ANA SƏHİFƏ / YAZARLAR

DƏVƏ DÖZÜMÜ

30401    |   2013-05-25 00:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nağıl kimi şirin xatirəsi ürəyimdə yer tutan karvan haqda, keçənlərimizdən eşitmişdim. Gecələr səmada ağ xətlə görünən zolağa "karvan yolu" deyərdi, qocalarımız. Ulduzlu gecələrdə xəyala dalıb, o karvanla o qədər yolçu olmuşam ki...

Yaşlıların dilindən karvan, sarvan, karvansara kimi sözləri tez- tez eşidərdim. Rayonumuzun Qarğabazar kəndində magistral yolunun üstündə bir karvansara da vardı. Qorunan bu tarixi abidənin (Füzuli rayonunun bu kəndi də erməni işğalındadı!) üstündə inşa olunma vaxtı, yanılmıramsa, XVII əsr göstərilmişdi...

Qapını kimsə bərk döyəndə dilimin öyrəşdiyi "Karvansara qapısı döyürsən?" sualını vermək adətimdi.

Qocalardan eşitdiklərim, Soltan Hacıbəyovun "Karvan" simfoniyasını ilk dəfə dinləyib, sevdiyim vaxtlara təsadüf etdiyindən, bu simfoniya karvanı mənə daha yaxından, olduğu kimi - bütün romantikliyi, macəraları, qüssəsi, yorğunluğu ilə tanıtdırmışdı.

Hələ də tam mənada ayırd edə bilməmişəm karvana, dəvəyə olan marağımın səbəbini...

Bunları indi xatırlamağımın səbəbləri var. Fikir vermisinizsə, son vaxtlar paytaxtımızda dəvə heykəli, dəvə rəsmi, yol kənarlarındakı hasarlarda şəbəkə şəklində yığılan dəvə karvanı təsviri dəbə minir. Xırdalanda yaşadığımdan əsasən bu təsvirləri orada görürdüm. Amma bu yaxınlarda Binəqədi, Yasamal və digər rayonlarda da bunları görəndə artıq bu işdə bir səbəb axtarmağa başladım. Aydın məsələdir ki, indi hər hansı xarici ölkəyə, dəvə karvanıyla aylarla gedilən yolu bir neçə saata gedə bilirsən. Təyyarə ilə, avtomobillə, qatarla qət etdiyin bu yolu karvanla getdiyinin yüzdə biri qədər vaxta qət edə bilərsən. Ona görə də daha karvana ehtiyac yoxdu.

Bir yandan da respublikamızda dəvəçilik az inkişaf etdiyinə görə (Eşitdiyimə görə respublikamızın yalnız bir neçə rayonunda dəvəçilik inkişaf etdirilir. Onun da dəqiqliyinə əmin deyiləm), bu, dəvə sevgisi məsələsi bir az müəmmalıdır mənimçün.

Hər gün yol boyu "dəvələri" görəndə bu fikir istər - istəməz məni məşğul edirdi. Amma Sumqayıt - Bakı yolunun sağ istiqamətində Xırdalanın üstündəki "karvanı" görəndə ağlıma gələn ideya mənə nisbətən məntiqli göründü. Həmin an problemlərlə dolu günüm olduğu və çıxış yolum yalnız səbr etmək, dözmək olduğu üçün karvana baxarkən, "evrika!" deyə, qışqırmaq istədim. Bəli, səbəbi tapmışdım. Bu, heykəllər millətimizin rəmzi idi! - səbir, dözüm, hövsələ rəmzi, aclığa, susuzluğa, zəhmətə, möhnətə dözüm rəmzi - dəvə səbri, dəvə dözümü!

Şəhərimizdəki müxtəlif heyvan heykəllərini xatırlayaraq, bunların, yəni şir, ceyran, cüyür, hətta eşşəyin Bakı üçün hansı mənanı ifadə etdiyini anlamıram. Kimsə deyə bilər ki, bu heykəllər təbiətin ifadəsidir, uşaqlara tanıdıb sevdirmək üçün önəmlidi, ancaq bu məntiq ağlabatan deyil. Çünki Bakının Zooparkı var və orada həmin heyvanları canlı şəkildə müşayiət etmək olar. Təbiəti sevməyimizi heykəllər ucaltmaqla yox, təbiəti qorumaqla sübut etməliyik. Heykəllər zaman dəyişdikcə uçurula, dağıdıla bilər, ancaq sevgini ürəkdən heç kim çıxara bilməz. O ki qaldı dəvəyə...

Bəli, doğrudanda dəvə çox dözümlü, səbirli bir canlıdı. Biz insanların ona sevgisi kövrək bir atalar misalına da çevrilib: "Dövlətdə dəvə, övladda nəvə" kimi...

Ağır zəhmətindən başqa, əti, yunu, südü də qarşılığını gözləmədən istifadə olunan dəvənin bütün bu keyfiyyətlərini

nəzərdə tutaraq, müflis olmuş adama "dəvəsi ölmüş ərəbdi" deyirlər. Yəni, ərəbin dəvəsi öldüsə, özü də ölmüş kimidir.

Dəvə haqqında fikirlərimi kifayət qədər ifadə edə bilməsəm də, ona olan rəğbətimi nisbətən anlatmış olduğuma əminəm. Amma bir əsas məsələ qalır. Bütün müsbət tərəflərinə rəğmən dəvənin, yadda saxlanması vacib olan bir xüsusiyyəti də var: Dəvə çox kinli olur! İllər keçsə də, kin bəslədiyi adamı unutmur və yeri düşəndə, vaxtı gələndə əks tərəfdən hayıfını çıxır. Bu hayıf çıxmağın da dəvəyə məxsus yöntəmləri var. Dəvə əvvəlcə o insanın üzünə tüpürür, sonra da onu ayaqları altına alır. Bu hadisədən sağ çıxmaq mümkün olarsa da, o adam ömür boyu şikəst qalır. Və o tüpürmə də başqalarınkı kimi deyil, silib keçəsən! Dəvənin tüpürməyi başqalarından seçilir. Çünki deyilənə görə, o tüpürcəyin yeri sağalmaz yaraya çevrilir. Bu tüpürcək üzündə damğa kimi qalan adam ömrünün sonuna qədər səhvinin vəbalını daşımağa məcbur olur. Kaş ki, bütün yolundan çıxanların səhvinin cavabı dəvə tüpürcəyi qədər asan və kəsərli olsaydı!

İşdi, dəvə saxlamaq fikrinə düşsəniz, onun zəhmətindən, dözümündən, səbrindən, ətindən, yunundan, südündən və sair, istifadə edin, amma kininə tuş gəlməyin! Çünki dəvə kininin coşmasının qarşısını alacaq qüvvə tanımıram...

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK