QOHUMLUQ

FAİQ QİSMƏTOĞLU
36261 | 2013-05-25 00:54

...Axırvaxtlar Bakının rayonlarından birinin maliyyə şöbəsinin müdiri AyxanƏhmədoviçin işləri yaxşı getmirdi. Çünki yeni icra başçısı iki ayağını bir başmağa dirəyibdeyirdi ki, özünə iş tap, day mən səninlə işləmək istəmirəm! Hər dəfə busözləri eşidəndə elə bil ki, Ayxan Əhmədoviçin başına bir qazan qaynar su tökürdülər. Zarafat deyildi, AyxanƏhmədoviç düz 20 il idi ki, rayon maliyyə şöbəsinin müdiri vəzifəsindəçalışırdı. O qədər var-dövlət toplamışdı ki,çoxları ona həsəd aparır, paxıllıq eləyirdi...

...Sifariş-sifariş dalınca gəlirdi. İcra başçısı hətta başqa adamlardan da xəbər göndərirdi ki,Ayxan məni boğaza yığmasın, öz xoşu ilə ərizə yazsın və çıxıb getsin! Yoxsaprokurorluğa bir təqdimat yazaram, yoxlatdıraram, sonra da saldıraram içəri!Hər dəfə bu sözləri dinləyəndə onun canına vəlvələ düşürdü. Gecə də rahatyatağında gözünə yuxu getmirdi. Elə gözünü yuman kimi, təzə başçını görürdü vəcanına üşütmə düşürdü...

Çoxdüşünüb-daşındı, axırda bu qərara gəldi ki, başçını heç cürə razı salabilməyəcək. Çünki başçı deyirdi ki, iti görüm, qurdu görüm, Ayxan Əhmədoviçigörməyim. Ayxan Əhmədoviçdən başçıya o qədər danos vermişdilər ki, başçı daverilən danosun siyahısına baxanda gözü kəlləsinə çıxırdı: Bakıda 4 yerdəvillası, 5-6 "novostroyaka"sı, 7-8 kommersiya mağazası, 10-dənə dəmaşın... Bütün bunlar danos siyahısına yazılıb hamısı başçıya ötürülmüşdü.Başçı da ona bildirmişdi ki, ya o obyektləri sat pulları mənə gətir, ya daişdən çıx get! Ancaq Ayxan Əhmədoviçdən qışda buz almaq mümkün deyildi. Kimsəondan bir şey qoparsaydı, çox fərasətli adam idi. Lakin işi düşən adamı odəqiqə qılığına girər və ələ alardı. Onun həm də çox şirin dili vardı. Bu şirindillə ilanı da yuvasından çıxarardı...

... Bu dəfəisə daş qayaya rast gəlmişdi. Nə qılığa girə bilirdi, nə də şirin dili işikeçirdi. Sadəcə Ayxan Əhmədoviç fikirləşdi ki, yuxarı vəzifələrdə əyləşənçoxdan tanıdığı bir adamın qızını oğluna alsın. Əgər bu məsələ baş tutsaydı,onda Ayxan Əhmədoviçin işləri düzələ bilərdi. Bilmək olmazdı, o, vəzifəli şəxsdə Ayxan Əhmədoviçlə qohum olacaqdı, ya olmayacaqdı?!

Çoxgötür-qoydan sonra o qərara gəldi ki, elə bu axşam Nadir Əliyeviçin yanınagetsin və söhbəti açsın. Nadir Əliyevç dəçox hörmətli adam idi. Həm vəzifəsi vardı, həm də güclü arxası. Dahadoğrusu, onun bir sözünü heç kim iki eləyə bilməzdi. Əgər Nadir Əliyeviç desəydi ki, qatıq qaradı,başqa adamlar da bunu təsdiqləməli idi. Ola bilərdi ki, kimsə bunutəsdiqləməsin, amma o adam gərək elə həmin an əyləşdiyi vəzifə kreslosundan qalxıb gedəydi. NadirƏliyeviçin xəstə bir qızı vardı. O qədər də xəstə deyildi, ayaqlarını çəkir,yeriyəndə hiss olunurdu ki, axsayırdı. Ancaq bu axsayan qıza o qədər elçi gələnvardı ki, saymaqla qurtarmaq olmurdu. Nadir Əliyeviç isə bu adamların heçbirinə razılıq vermir və üz göstərmirdi...

AyxanƏhmədoviçin bəxti onda gətirmişdi ki, o, Nadir Əliyeviçi 30 il bundan əvvəl tanıyırdı. Əvvəllər bir yerdəişləmişdilər; Nadir Əliyeviç onun rəisi olmuşdu. O, da şirin dilini işə salıbelə o vaxtdan Nadir Əliyeviçin qəlbinə girə bilmişdi. Toyda, ad günlərindəbadəni əlinə götürər, Nadir Əliyeviçin qabağına qaçar və bir tost deyərdi.Deyərdi ki, səndən səxavətli, səndən mərd və səndən kişi adam yoxdu! Bu ürəkki, səndə var, hamı səni çox istəyəcək! Ayxan Əhmədoviçin bu sözləri rəisinürəyinə yağ kimi yayılar və sevinərdi. Hətta əlini onun çiyninə qoyub deyərdiki, bu idarədə səndən mərd adam görmədim. Kişi kimi həmişə arxamda olmusan...

...Həmingünləri yenidən Ayxan Əhmədoviç yada saldı və özünə ürək-dirək verdi ki, elə budəqiqə mobel telefonla onunla danışsın. Əvvəl cib dəftərinə baxdı, həminnömrəni yığdı, ancaq alınmadı. Yaxın tanışlarından birinə zəng vurdu, ondanöyrəndi ki. Nadir Əliyeviçin nömrəsi dəyişib və özü də 211-lə başlayır. Nömrəniyığdı, o dəqiqə Nadir Əliyeviçin səsini eşitdi:

- Səsinə qurban olum, ay qağa! Nəvaxtandır əlaqəmiz kəsilib. İstəyirəm bu axşam gəlib səninlə görüşüm vəbir stəkan çay içək!

- Nə vaxt istəsən, gələ bilərsən, qapımüzünə açıqdı. Bilirsən ki, xətrini çox istəyirəm...

- Elə buaxşam saat 9-da sizdəyəm. Arvadağanı da götürüb gələcəyəm. Gör nə vaxtdandırgörüşüb-eləmirik...

TəciliAyxan Əhmədoviç evə qayıtdı və həyat yoldaşı Sevincə ürəyi atdana-atdana dedi:

- Hazırlaş,bu axşam Nadir Əliyeviçgilə elçiliyə gedirik!

"Elçilik"sözünü eşidəndə Sevincin ürəyi çırpındı və sonra da dilləndi:

- Ay Ayxan,görəsən, Nadir Əliyeviç qızı bizə verərmi?! Axı o hara, biz hara?! Onun əliçatmadığı yer yoxdur!

AyxanƏhmədoviç:

- Bəribaşdan nəs-nəs danışma! Ürəyimədamıb ki, hər şey yaxşı olacaq və işimiz alınacaq. Bilirsən, Sevinc, onlarlaqohumluğumuz baş tutsa, heç kim məni tutduğum vəzifədən çıxara bilməyəcək.Düzdü, başçı mənimlə yola getmir, amma inanmıram ki, Nadir Əliyeviçləqohumluğumuzdan sonra o məni işdən çıxara. İndihazırlaş, bir azdan onlara gedəcəyik...

AyxanƏhmədoviç qız evinə getmək istəyəndə yaxşı bir bazarlıq elədi. Gözünə nəgöründü, ondan aldı. Bir dənə də qəşəng qara quzunu kəsdirib, səliqə iləbükdürdü. Şirniyyatlar, şokoladlar, tortlarsa öz yerində...

...Axşamsaatlarında Nadir Əliyeviçin böyük imarətinə çatdılar. Qapının ağzında onlarıhəyətin gözətçisi qarşıladı. Sonra hörmətlə həm Ayxanı, həm də həyat yoldaşıSevinci evə sarı apardı. Evin sahibi Nadir Əliyeviç də Ayxanı həyətdəqarşıladı. Hər ikisi həyətdə səliqə ilə düzəldilmiş "bsetka"nınaltında əyləşdilər. Sonra da Ayxan Əhmədoviç gözətçiyə işarə elədi ki, maşınınyük yerində olan ayın-oyunları boşaltsın. Gözətçi də bir göz qırpımında nəgətirmişdilər hamısını birinci mərtəbədəki stolun üstünə yığdı.

Evin sahibiNadir Əliyeviç gözaltı gətirilən hədiyyələrə baxdı və qımışdı. Bilirdi ki,Ayxan Əhmədoviç heç də hər adamın evinə belə sovqatla getmir. Bir azdan hər üçübirinci mərtəbədəki stolun arxasında əyləşdilər. Eyni zamanda, Nadir Əliyeviçin həyat yoldaşı Nailə də süfrəninarxasında oturdu. Aradakı sükutu Nadir Əliyeviç pozdu:

- Ayxan,gör neçə illərdi görüşmürük, bir az qocalmısan, saçlarınsa ağarıb...

- Düzdeyirsən, Nadir Əliyeviç, bu uşaqların dərdi bizi lap qocaltdı.

NadirƏliyeviçin qaşları çatıldı:

- Balam,uşaqların dərdi səni niyə qocaldır?!

- Bilirsən,indiki uşaqlar böyüklərin sözünə baxmaq istəmir. Qızımı birinə vermişəm,peşiman olmuşam. Mən vermək istəmirdim, qız dirəndi ki, oğlan tələbə yoldaşımolub və yaxşı da ailəsi var. Ailə qurdular, gördüm ki, bir-biri ilə yola getməkistəmirlər. Amma oğluma demişəm ki, budəfə sənə ürəyim istədiyi kişinin qızını alacam!

NadirƏliyeviçin ürəyinə nəsə damdı. Elə düz də damdı. Çünki o, arif adamdı, sözühavada tuturdu. Bilirdi ki, Ayxan nə demək istəyir...

Yenə AyxanƏhmədoviç fikrini davam etdirdi:

- Deyirəm,biz uzun müdətdir çörək kəsirik. Mən də çörək kəsdiyim adamla həmişə münasibətiqorumuşam. Əgər biriylə duz-çörək kəsdinsə,axıra qədər onu qorumalısan! Sözün kəsəsi, istəyirəm sizin qızla bizimoğlan bir ailə qursun. Belə ürəkli danışdığıma görə, sən Allah məni bağışla!..

NadirƏliyeviç nəlbəkidəki armudu stəkanı götürüb, bir qurtum çay içdi:

- Mən səniyaxşı tanıyıram! Əgər sənin kimi bir dostum qapıma gəlibsə, deməli mən səni"atkaz" eləyə bilmərəm. "Atkaz" eləsəm, o dəqiqədüşünəcəksən ki, yəqin səni bəyənmədim. Amma bir məsələ var; mənim qızımayaqlarını çəkir və bir az axsayır. Düzdü, onu Amerikada, Almaniyada ən bahalıklinikalarda müalicə elətdirmişəm, ancaq yenə müəyyən zədələr qalıb...

AyxanƏhmədoviç sevincək dedi:

- NadirƏliyeviç, sənin qızın bizim balamızdı!Bütün qəbahətləriylə bizim qəbulumuzdu. İcazə versəniz, yoldaşım bir üzük dəgətirib, elə qızın barmağına taxaq...

NadirƏliyeviç:

- Sözümyoxdu, necə məsləhət bilirsiniz, elə də addım atın!

Ortalığaşirin çay gətirildi. Bu şirin çaydan həm Ayxan Əhmədoviç, həm onun həyatyoldaşı Sevinc, həm Nadir Əliyeviç, həm də xanımı Nailə xanım içdilər vəxeyir-dua verdilər. Az qala AyxanƏhmədoviçin sevincdən ürəyi partalyırdı və uçmağa da qanadı yox idi. QızıQəmzəni çağırdılar və gətirdikləri nişan üzüyünü onun barmağına taxdılar...

Bu, AyxanƏhmədoviçin ən böyük qələbəsi idi. Elənişan taxılan günün səhəri bütün rayona xəbər yayıldı ki, bəs AyxanƏhmədoviç Nadir Əliyeviçlə qohum olub. Bu xəbər rayonun başçısına daçatdırıldı. O da istər-istəməz bərk dilxor oldu. Bildi ki, Ayxan Əhmədoviçtülkünün biridi və gedib arxasını dağa söykəyib...

...Bir neçəgündən sonra yenidən başçı Ayxan Əhmədoviçi yanına çağırtdırdı və onu təbrikelədi. Dedi ki, eşitmişəm dağ boyda kişi ilə qohum olmusan. Gözün aydın!

AyxanƏhmədoviç də heç vaxt özünü başçının kabinetində belə rahat hiss eləməmişdi.Həmişə onun kabinetində olanda qorxusundan boğazı quruyardı. Ancaq bu dəfəkresloya elə yayxanıb oturmuşdu ki, elə bil ki, başçı o özü idi. Hətta başçıköməkçiyə tapşırdı ki, Ayxan Əhmədoviçə bir stəkan da çay gətirsin! O, birstəkan çayı içdi və özünü bir qədər də sakit hiss elədi. İcra başçısı otaqdavar-gəl edib, dedi:

- Bu gündənbaşını aşağı salıb işinlə məşğul olursan! Dünən axşam Nadir Əliyeviç mənə zəngçalmışdı. Dedi ki, Ayxan Əhmədoviç mənim qudamdı. Gözün onun üstündə olsun! Daymən də dağ boyda kişiyə nə deyəcəydim. Dedim ki, nə vaxta qədər mən bu kreslodaəyləşmişəm, sənin qudana heç kim gözün üstə qaşın var deyə bilməz...

...Başçınınkabinetindən çıxanda Ayxan Əhmədoviçin sevinci yerə-göyə sığmırdı. Həttaözündən o qədər arxayın idi ki, çoxdan tanıdığı adamlara belə salam verməyiyadından çıxardı. Elə bil ki, o ilanın ağzından canının qutaran qurbağayabənzəyirdi. Həyətə düşdü və qudasına zəng elədi:

- NadirƏliyeviç, Allah qoysa, uşaqların toyunu nə vaxt eləyək?

- Səninürəyin haçan istəyir, elə o vaxt!

- Mənistəyirəm ki, toy gələn ayın şənbə günü "Kral"da olsun!

- Özünbilən məsləhətdi...

...Aprelinilk həftəsi toy oldu və o toy da heç kimin yadından çıxmadı. Yaddan çıxmayanbir də o idi ki, Ayxan Əhmədoviç arxasını elə bir dağa söykəmişdi ki, Allahdanbaşqa heç kim onu həmin yerdən qopara bilməzdi...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV