ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Olumun mübarək, dostum! - Vaqif Aslan yazır

Çingiz Əli oğlu abdullayev-60

15147    |   2020-04-17 07:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2010-cu ilin avqust ayının ortaları idi. Axşam saat 10 tamam olardı. Ev telefonum zəng çaldı. Dəstəyi götürdüm. Səs yeni səsdi. Mənimlə görüşmək istəyən insanların olduğundan xəbər verirdi. Ünvan olaraq Şəki Qaqarin parkı seçilmişdi.

Nə isə... Görüşdük. Onlar dörd nəfər idilər: Barat Əlioğlu, Şakir Eminbəyli, Rauf Zeyni və Çingiz Abdullayev. Məni elə qarşıladılar ki, sanki biz doğulandan dost olmuşduq. Az qala, hər yerdən və hər şeydən danışdıq. Barat Əlioğlunun əsil oğuz bəylərinə xas olan ərdəmi və görkəmi, Rauf Zeyninin adama ləzzət edən ötkəmliyi, Şakir Eminbəylinin insana hörmət və ehtiramla yoğrulmuş səmimiyyəti məni heyran etmişdi.

İlahi, bu boyda xoşbəxtlik olardımı? "Titrəyib özümə dönmək” məqamlarını yaşayırdım. Sən demə, bu ərəfədə Şakir Eminbəyli "Zerkalo” qəzetində "Qeroy ne naşeqo vremeni” adlı məqalə yazıbmış, bir çox şöhrətli Şəkililərlə yanaşı mənim də adıma duz salıbmış.

Qarşımda təmənnasız yazının təmənnasız müəllifini görürdüm. Gecənin bir vədəsi Rauf Zeyni, hamımız birlikdə olmaq şərti ilə, məni öz maşınında evimizə qədər gətirdi. Bizə gələn kələ-kötür və çətin yolda maşın sürmək hər sürücünün işi deyildi...

Hər dəfə yolum Bakıya düşəndə bu səmimi insanlarla zəngləşir, salamlaşır və imkan daxilində görüşürəm.

Bir dəfə Çingiz müəllimi Bakıda həyəcanlı gördüm. Anası xəstəxanada idi, yoluxmağa gedirdi. Mən də ona qoşuldum. Bu nikbin adamın anasına necə bir nikbinliklə ürək-dirək verməsinin və sonra da məni necə bir doğmalıqla ona təqdim etməsinin şahidi oldum.

Sonrakı illərdə Novruz bayramı ərəfəsində məni ardıcıl olaraq təbrik edən Çingiz müəllim çox maraqlı bir etirafla fikrini əsaslandırdı. Dedi ki, nədənsə Novruzda ilk olaraq yadıma sən düşürsən. Düşünürəm ki, Şəkini və Kiş kəndini əhatə edən dağlar yazı da hiss edir və duyur. Sənin şair duyumundakı qeyri-adilik də buradan gəlir.

Bir dəfə Bakıda olanda məni özünün iş yeri ilə-Slavyan Universiteti ilə tanış etmək istədi. Axı, mən 1968-1073-cü illərdə Xarici dillər İnstitunda təhsil almışdım və Rus dili fakültəsi də onun tərkibində idi. Mən orada tələbəlik illərimdən tanıdığım insanlara, o cümlədən, Şəkidə və Mingəçevirdə işləyərkən şüvəri bir oğlan olan Dostum Rüstəm Kamalın paytaxtda necə şişman bir oğlana çevrildiyinin şahidi oldum.

Çingiz Abdullayevlə tanışlığımız beləcə dərinləşdi. "Almaniya-Azərbaycan əlaqələri” (Bakı, 2010), "Neft Bumu və futbol” ( Ingilis dilində, London, 2013), kitabları onun dərin elmi erudisiyasına, mühakimə və müqayisə qabiliyyətinə, ən əsası isə dövləti və milli sədaqətinə güzgü tuturdu.

Mən onu haçan gördümsə, sadə və səmimi gördüm. Səhv etmirəmsə, 2013-cü ilin yayı idi. Çingiz müəllim ailəsi ilə birlikdə Şəkiyə gəlmişdi və nüfuzlu otellərdən birinə yerləşmişdi. Şəkinin görməli yerlərini görmək istəyirdi. Əvvəlcə Mirzə Fətəli Axundzadənin, sonra isə Bəxtiyar Vahabzadənin hündür pyedestal üzərinə qoyulmuş büstünü ziyarət etdik. Sonra Şəki Xan sarayına yollandıq. Orada Çingiz müəllimin Azərbaycanın xanlıqlar dövrünə necə bir maraq göstərdiyini gördüm. Xanlıqlara parçalanmların, bölünmələrin necə bir fəlakətə yol açdığını təsəvvür etdikcə bütövlüyün güc və qüdrət simvolu olduğunu bir daha etiraf etdik. Şərq memarlığının nadir incilərindən biri olan Şəki Xan sarayına xüsusu yaraşıq verən çinarların kölgəsində dincimizi alıb daha qədim bir tarixə üz tutduq. Bu-Kiş məbədi idi. Şərti olaraq Qafqaz Albaniyasına aid edilən bu məbədin xristianlıq dövründəki fəaliyyəti nə qədər qabardılsa da, "karbon-14” metodu ilə edilən analiz onun eramızdan əvvəlki IV minilliyə - 3360-3030-cu illərə aid olduğunu (Bax. Tur Heyerdal. VII kitab -Tədqiqat silsiləsi. Sərhədləri aşaraq, dənizləri aşaraq-Azərbaycanla əlaqələr.Bakı, 2011. Səh. 157) göstərdi. Təkcə elə bu fakt Çingiz müəllimi heyrətlərə salmışdı. Çingiz müəllimin həyat yoldaşı təbiətin füsünkarlığı və tarixin böyüklüyü ilə həmahəng olmaqdan dərin bir məmnunluq duyurdu. Mən onlara 1524-cü ildən hakimiyyət başına gələn Şah I Təhmasibin (1514-1576) əmri ilə 1551-ci ildə bünövrəsinə qədər uçurulan Kiş qalasından, tarixdə "Gələrsən-Görərsən” adı ilə məşhur olan Qızlar qalasından danışdım. Vaxt imkan vermədiyindən gün əyilhaəyildə ayrılmalı olduq.

Çingiz müəllimlə daha bir yaddaqalan görüşüm 2016-cı ilin 7-8 iyununda oldu. Böyük Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibəti ilə "Vaqif” pyesinin motivləri əsasında nəzm ilə eyni adlı faciə yazmışdım. Bu əsər Moskva "Jar-ptitsa” və "Dərviş” teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar

artisti, Rusiya Federasiyasının II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə” ordeninin sahibi Mərdan Feyzullayevin (1958-2017) quruluşunda 2016-cı ilin Novruz bayramına qədərki ərəfədə Şəki Dövlət Dram Teatrında oynanılmışdı. 7-8 iyun 2016-cı il tarixdə Bakı Musiqili Teatrın səhnəsinə qaldırılan bu tamaşa böyük uğur qazandı. Onda Çingiz müəllim mənə İçəri şəhərdəki qonaq evində bir otaq ayırmışdı ki, mən Bakıda qalmaq dərdi çəkmədən tamaşaların gedişini izləyim. Orada keçirdiyim o iki gün ərzində axşamlar Çingiz müəllim mənə baş çəkir, dostlarımla birlikdə etdiyimiz müzakirələrə qoşulurdu. Unudulmaz günlər idi...

Dostcanlı, istiqanlı Çingiz müəllim Azərbaycanı sevdirə bilən bir şəxsiyyətdir. Onun vətən sevgisi mənsub olduğu ailədən- valideynlərindən və qardaşlarından gələn genetik sevgidir.


Prof. Dr. Cngiz Abdullyev Azərbaycan-alman cəmiyyətinin sədri kimi məsul

və ciddi bir vəzifəni icra edir. Bu - insan taleyinə düşən böyük xidmətdir, dövlətinə, xalqına və insanlara xidmətdir.

Ona gələcək fəaliyyətində uğurlar olsun!

Bir-iki aydan sonra 70 yaşı tamam olacaq Vaqif Aslan 60 yaşlı dostu Azərbaycan-alman cəmiyyətinin sədri, "Azərsu” ASC sədrinin müşaviri, sülh səfiri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin fəxri üzvü, Prof. Dr. Cingiz Abdullyevə 60 yaşının tamam olması münasibəti ilə ən xoş arzularını bildirir, ona Tanrı nəfəsinin qanadlandırdığı ilahi ruh, dözüm və iradə arzulayır.

Kürəsəl koronavirus təhlükəsi ilə üzləşdiyimiz ərəfədə rast gəldiyimiz çətinlikləri Ulu Tanrının köməyi sayəsində dövlətimizlə, millətimizlə birlikdə dəf etmək ümidləri ilə.

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

Şəki, Kiş kəndi. 03.04.2020.



İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK