ANA SƏHİFƏ / HADİSƏ

DİN: Dezinformasiya yayan üç nəfər həbs edilib

3637    |   2020-03-27 18:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15:00-dək müəyyən edilib, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, buna baxmayaraq, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və "Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət ediliblər. Müvafiq araşdırmalardan sonra onlardan yeddinəfərə xəbərdarlıq, beşnəfərə cərimə tətbiq olunub, üçnəfərin barəsində inzibati həbs qərarı seçilib.

Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1 590 avtomobil geri qaytarılıbki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd ediblər.

Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə birnəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan bir daha tətbiq edilən sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.




İmza:

Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı

Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

İranın cənub-qərbində zəlzələ olub

Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu - YENİLƏNİB

Avtobus sürücüləri əvvəlcə yarışdılar, sonra dalaşdılar - VİDEO

Dağıstanda meşədə quldurlarla güc strukturları arasında atışma

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb

Oğuzda itkin düşmüş 12 yaşlı oğlanı heyvanlar parçalayıb - YENİLƏNİB

Qusarda 65 yaşlı qadın intihar etdi

FHN: Xəzər dənizində batma təhlükəsi ilə üzləşən Rusiya vətəndaşı xilas edilib

Görənlər bu məsuliyyətsizlikdən dəhşətə gəldi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK