ANA SƏHİFƏ / YAZARLAR

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

30002    |   2020-04-01 08:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

31 mart. Azərbaycanlıların soyqırımı günü. Son aylar dünyanı cənginə alan korona bəlası bu günü ikinci plana keçirdi. Əşi, dünyanı demirəm, dünyada heç zaman birinci planda olmayıb. Özümüzü nəzərdə tuturam. Desəm, bizdə yalnız koronaya görə belədir, inamımı yandırmış olaram. Faciə faciəni unutdurur. Necə ki, Qarabağ və digər məsələlərdən, faciələrdən sonra mart kimi olaylar bir qədər kölgəyə çəkilmiş oldu. Yalnız dövlətin və az qismdə şəxsin sayıqlığı nəticəsində az-çox gündəmə gətirilir.

Bir faciəni unutmaq digər gələcək faciənin müjdəçisi olur. Eynilə, mart hadisələri və sonrakı onillər ərzində yaşadıqlarımız.

Bu tip soyqırımlar xəstəlikdir. Bəli, məhz xəstəlik. Özü də koronadan da qorxulu. Yoluxucu xəstəlik. Bir beynə düşdüsə minləri, on minləri, hətta milyonları yoluxduracaq.

Üç ay ərzində dünyada 37 min insan koronanın qurbanı olub. Amma bu mart yoluxucu beyin xəstəliyinin nəticəsində bu saydan dəfələrlə artıq insan həlak oldu. Dünya nə deyir?

Əşi, dünyanın nə vecinə...

Beyinlərdən beyinlərə, ruhlardan ruhlara yayılan, insanı zombiləşdirən, şovinizmdən belə daha qorxulu xəstəlik. Bu yoluxucu düşüncə xəstəliyi bir dəfə beyinə düşdüsə onu nə hansısa vaksinlə sağalda bilə, nə də kökünü kəsə bilərsən. Yalnız bir yolu var, o da həmin beyni dəyişməkdir.


"Erməni soyqırımları” ilə baş qatan dünyanın bu fəaliyyətinin heç də erməni sevgisindən də olduğunu düşünmürəm. Bu canfəşanlıq türk və müsəlmana olan nifrətdəndir. Lap bu cümlədən türkü də çıxaq, müsəlmanı da. Gələcəkdə özündən artıq güc ola biləcəyini düşündükləri bütün millətlərə, cəmiyyətlərə qarşı.


Nə 1918-ci illərdə on minlərlə müsəlmanın qətliamı, nə də Qarabağdakı son faciələr önəmli deyil onlara.

Hə, ara-sıra ədalətli qərarların da şahidi oluruq. Keçmiş Yuqoslaviyada baş verənlər haqqını müəyyən dərəcədə tapdı. Günahkarlar cəzalandırıldı. Buna qısqanclıqla yanaşmıram. Ədalətin bərpasıdır, amma qərbin Yuqoslaviya rəhbərliyinə qarşı qıcığı olmasaydı, əmin olun, o hadisələr də sadəcə statistikadan başqa bir şey olmayacaqdı.

İndi nə etməli? Gözləməliyik ki, qərb nə zaman erməni siyasətçilərini, rəhbərlərini, o hadisələrin günahkarlarını şantaj etmək istəyəcək?

BMT-nin nə bilim qətnamələri varmış işğal olunmuş rayonlarla bağlı...

Amma Andranikin qulağıyla kar olan dünya öz dediklərini belə eşidə bilmir. Bərkdənmi qışqıraq?

Jestika diliylə onlara başa salmağımız isə gecdir. Çünki onda da gözlərini yumacaqlar.





İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK