nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO Adalet.az | Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO

1697    |   2020-03-26 21:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.

Xəstəxanada hazırda koronavirusa yoluxmuş xəstələr xüsusi palatalarda bir-bir saxlanılıb.

Koronavirusa yoluxanlardan biri qısa müsahibəsində bildirib ki, bir neçə gündür müalicə olunur: "Mən özümü narahat hiss etdim və həkimə müraciət elədim. Sonra məni bura gətirdilər. Üzümü xalqa tutaraq deyirəm ki, hər birimiz öz həkimimiz olaq. Hamını verilən qərarlara, qadağalara əməl etməyə çağırıram”.

Xəstəxananın baş direktoru Emin Hüseyn bildirib ki, orada yerləşdirilən xəstələrin bir qismi xaricdən təxliyyə olunanlar, qalanı isə onlarla ünsiyyətdə olan şəxslərdir: "İlk günlərdən etibarən xəstəxanamız diaqnostik və müalicə baxımından gücləndirilib. Pasiyentlər müvafiq dərman preparatları ilə müalicə olunur. Ümumi vəziyyətləri kafidir, dinamika müsbətə doğru gedir. Düşünürük ki, müalicə bitdikdən sonra onlar bu xəstəlikdən tam sağalmış vəziyyətdə öz ailələrinə,cəmiyyətə təhvil veriləcək”.

Qeyd edək ki, Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.




İmza:

Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ

Dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr təhlükəlidir?

Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb - Səhiyyə nazirinin müavini

Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edildi - RƏSMİ

Alimlərdən şok açıqlama: “Koronavirus karantini dövründə hamilə qalmaq təhlükəlidir”

Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Koronavirusa qarşı immuniteti müəyyən edən test sistemi hazırlandı

Evdə qalmaq niyə vacibdir? - Rəşad Mahmudov səbəbləri açıqladı - VİDEO

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

Süd verən analara koronavirusla bağlı müraciət

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Koronavirusun yeni qurbanları - UŞAQLAR

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 24 yeni yoluxma - RƏSMİ

Xərçəngi öldürən giləmeyvə

ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb

İtaliyada sutka ərzində koronavirusdan 812 nəfər ölüb

Koronavirusla piylənmə arasında əlaqə müəyyən edildi

Səhiyyə Nazirliyi: “Koronavirusa daxili yoluxmanın qarşısını almaqda çətinlik çəkirik”

Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı

Azərbaycanda koronavirusa görə karantində saxlanılanların sayı dörd mini ötdü - RƏSMİ

İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik”

Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib

Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

SON XƏBƏRLƏR
2020-04-01
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK