ANA SƏHİFƏ / SİYASƏT

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib

8401    |   2020-04-13 19:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprelin 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəlik barədə məlumat verib.

Bildirib ki, gündəliyə iki məsələ - "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında və "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında sənədlər (birinci oxunuşda) daxildir.

Komitə sədri məsələlərin əhəmiyyəti barədə danışıb. Birinci məsələ ilə bağlı qeyd edilib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır.

Gündəlikdə olan ikinci məsələ "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) idi. Komitə sədri vurğulayıb ki, Qanuna təklif olunan dəyişikliklər "Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, "Dövlət rüsumu haqqında” Qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söyləyiblər.

Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.




İmza:

Türkiyə ilə Azərbaycan arasında bir neçə sənəd Milli Məclisin plenar iclasında tövsiyə olunub

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub

Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO

Eldəniz Quliyev: "Amerika Cəmil Həsənlini fırladır"

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb

SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK