın simvolu olan əkiz qüllələr dağılır, ətraf toz-dumana bürünür, insanlar panika içində o tərəf-bu tərəfə qaçışırlar. Amerika üçün qeyri-təbii görüntülərdir. Bura Yuqoslaviya deyil, İraq deyil, Fələstin deyil, hətta Qarabağ da deyil. Bura Amerikadı, kefi kök, damağı çağ Amerika. Yəqin ki, 200-dən çox yaşı olan Amerika dövlətinin, ərazisinə bir dənə də bomba düşməyən Amerika dövlətinin tarixində buna bənzər şok olmamışdı. 11 sentyabr çox mifləri dağıtdı. örəsən, özləri yaxşı yaşasınlar deyə başqalarının gününü qara eləyən amerikalılar özləri üçün bir nəticə çıxartdılar? Deyəsən yox. Bir ay sonra Əfqanıstan bombalandı, bir müddət sonra da İraq deyilən dövlətdən əsər-əlamət qalmadı. Amma 11 sentyabr mənə başqa bir tarixi də xatırlatdı. 1973-cü il, yenə 11 sentyabr, Çili, Santyaqo. Həmin gün dilimizdəki neologizmlər sırasına bir söz də əlavə olundu - xunta. O vaxta qədər qanuni hakimiyyəti devirib dövləti ələ keçirənlərə hər hansı bir diktatorun rejimi deyirdik. 73-cü ilin 11 sentyabrı da dünyanı şoka salmışdı. Qan gölünə çevrilmiş küçə və stadionlar, qalaqlanıb yandırılan kitablar və öz iş otağında, vəzifə başında öldürülən prezident Salvador Alyende. Sonralar öz vəzifələrini qoyub qaçan prezidentləri tanıdıqca Salvador Alyendeni xatırlayacağıq. Sual yarana bilər ki, bu hadisələrin Amerikaya nə dəxli var? Məsələ burasındadır ki, Alyende hökuməti hakimiyyətə gələndən sonra ölkədəki bütün iri şirkətləri milliləşdirməyə başladı. Ölkənin başlıca sərvətləri Çili xalqının rifahına xidmət etməyə başladı. Və bu da təbii ki, bu şirkətlərdə böyük payı olan Amerikanın xoşuna gələ bilməzdi. Düzdür, burda siyasi-ideoloji məqamlar da az deyildi. Lap qulağının dibində Amerika qitəsində bir dövlətin solçu ideyalara qulluq etməsi, Sovet İttifaqı ilə yaxınlaşması Mərkəzi Kəşfiyyat İdarəsinin diqqət mərkəzində idi. Və nəticədə bütöv bir ölkə xunta məngənəsində əzildi. Amerikanın əli ilə hakimiyyətə gəlmiş Pinoçeti xoş sözlərlə xatırlayanda zindanlarda çürümüş, güllələnmiş minlərlə insanları da xatırlamaq lazımdır. Bu gün istirahətdə olan məşhur Azadlıq meydanımızın hay-küylü günlərində Amerika imperalizminin zülmü altında inləyən xalqların şərəfinə çox şüarlar qışqırmışıq. O xalqlardan biri də Vyetnam xalqı idi. Vyetnamın üstünə yağdırılan bombaların qiyməti ilə neçə-neçə şəhər salmaq olardı. Amma böyük dövlətin siyasi ambisiyaları - "kefim belə istəyir" prinsipi bu gün də işləyir. Dünən söydüyümüz, indi tərifnamə yağdırdığımız böyük dövlətlər də öz işindədir. Haranı istəyir dağıdır, kimi istəyir öldürür, müstəqil olmağa cəhd eləyən dövlətlərin prezidentlərini tutub zindana salır. ünlərin bir günü də hamıya qan udduran beşguşəli binası xaraba qalır. ünah keçisi olaraq da yenə günahsız yetimlərin qanı tökülür.
   
   Neçə illərdi ki, ata Buşun burnu qaşınırdısa Şərqdə kimlərinsə qanı axmalıydı, Klintonun Monika ilə eşq macərası üzə çıxırdısa, Fələstindəki qadınların göz yaşı tökülməliydi, oğul Buş gecə yuxusunu qarışdıranda səhər İraqda müsəlmanların müqəddəs yerlərini yeklə-yeksan eləməliydilər. örəsən, bu dəfə necə olacaq? Yadınıza gəlirmi, iki il əvvəl cənub ştatlarını su basmışdı? Vəziyyət elə bir həddə çatmışdı ki, Amerika dünya dövlətlərindən yardım istəmişdi. Bu super dövlət az-azacıq qaçqının əlində əsir-yesir qalmışdı (bilmirəm heç onlara qaçqın demək olar, yoxsa yox, çünki hamısının sığortası var, pullarını aldılar. Ancaq hər halda insandılar, ev-eşikləri dağılmışdı, yurdsuz-yuvasız qalmışdılar, lap elə məcburi köçkün deyək). Biz də Amerikaya yardım ayırdıq. Çox nahaq yerə. Onlar neçə illərdi 907-ci düzəlişi qoyublar belimizə, torpağı işğal olunan bizlərə yox, ermənilərə yardım eləyirlər. ör biz necə böyük xalqıq və necə böyük dövlətik ki, balaca olmağımıza baxmayaraq, bir milyon qaçqın saxlayırıq. Dünya qaçqınlarının ən böyük faizi bizim payımıza düşüb. Bizimkiləri dünya televiziya kanalları göstərmir, bizimkilərin üzündən Buş və Klinton öpmürlər. O vaxt Nyu Orlean fəlakətində bölgəyə gedən Corc Buşu yerli camaat çox soyuq qarşılamışdı. Nyu Orleanın valisi onu çıxışa dəvət edəndə çox narazı şəkildə "təqdimata ehtiyac duymuram, bu da prezident". Hollivud ulduzlarından Pirs Brosnan onun haqqında "adına prezident Corc Buş dediyimiz şəxs" ifadəsini işlətmişdi. Onu da deyim ki, o vaxt Amerika ulduzları fəlakət bölgəsində əməlli-başlı fədakarlıq eləyirdilər. Con Travolta bir təyyarə dolusu dərman və ərzaq ehtiyatları gətirib şəxsən özü paylaşdırmaqla məşğul idi. Şon Pen isə suyun içində yaralı və meyitləri daşıyırdı (bu günlərdə Bakıda baş verən fəlakətdə hansı ulduzcuğu gördünüz?). Sözgəlişi deyim ki, Şon Penin Buşdan nə təhər zəhləsi gedirsə, bu günlərdə onun qatı düşməni olan Venesuela prezidenti ilə qucaq-qucağa görüşürdü. Oğul Buş isə meydanda tək qalıb deyəsən. Bütün müttəfiqləri İraqı tərk eləyir. Dədəsinin kölgəsinə sığınıb alovlu nitqlər söyləsə də deyəsən, heç öz ölkəsində onu sevən yoxdu. Amma görünən budur ki, buralarda onu sevənlər çoxdu. Prezidentlik dövrü başa çatandan sonra gəlib bizim məmləkətin vətəndaşlığını qəbul etsə, elə burda prezidentliyə namizədliyini irəli sürə bilər. Fikirləşsin.
   
   Bu gün Amerika 11 sentyabr hadisələrinin ildönümünü qeyd edəcək. Bu münasibətlə hansısa Şərq ölkəsində yenə bombalar partlayacaq, qanlar töküləcək, göz yaşları axacaq. Amerika xalqının zərif qəlbini ovutmaq üçün. Tarix öz axarı ilə gedir. Heç nə dəyişmir...


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK